Gözəl İslam / Sübh namazı

Sübh namazı

    Övliyanın böyüklərindən Bayəzidi-Bistami “quddisə sirruh” bir gecə yuxuya dalıb, sübh namazına oyana bilmədi. O qədər ağlayıb inlədi ki, bir səs eşitdi “Ey Bayəzid! Bu qüsurunu əfv etdim. Bu ağlamanın bərəkəti ilə sənə ayrıca yetmiş min namaz savabı verdim”. Bir neçə ay sonra yenə yuxuya daldı. Şeytan gəlib mübarək ayağından tutaraq oyandırdı. “Qalx, namazın keçir”, dedi. Bayəzidi Bistami həzrətləri buyurdu ki “Ey lənətlənmiş, sən belə iş necə edərsən Sən hər kəsin namazının keçməsini, vaxtını keçirməsini istəyirsən. Məni nə üçün oyatdın” Şeytan dedi ki “Sübh namazını keçirdiyin gün ağlayaraq yetmiş min namaz savabı qazanmışdın. Bu gün onu düşünərək səni oyandırdım ki, bir vaxt namaz savabı alasan. Yetmiş min namaz savabına qovuşa bilməyəsən!”

12-04-2018, 17:50
Geri