Gözəl İslam / Sən nə üçün ağlayırsan

Sən nə üçün ağlayırsan

    Həsəni Bəsri həzrətlərinə bir şəxs gəlib, “Mənim bir qızım var, gecə gündüz ağlamaqdan gözləri kor oldu. Çarəsi yoxdurmu”, deyə yalvarıb ağladı. Həsəni Bəsri həzrətləri kədərləndi, qalxıb evə gəldilər. Qıza niyə ağladığını soruşdu. Qız dedi ki

    “Əfəndim, mən Rəbbimə aşiqəm. Ona eşqimdən ağlayıram. Dilimdən və halımdan anlayan yoxdur. Siz olmasaydınız bunu yenə söyləməzdim. Kor olan gözlərim üçün də kədərlənəcək bir vəziyyət yox. Əgər bu gözlər sabah axirətdə Allahü təalanı görə biləcəksə, Ona minlərlə göz fəda olsun, heç qiyməti yox. Əgər axirətdə bu gözlər uca Rəbbimi görməyə layiq deyilsə, mən onları niyə göz deyə daşıyım Axirətdə də kor olacaqlarsa, dünyada ikən də kor olub getsinlər.”

     Həsəni Bəsri həzrətləri, “Eynilə davam et, övladım, heç kədərlənmə, Peyğəmbər əfəndimiz Adam sevdiyi ilə birlikdə olacaq müjdəsini verdi” dedi. Ayrılarkən, “Biz bura nəsihətçi və həkim olaraq gəldik, şəfa təlqin edəcəkdik. Halbuki nəsihətçi və həkimi tapmış olaraq gedirik” dedi..

14-04-2018, 16:03
Geri