Gözəl İslam / Bülbülün fəryadı

Bülbülün fəryadı

İbrahim əleyhissalamı atəşə atdıqları zaman bütün mələklər, vəhşi heyvanlar və quşlar ağlaştılar və ətrafında toplanıb, İbrahim əleyhissalama bir kömək edə bilmək üçün çarə axtardılar. Bunların arasında zəif bir bülbül balası vardı. Özünü atəşə atacağı sırada Haqq Təala Cəbrayıl əleyhissalama əmr buyurdu ki:

- O quşu tut və nə diləyi olduğunu soruş?

Cəbrayıl əleyhissalam quşu tutub istədiyini soruşduqda, quş dedi ki:

- Xəlilullahı atəşə atırlar. Madam ki, qurtarmağa qadir deyiləm, heç olmasa onunla birlikdə yanım.

Cəbrayıl əleyhissalam quşun bu cavabını Haqq Təalaya ərz edincə buyuruldu ki:

- O quşun məndən diləyi nədir?

  Bülbül belə ərz etdi.

 - Mənim dünyada, Haqq təalanın adını zikr etməkdən başqa arzum yoxdur. 1001 adı olduğunu eşitdim. Yüz birini bilirəm. Doqquz yüz ismi-şərifini də bilmək istərdim.  Haqq təala quşun arzunu yerinə yetirdi.  İndi səhralarda fəryad edən bülbül Haqq təalanın adını zikr edir. Nəmrudun tonqalı İbrahim əleyhissəlama gülüstan olunca, bülbül gəlib gül ağacında nəğmə söyləməyə başladı. O vaxtdan qiyamətə qədər, gül ağacına məhəbbət etdi, aşıq oldu.

 

1-05-2018, 12:30
Geri