Gözəl İslam / Bu əvəzi qullar ödəyə bilməz

Bu əvəzi qullar ödəyə bilməz

    Övliyalardan birinə bir gün, “Əfəndim, İxlas barəsində ən çox təsirləndiyiniz bir hadisə yaşadınızmı” deyə soruşarlar. Bəli yaşadım buyurar və davam edər; Məkkəi-mükərrəmədə qızıl kisəmi itirmiş, pulsuz qalmışdım. Basradan pul gözləyirdim amma gəlməmişdi. Saçım saqqalım çox uzanmışdı. Bir bərbərə gəlib, “Pulum yoxdur, Allah rizası üçün saçlarımı düzəldə bilərsənmi” deyə soruşdum.

    Bərbər o anda birini taraş edirdi. Dərhal adamın yanındakı boş kreslonu göstərib, otur bura dedi və onu buraxıb məni taraş etməyə başladı. Adam etiraz etdi. Bərbər, qüsura baxmayın əfəndim dedi, sizi ödəniş müqabilində taraş edirəm. Amma bu gənc Allah rizası üçün istədi, Allah üçün olan işlər prioritetlidir və bir əvəzi yoxdur yəni Allah üçün olan işin əvəzini qullar ödəyə bilməz dedi.

    Bərbər taraşdan sonra, cibimə zorla bir neçə qızıl soxuşdurdu, təcili ehtiyaclarını qarşılayarsan, imkanım bu qədər qüsura baxma dedi. Aradan bir neçə gün keçdi, gözlədiyim pul gəldi. Ona bir kisə qızıl apardım. Əsla götürə bilmərəm dedi və əlavə etdi, Allah üçün olan işin əvəzini qullar ödəyə bilməz demədimmi mən, var get işinə, Allah salamatlıq versin.

    Halallaşıb ondan ayrıldım amma tam qırx ildir ona dua edirəm, ona dua etməyə doya bilmirəm, gecə qalxıb dua edirəm.

16-04-2018, 16:29
Geri