Gözəl İslam / Al sənə Leyla

Al sənə Leyla

Axtaran bəlasını da, Mövlasını da tapar deyirlər. Axtarmaq, ixlasla istəmək, buna qovuşmaq üçün əzmlə çalışmaq deməkdir. Bir şeyi yaxşı etmək, onu çox və davamlı etməklə mümkündür. İnsan zamanla o işin ustası olur. Allah yolunda əzmlə çalışan da Allahu Təalanın rizasına qovuşar. İnsan sevdiyini çox anar. Çox anınca ikisi arasında bilmədiyimiz bir şəkildə söhbət hasil olur. Onun üçün nəyi aradığımıza, nəyi çox andığımıza diqqət etməliyik.

Cavanın biri, ilk fikirdə bir qıza aşiq olmuş, lakin qızın xəbəri yoxdur. Qızın evini öyrənər, gedər atasına qızıyla evlənmək istədiyini söyləyər. Bunu nə qız tanıyar, nə anası tanıyar, nə də atası. Bu səbəbdən adam qovar bunu.

Cavan da o bölgədə olan övliya bir zata getmiş, vəziyyəti izah etmiş:

- Mən o qıza ilk görüşdə aşiq oldum, getdim istədim, məni qovdular. Nə olur bu işə bir çarə tapın, məni o qızla evləndirin.

- Dediklərimi etsən, bu çox asandır.

- Əfəndim, nə istəsəniz edərəm, yetər ki, o qızla evlənim.

- Qızın adı nədir?

- Leyla.

Bunun üzərinə, o mübarək şəxs gənci bir otağa bağlayar və ona deyər ki:

- Burada Leyla, Leyla deyə bağır. Namaz, dəstəmaz, yemək xaricində bu otaqdan çıxma və davamlı Leyla, Leyla deyə bağır; sevgi və tələbdə səmimi olsan, narahat olma Leylaya qovuşarsan.

Aşiq gənc, inana bilməmiş, amma başqa çarə olmadığı üçün qışqırmağa başlamış.

Üçüncü gün gənc bir qız dərgaha gəlir. Hoca əfəndiylə görüşmək istədiyini söyləyər və deyər ki:

- Bəy, üç gün əvvəl bizə bir gənc gəldi, məni çox sevmiş, evlənmək istəyirdi. Onu heç tanımadığımız üçün, mən də daxil olmaq üzrə ailəm tərəfindən onu qovduq. Sonra nə oldusa yavaş-yavaş o gəncə qəlbim meyl etməyə başladı, sonra mən də ona aşiq oldum. Mən də indi onunla evlənmək istəyirəm, amma kimdir, hardadır, heç tanımırıq. Onu tapmaq üçün kömək etməyiniz üçün gəldim.

Bunun üzərinə mübarək şəxs gəncin olduğu otağın qapısını açar, al sənə Leyla deyər.

Cavan, baxar ki, həqiqətən, Leyla gəlmiş. Demək ki, başqa şey istəsəydim ona da qovuşacaqdım, deyərək, Leyladan imtina edərək müəllimin tələbəsi, Allahu təalanın da sevgili qulu olur.

 

23-04-2018, 13:41
Geri