Gözəl İslam / Betərin betəri var

Betərin betəri var

Məhəmmədi işdən çıxarırlar. Evə gəlib vəziyyəti bildirdikdə, xanımı evə buraxmır. Gedəcək yeri olmadığından Şeyxin dərgahına gedir. Bu sırada şeyx tələbələriylə sohbət edirdi. Yemək yeyilir, çay içilirdi. Məhəmməd də aralarına qatılır. Şeyx, söhbət əsnasında; Betərin betəri vardır, insan içində olduğu vəziyyətə şükür etməlidir, deyir. Bunu bir neçə dəfə təkrar etdikdə, bizim zavallı dözə bilməyib, öz-özünə, “Xalı üzərində oturmusunuz, sevənləriniz ətrafınızdadır, tələbələriniz qulluq edir, keyfiniz yerindədir ... Əlbəttə ki, içində olduğunuz vəziyyətə şükür edəcəksiz, bəs yazıq mən nə edim” deyə öz-özünə danışır.

Şeyx, onun ürəyindəki sıxıntını hiss edib, övladım, sən də içində olduğun vəziyyətə şükür et. Beterin betəri vardır, deyir. Məhəmməd dözə bilmir, bu an çox pis bir vəziyyətdəyəm. Həm işdən qovuldum, həm də evdən ...

Şeyx yenə eyni sözünü təkrar edir:

“Betərin betəri vardır. Sən yenə də vəziyyətinə şükür elə.”

Məhəmməd cavab vermir, amma daha betərini xəyal belə edə bilməzdi. Bu sırada axşam olmuşdur. Hər kəs evinə çəkilərkən, Məhəmməd də bəlkə xanımı razı sala bilərəm deyə dərgahdan çıxıb evə gedir. Qapını döyür, xanımına “məni bağışla, pərişanam” deyə yalvarır. Lakin xanımı evə buraxmır. Qapının bir kənarına qıvrılır qalır. Soyuqdan titrəməyə başlayır, gizli bir yerə oturur. Ancaq çox keçmədən polislər bunu gizlənmiş olaraq gördükdəə onu həbs edib polis bölməsinə aparırlar. Məgər o ətrafda bir oğurluq olubmuş. Oğrunun xarici görkəmi də Məhəmmədə oxşayır. Zavallı, gecəni nəzarətə atılmış quldurların arasında keçirdi.

Şeyx, vəziyyəti öyrənir, ziyarətinə gəlir. İndi necəsən, deyə soruşmadan bizimki fəryad edir:

- Nədir bu başıma gələnlər? Əvvəl işdən, sonra yoldaşdan oldum, indi də ...”

Şeyx sözünü kəsir:

- Betərin də betəri vardır.

Bizimki dözə bilmir:

-Xocam, deyəsən başa sala bilmədim halımı, bir mənim düşdüyüm vəziyyətə baxın. Günahsız ola-ola quldur adını aldım.

Şeyx heç əhəmiyyət vermədən polis bölməsindən uzaqlaşır. O gecə nəzarətə atılan şübhəlilər arasında böyük bir dava çıxır. Sillə-yumruq bir-birlərinə girirlər. Bizim Məhəmməd bir kənara çəkilərək boğuşanları seyr edir. Bu sırada nəzarətçilər davanı yatızdıra bilirlər. Davanın səbəbi araşdırılır. Dava Məhəmməd gəldikdən sonra çıxdığını görən nəzarətçilər yazığı döyüşü başlatmaqla günahlandırıb təpik yumruq tək adamlıq bir kameraya atırlar.

O gecəni kamerada keçirən Məhəmməd səhər şeyxi qarşısında gördükdə ağlamağa başlayır. Başına gələn çətinlikləri danışdı. Amma şeyx eyni şeyi təkrar edir:

- Betərin betəri vardır, sən vəziyyətinə səbir et.

Məhəmməd yenə də öz sözündədir:

- Səbir? Səbir daşı olsa çoxdan çatlamışdı.

Şeyx gülüb keçir.

Bizimkinin hirsdən qanı beyninə sıçrasa da bir şey deyə bilmir.

Şeyx getdikdən sonra ortalığı bir-birinə qatır. Qışqırıb bağırır, kameranın qapısını təpikləyir. Səs-küyə gələn nəzarətçini təhqir etdikdə daha da pis şəkildə döyülür. Üstəlik də “Bu adam təklikdən darıxır” deyərək yanına xəstə olan atəşpərəst bir məhbusu salırlar. Tək adamlıq bir kamerada iki adamın olması bir yana, adamın ömrü boyu yuyunmamış, saçı-saqqalı kir-pas içində, xəstəlikdən inləməsi bizimkini pərişan edir. Gecəni atəşpərəst ilə bir yerdə keçirir. Səhər açıldıqda şeyx təkrar ziyarətinə gəlir. Deyir ki:

- “Ooo ... Nə yaxşı oldu... Bir də yoldaşın oldu. Yalnızlıq sıxıntısını çəkməzsən.”

- Belə yoldaş olmaz olsun. Kişi xəstədir və huşsuz yatır, üstəlik də leş kimi iy verir. Dar yerdə məcburən qalırıq.

Şeyx yenə heç bir şey söyləmədən uzaqlaşır. Bir neçə saat sonra xəstə atəşpərəst həm qusmağa, həm də altını kirlətməyə başlayır. Məhəmməd kamerada yenə tək başına qala bilmək üçün bunu bir fürsət bilərək işçiləri çağırır. Vəzifəlilər vəziyyəti gördükdə; “Bundan sonra bu kameranın təmizliyindən sən cavabdehsən” deyərək bir vedrə su ilə əski verib gedirlər.

Digər kamerada olan nəzarətdəkilər iki dəstəyə ayrılır, yenə aralarında döyüş çıxır, çoxu şişlənib ölür, qalanı da yaralanır.

Ertəsi gün şeyx əfəndi bölməni ziyarətə gəlir. Kameraya yaxınlaşdıqda Məhəmmədin yanıqlı səsini eşidir. O bir tərəfdən atəşpərəsti və kameranı təmizləyir, bir tərəfdən də dua edir.

- Ya Rəbbi, sənə şükürlər olsun, yaxşı ki, kameraya girmişəm, mən də şübhəsiz döyüşdə ölə bilərdim. Bir də atəşpərəstlərə qulluq etdiyimə görə atəşpərəst müsəlman oldu.

Şeyxi gördükdə başını aşağı əyir:

- Haqlı idiniz Xocam. Bu yazıq xəstə oldu. Təmizliyini də mənə etdirdilər. Düşündüm ki, əgər bu adam ölsə halım necə olacaq? Məni cinayətlə belə günahlandırardılar və ya buraya heç gəlməzdilər, adamın cənazəsi kim bilir neçə gün daha burada qalardı. Yaxşı ki, ölmədi, həm də müsəlman oldu. Üstəlik də böyük davadan xilas oldum.

Şeyxi gülümsəyir:

-Deməli, betərin betəri olduğunu anladın... Sənə bir müjdə verim. Polislərin yanından keçərkən eşitdim ki, əsl oğru tutulub.

Məhəmməd çox keçmədən polis bölməsindən çıxarıldı. O da betərin betəri olduğunu yaşayaraq anladı.

Bölgənin bir zəngininin ona yazığı gəldi, onu işə götürdü. Xanımı da iş-güc sahibi olduğunu xəbər tutduqda onu yenidən evə qəbul etdi.

 

 

25-04-2018, 14:28
Geri