Gözəl İslam / Qəlbə gələn düşüncələr

Qəlbə gələn düşüncələr

 Sual: Qəlbə gələn pis düşüncələrdən məsuliyyət daşıyırıq?
CAVAB
Düşüncə qəlbə beş şəkildə gəlir:
1- Qəlbə gəlib gedir.
2- Qəlbə gəlib qalır, amma insan o işi etmək istəmir.
3- Qəlbə gələni edib-etməməkdə tərəddüd edir.
4- Qəlbə gələni etməyi seçir.
5- Qəlbə gələni etməyə özünü məcbur edir. (Hadiqa)

Qəlbə gələn ilk üç düşüncə əldə olmadığı üçün günah olmaz. Digər ikisinə isə sual və əzab ehtimalı çoxdur. İki hədisi-şərif məalı:
“Allahü təala qəlbə gələn, amma söylənməyən və yerinə yetirilməyən pis şeyləri əfv edər.” [Buxari]
“Haram işləməyi düşünüb, Allahdan qorxaraq etməyənə günah yazılmaz.” [Bəriqa]

Biri, haram işləməyə niyyət edib, Allahdan qorxduğu üçün imtina edərsə, niyyətindən ötrü günaha girməz. Nəfsə və şeytana uymadığı, Allahü təalaya itaət etdiyi üçün böyük savaba da çatar. Əgər o haramı işləməməsi Allah qorxusundan deyil, insanlardan utandığı üçün olsa, savaba nail ola bilməz. Hətta bu cür düşüncənin də günah olduğunu söyləyən alimlər vardır. Məsələn, İmam Qazali və İmam Fəxrəddin Razi, “Harama qəsd edib, insanlardan utandığı üçün işləməyən kimsə günaha girər” buyurdu. Bəzi alimlər də, “Haram işləməyi fikrindən keçirsə, lakin əzm etməsə günahkar olmaz” buyurdu. Əzm edərsə günahkar olacaq, amma o işi etmək günahı qədər deyildir. (Bəzzaziyə)

Bəzi alimlər də, “Yalnız qəlbə gələn şeylər günah olmaz” buyurdu. Bir hədisi-şərif məalı:
“Pis düşüncə, söylənmədikcə və buna uyğun hərəkət edilmədikcə əfv olunur.” [Beyhəqı]

Təkəbbür, ucub, sui-zənn kimi xüsusiyyətlər istisnadır. Çünki bunlar onsuz da qəlblə olur.

Nəticə olaraq, qəlbə gələn pis şeyləri dəf etməyə çalışmalı, qəlbi çirkin şeylərdən, pozğun düşüncələrdən təmizləməli və gözəl əxlaqla bəzəməliyik! O halda vaxtın dəyərini bilib Allahü təalanın rizasına uyğun işlər görməyə çalışmalıyıq!

20-11-2022, 15:26
Geri