Gözəl İslam / Köhnə corab belə götürə bilmədim

Köhnə corab belə götürə bilmədim

     Bir nəfər oğluna “Səndən iki istəyim var, birincisi öldüyüm zaman ayağımın birinə köhnə bir corab geydirməyi unutma. İkincisi isə bu ağzı bağlı məktubu məni dəfn edincəyə qədər açma, dəfn etdikdən sonra aç oxu” deyə vəsiyyət etmişdi.

     Vaxt gəldi, həmin adam öldü. Kəfənə bürüyəcəyi zaman oğlu atasının vəsiyyətini insanlara deyərək, “Atama mütləq köhnə corab geydirməliyəm” dedi. Molla, “Olmaz, dinimizə görə ölünü kəfəndən başqa bir şeylə basdırmaq olmaz” dedi. Oğlan çox israr etdi, amma qulaq asan olmadı. Dəfndən sonra oğlu atasının verdiyi məktubu oxumağa başladı

     “Oğlum! Görürsən ki, o qədər malım, mülküm olduğu halda, bir köhnə corab belə özümlə götürə bilmədim. Əlbəttə bir gün sən də mənim kimi öləcəksən. Sənə də bir neçə metrə kəfəndən başqa bir şey verməyəcəklər. Sənə tərk etdiyim malı yaxşı xərclə,  sərf edəcəyin yerləri yaxşı seç. Beş vaxt namazını və digər ibadətlərini əsla tərk etmə, dində bildirdiyi şəkildə yerinə yetir. Çünki sənin qəbirə əməllərindən başqa bir şey apara bilməyəcəksən.

14-04-2018, 16:00
Geri