Gözəl İslam / İnsanı tanımaqda ölçü

İnsanı tanımaqda ölçü

Bir adam Həzrəti Ömərin yanında bir məsələdə şahid kimi iştirak etmişdi. Həzrəti Ömər ona, “Mən səni tanımıram, səni tanıyan birisini gətir” dedi.

Orada olanlardan biri, “Mən onu tanıyıram” deyincə Həzrəti Ömər, “Necə bilirsən?” deyə soruşdu. O da, “Əmin və ədalətli bir adam olaraq tanıyıram” cavabını verdi.

Həzrəti Ömər təkrar soruşdu:

- Gecəsini, gündüzünü bildiyin, yaxın bir qonşundur?

- Xeyr.

- İnsanın təqvasını meydana qoyan, münasibətləridir. Bu adam, alış-veriş etdiyin bir şəxsdir?

- Xeyr.

- Bununla, insanın əxlaqının gözəl və ya çirkin olduğunu anlamağa imkan verən bir səfər etdin?

- Xeyr.

Bunun üzərinə Həzrəti Ömər, “Sən onu tanımırsan” dedi və sonra da adama dönərək, “Get, səni tanıyan birisini gətir” buyurdu.

 

21-04-2018, 15:30
Geri