Gözəl İslam / Şübhə etməmək

Şübhə etməmək

Dəstəmazdan sonra, “Görəsən başımı məsh etdim?” və ya “Dəstəmazım varmı?” deyə şübhə etmək, namaz qıldıqdan sonra “Paltarım təmiz idi?” və ya “İftitah təkbirini almışdım?” kimi şübhələr əmələ gələrsə, yenidən dəstəmaz alınmaz, paltar yuyulmaz, namaz təkrar qılınmaz.

İbadətlərimizi əksik etməklə, haşa, Allahü təalanın bir itkisi, artıq etməklə də bir qazancı olmaz. Bunun üçün, dinin əmrinə tabe olub artıq və ya əksik edilsə zərəri olmaz. Məsələn, sübhün fərzini qılarkən “iki yoxsa, bir qıldım?” deyib şübhə edən, bir rükət daha qılsa və qıldığı üç rükət olsa, namazı səhih olar. Ancaq qəsdən üç qılsa namazı səhih olmaz. Bir kimsə də, dörd qıldım zənnilə üç rükət qılsa, qıldığı namaz səhih olar. Cənab Haqq, “Nə üçün səhv zənn etdin?” deməz. Gücümüzün çatmadığı işləri bizə əmr etməz. (Hadiqa)

Sual: İnsanın qəlbinə şeytandan gələn “görəsən, dəstəmazım var, əgər yoxdursa və mən də var deyə yadımda qalıb” kimi vəsvəsələr gəldikdə nə etməliyik?
CAVAB
Həm “şeytandan gələn” deyirsiniz, həm də nə etməliyik deyə soruşursunuz. Əlbəttə bu vəsvəsələrə əhəmiyyət verməməliyik. Dəstəmaz aldığınızı xatırlıyırsınızsa, deməli problem yoxdur. Dəstəmaz var qəbul edilir.

Sual: Namazda bəzən üçüncü yoxsa dördüncü rükətdirmi deyə şübhəyə düşürəm. Bəzən namazdan sonra ağlıma gəlir, vəsvəsəyə düşüb təkrar qılıram. Doğru edirəm?
CAVAB
Doğru etmirsiz. Namazdan sonrakı vəsvəsəyə etibar etmək olmaz. Bunu heç vaxt unutmayın, çünki namaz qılan hər kəs bilməlidir ki, fiqhdə şübhə ilə zənn fərqlidir. Şübhə, üç yoxsa dörd qıldığını heç bilməməkdir. Zənndə isə bir tərəfə bir az meyillik var. Zənnimə görə üç qıldım deyilirsə üç olur. İbadətlərdə zənn keçərlidir. Hökmlərdə isə zənn keçərsizdir. 100 % bilmək gərəkdir. Buna görə, üçmü yoxsa dördmü qıldım deyə zənn edilsə, zənn nə tərəfədirsə ona uyğun hərəkət edilməlidir. Zənn edə bilmirsə, şübhə edirsə, o zaman üç qıldım deyib və üçüncüdə oturub, bir rükət daha qılıb və səcdəyi-səhv edər. Zənn ilə şübhəni yaxşı bilmək lazımdır.

Sual: Namazda ikən ağlım çox dağınıqdır, özümü toplaya bilmirəm. Ağlıma gündəlik düşüncələr və ya dəyişik şeylər gəlir. Vəsvəsələrdən qurtulmaq, diqqətimi toplamaq üçün nə etməliyəm?
CAVAB
Bu demək olar ki, hər kəsdə olur. Kimdəsə az, kimdəsə çox olur. Namaza başlayarkən La havlə…ni oxuyun. İnsanın ixlası artdıqca düşüncəsi də azalır, deyə alimlər buyurmuşdur. Yemək yeyərkən, ibadətləri yerinə yetirmək üçün qüvvətli olmaq üçün deyə də niyyət etməliyik. Yatarkən də eyni şəkildə niyyət etməliyik.

