Gözəl İslam / Bizdən nə eşitdisə dərhal inandı

Bizdən nə eşitdisə dərhal inandı

 Anadoluda yetişən ən böyük övliyalardan biri olan Hacı Bayramı Vəli həzrətlərinin tələbələrindən biri də Fateh Sultan Mehmedin müəllimlərindən Akşəmsəddin idi. Hacı Bayram həzrətlərinə tabe olduqdan qısa bir müddət sonra zəkası, ən önəmlisi də şeyxinə tam təslimiyyəti sayəsində icazət (diplom) aldı və irşad etməklə vəzifələndirildi. Ağşəmsəddinin bu uğuru digər müridlərdə qısqanclığa səbəb oldu. Bunlardan biri Hacı Bayram həzrətlərdən soruşdu:

 “Əfəndim, qırx ildir tələbəniz olanlar hələ xəlifəliyə layiq görülməmişlərdir, Akşəmsəddinin qısa zamanda bu rütbəyə çatmasının hikməti nədir?

Hacı Bayram həzrətləri bu cavabı verdi:

“Bu kosa (Ağşəmsəddin) bizdə nə gördü və nə eşitdisə, səbəb və hikmətini araşdırmadan dərhal inandı və təslim oldu. Qırx ildir ki, xidmətimizdə olanlar isə bizdə gördüklərinin və eşitdiklərinin əvvəl səbəb və hikmətini öyrənib sonra inandı və təslim oldu. Bax, aradakı fərq budur”.

 

25-04-2018, 14:29
Geri