Gözəl İslam / Bu necə təvəkküldür

Bu necə təvəkküldür

Şakiki Bəlhi həzrətləri bir qıtlıq ilində, hər kəsin acı-acı düşündüyü bir şəraitdə zəngin bir adamın köləsinin nəşədən oynadığını gördü. Ona soruşdu:

- Hər kəs qıtlıqdan, aclıqla qarşı-qarşıya olmaqdan inildəyərkən, sən nəyə güvənərək belə oynaya bilirsən?

Kölə cavab verdi:

- Mənim sahibimin 7 dənə kəndi var, hər ehtiyacımızı bol-bol təmin edir.

Şakiki Bəlhi həzrətləri, qıtlıqdan əziyyət çəkən tələbələrinə buyurdu ki:

- Özümüzə gələk! Bir kölə əfəndisinin yeddi kəndinə güvənir, özünü təhlükəsizlik içində hiss edir. Dünyadakı bütün kəndlərin, şəhərlərin sahibi və hər canlının ruzisinə zamin olan Allahu Təalaya bu necə təvəkkül ki, hələ biz ruzi narahatlığı içindəyik?

 

1-05-2018, 12:29
Geri