Sual: Dörd rükətli namazı qılarkən bəzən dalğınlıq olur. İkinci rükətdir, yoxsa üçüncü rükətdir deyə şübhə edirəm. Necə hərəkət etməliyəm?
CAVAB
Namazın içində ikimi, yoxsa üçmü deyə şübhə edilirsə, azı, yəni iki qəbul edilib iki rükət daha qılınır, dördüncü rükət olma ehtimalından ötrü üçüncü rükətdə də oturulur. Üçmü, dördmü deyə şübhə edilərsə, üç qəbul edilir. Oturduqdan sonra, bir rükət daha qılınır. Sonunda səcdəyi-səhv edilir.

Sual: Şeytan insana vəsvəsə verirmi? Yəni bizə gələn pis düşüncələr şeytandandır?
CAVAB
Bəli, dinə zidd olan vəsvəsələr şeytandandır. Qurani-kərimdə məalən buyurulur ki:
“Həqiqətən şeytan sizə düşməndir. Siz də onu özünüzə düşmən bilin. Çünki o, ona uyanları, [günahlara salıb] Cəhənnəm əhlindən olmağa çağırır.” [Fətir 6]

“Ey iman edənlər, şeytanın yoluna [və vəsvəsələrinə] tabe olmayın.” [Bəqərə 208]

“Şeytanın izinə, yoluna tabe olmayın. Mütləq ki, o sizə açıq-aşkar bir düşməndir. Şeytan sizə ancaq pisliyi, fuhşu [həyasızlığı, dünyaya düşkün olmağı, nəfsin arzularının arxasınca qaçmağı] əmr edir.” [Bəqərə 168-169]

“Şeytan sizi [Allah yolunda infaq edərkən] kasıb olarsınız deyə qorxudur və [sədəqə verməməyinizi] əmr edir.” [Bəqərə 268]

“Şeytan onları [daşqınlığa meyl etdirib] hidayətə uzaq bir azğınlığa salmaq istəyir.” [Nisə 60]

“Şeytana itaət etməyin, o sizə açıq-aşkar düşməndir, deyə sizə nəsihət vermədimmi?” [Yasin 60]

“Şeytan, şərab və qumar ilə aranıza düşmənlik və kin salmaq istəyir. Sizi, Allahı zikirdən və namazdan uzaqlaşdırmaq istəyir. Siz bunlardan [ayıblarını, zərərlərini bildikdən sonra] hələ çəkinmirsiniz?” [Maidə 91]

[Nəfsinə tabe olaraq] Allahın dinindən üz çevirənlərə, [dünyada] bir şeytan müsallat edərik.” [Zühruf 36]

Hədisi-şəriflərdə də buyurulur ki:
“Şeytan, qəlbə vəsvəsə verir. Allahü təalanın adı söyləndikdə dərhal qaçır. Söylənməzsə vəsvəsə verməyə davam edir.” [Əbu Yala, İbn Adiy]

“Allahü təalanın rəhməti camaat üzərinədir. Şeytan, Müsəlmanların camaatına qoşulmayıb qarşı çıxan kimsə ilə birlikdədir.” [D.Qulub]

“Sürüdən uzaq qalan qoyunu qapan qurd kimi, şeytan da insanın qurdudur. Bölünüb-parçalanmaqdan çəkinin, camaat halında birləşin, məscidlərə qaçın!” [Tirmizi]

Sual: Namaz qıldıqdan sonra, neçə rükət qıldığımda şübhə edirəm, yenidən qılmalıyam? Bir də, deyəsən, mən iftitah təkbirini söyləmədim, dəstəmazım var idimi, paltarıma nəcasət bulaşmışdımı? Dəstəmazda, qollarımı yumuşdum, kimi şübhələr tez-tez gəlir. Bu vəziyyətdə nə etməliyəm?
CAVAB
Ümumiyyətlə, belə şübhə edirsinizsə, namazı pozmadan tamamlayarsınız. Yenidən dəstəmaz almağa, paltar dəyişdirməyə ehtiyac yoxdur. Namaz bitdikdən sonra neçə rükət qıldığınızda şübhə edirsinizsə, bu vəsvəsədir. Yenidən qılmaq lazım deyil.

5-04-2021, 14:59
Geri