Gözəl İslam / Belə ucuz səltənət bizə lazım deyil

Belə ucuz səltənət bizə lazım deyil

Laləli Məscidini Sultan 3-cü Mustafa (1757-74 illərdə padşahlıq etmişdir) inşa etdirmişdir. Sultan Mustafa bu məscidi inşa etdirərkən ətrafda Lalelidə övliya bir şəxsin yaşadığını öyrəndi. Onda bu şəxslə görüşmək, söz və söhbətindən faydalanmaq arzusu əmələ gəldi. Məscid inşaatına nəzarət etməyə gəldiyi bir gün Laləli Baba ilə görüşmək istədiyini bildirdi. Laləli Babaya padşahın onu ziyarət etmək istədiyi xəbəri çatdırıldı, o da buyursun, dedi. Padşah Laləli Babanın söhbətindən həqiqətən məmnun qaldı. İçində Laləli Baba ilə daha yenidən görüş arzusu oyandı. Ayrılacağı sırada bir sual soruşdu:

- Əfəndi həzrətləri, bu dünyada ən gözəl şey nədir görəsən?

Laleli Baba cavab verdi:

- Bu dünyada ən qiymətli şey yeyib-içdikdən sonra sıxıntısız şəkildə dəfi hacətini (ayaqyolu ehtiyacı) edə bilməkdir.

Hökmdar bu cavabdan çox məmnun olmadı. Başından bəri hikmətli söhbətləriylə hər kəsə təsir edən bir şəxsə bu cavabı çox yaraşdırmadı. Hətta bu cavabı bir az kobud saydı. Bundan sonra bir şey danışılmadı, hökmdar adamları ilə birlikdə saraya qayıtdı. Padşahın qəlbindən etdiyi bu etiraz Laleli Babaya məlum oldu, “Yaxında görərik, demək ki, mütləq bunu yaşamağın lazımdır” deyərək təbəssüm etdi.

Səfərin ertəsi günü padşah şiddətli bir qəbizliyə tutuldu. Heç cür qurtula bilmirdi. Sarayın bütün əyanları və Baş həkimi səfərbər oldular, bilinən bütün dərmanları tətbiq edildi, ama heç cür fayda vermədi. Padşah qıvrılırdı. Nəhayət səhvini anladı, bu halın Şeyxin sözünə etirazdan dolayı başına gəldiyini anladı. Dərhal adamları ilə şeyxin yanına getdi. Səhv etdiyini söyləyib, onu bağışlamasını xahiş etdi.

Şeyx, “Qarşılıq olaraq nə verəcəksiniz?” Dedi. “Sənin bölgəndə inşa etdirdiyim o məscidi sənə hədiyyə edəcəyəm”, “azdı” Şeyx dedi. Sultan Mustafa daha bir çox şeylər əlavə etdi, Şeyx, “Bunlar çatmaz” deyirdi. Ən sonunda, “Səni bağışlayaram, bu haldan də xilas olarsan, amma, qarşılığında səltənəti [hökmdarlığı] istəyirəm, yoxsa özün bilərsən” dedi.

Padşah çox yalvardı, amma çarəsi yox idi, bir an əvvəl xilas olmaq istəyirdi, “O da sənin olsun” dedi.

Şeyx dua etdi, kürəyini sığalladı “Haydı get, Allahın izni ilə xilas olacaqsan” dedi. Padşah həqiqətən xilas oldu və çox rahatladı. Lakin səltənət da əldən getmişdi. Rahatladı ya, yenə daha pisi başına gələ bilərdi. Səltənəti təslim etmək üzrə adamları ilə gəldi. Laleli Baba sultanın halına baxıb dedi ki:

“Bir səltənət ki, bir dəfi-hacətə dəyişdirilir, elə ucuz bir səltənət bizə lazım deyil, al yenə sənin olsun. Bizə yalnız məscidin adı yetər.”

 

25-04-2018, 14:28
Geri