Gözəl İslam / Vəsvəsə üçün

Vəsvəsə üçün

Sual: Mizraqlı Elmihalda, dəstəmaz aldıqdan sonra, şalvarının, paltarının içinə su səpmək müstəhəbdir, deyirlər. Su səpməklə, nəcasət təmizlənmədiyinə görə, bu bir xürafə deyildirmi?
CAVAB
Mizraqlı Elmihal, dinimizdə mötəbər bir əsərdir. Mötəbər əsərlərdə xürafə olmaz. Siz Mizraqlı Elmihalda görmüşsünüz. Bu xüsus bütün mötəbər kitablarda vardır. Su səpilməsi o yeri təmizləmək üçün deyil, vəsvəsəni yox etmək üçündür. Bir kimsə alt paltarına su tökərsə, baxıb orada bir yaşlıq görəndə, ''Bu, mənim tökdüyüm sudur'' deməli, sidikdir deyib şübhə etməməlidir. Vəsvəsəlilərin vəsvəsədən qurtulmaları üçün, bunu şəxsən Rəsulullah əfəndimiz bildirmişdir. İki hədisi-şərif məalı:

“Cəbrayıl əleyhissalam, dəstəmaz aldıqdan sonra, alt paltara su səpilməsini bildirdi.” [Tirmizi]

Rəsulullah, dəstəmaz aldıqdan sonra, paltarına su səpərdi. (Əbu Davud, Tirmizi, Nəsai) [Bu su səpmək, ümmətinə, “Belə su səpin, vəsvəsə etməyin!” deməkdir.]

Vəsvəsənin qarşısını almaq üçün, dəstəmaz aldıqdan sonra, paltara su səpilməsi, Kimyai-səadətdə də yazılıdır.

14-04-2021, 14:59
Geri