Gözəl İslam / Axırı nə olacaq?

Axırı nə olacaq?

Bir hökmdar, vəzirinə demiş ki: “Mənə elə bir şey et ki, kədərləndiyim zaman ona baxanda fərəhlənim, hirslənəndə ona baxıb sakitləşim. Səltənətimlə məğrur olunca da, ona baxıb təvazökar olum.

Vəzir də dedi ki: “Bir üzük düzəltdir, qaşına “Axırı nə olacaq?” yazdır! O hal baş verən kimi, üzüyə bax!

Hökmdar üzüyü düzəltdirir. Səltənəti ilə məğrur olunca, o üzüyə baxar, içində olduğu nemət və dövlətin “Axırı nə olacaq” deyə düşünür. “Əlbət sonu ölümdür. Qiyamətdə hesabı var. Pis şəkildə istifadə etsən əzabı var!” deyir, məğrur olmaqdan xilas olur. Bir müsibət gəldiyi zaman da üzüyə baxar, “Madam ölüm vardır, niyə kədərlənim”, deyərək rahatlayır. Hirsləndiyi zaman, “Axırı nə olacaq” yazısını oxuyur, “Sonu ölüm olduqdan sonra, hirslənməyin nə faydası var” deyər, qəzəbini yenərdi. O halda hər işin sonunu düşünmək, ona görə hərəkət etmək lazımdır!

23-04-2018, 13:45
Geri