Gözəl İslam / İman və vəsvəsə

İman və vəsvəsə

Sual: Axirət vardırmı, Allahı kim yaratdı kimi vəsvəsələr içimi yeyir. Küfrəmi girirəm? Bundan qurtulmağın bir yolu yoxdurmu?
CAVAB
İmam Qəzali həzrətləri buyurdu ki:
Hər insana müsallat olan ən az bir şeytan vardır. Şeytanın verəcəyi vəsvəsələrdən qorunmağa çalışmaq lazımdır! Bir hədisi-şərif məalı belədir:
Qanın damarlarda dolaşdığı kimi, şeytan da insanın bədənində dolaşır. Aclıqla [az yeməklə, oruc tutmaqla] onun yollarını daraldın!” [Buxari]

Şeytanın, insanın qəlbinə vəsvəsə vermə yollarından biri də Allahü təalanın zatı haqqında düşündürmək, şübhəyə düşürməkdir. İnsanların ən axmağı zəkasına ən çox güvənəndir. İnsanların ən ağıllısı da səhvi özündə axtaran və bilmədiklərini alimlərdən soruşan kimsədir. İki hədisi-şərif məalı:

“Şeytan, “səni kim yaratdı” deyə vəsvəsə verir. O insan Allah yaratdı” deyərsə, “Onu kim yaratdı” deyə vəsvəsə verəcək. Belə vəsvəsələr gəldikdə, Mən Allah və Rəsuluna iman etdim” desin!” [Buxari]

“Allahın yaratdığı şeyləri təfəkkür edin, amma zatını təfəkkür etməyin.” [Əbuş-şeyx]

Vəsvəsə, dua və zikir ilə azalıb yox olur. Bunun üçün xüsusilə də günaha meyl edildiyi zaman, dərhal Allahü təalanı anmalı, istiğfar, salavat və dua oxuyaraq şeytanı uzaqlaşdırmağa çalışmalıyıq!

Xüsusilə də, 40 yaşını keçdikdə tövbəni gecikdirməməliyik. Hədisi-şərifdə, “Şeytan, 40 yaşını keçdiyi halda, tövbə etməyən insan üçün – “Bu artıq çətin düzələr” deyəcək” buyuruldu. (İ. Qəzali)

Tövbə edib şeytanı çarəsiz hala gətirməyə çalışmaq lazımdır. Bir hədisi-şərif məalı:

“İnsan, səyahətdə dəvəsini zəiflədə bildiyi kimi, mömin də şeytanını zəiflədə bilər.” [İ.Əhməd]

Pis şeylər düşünərək, pis yerlərə gedərək, şeytana kömək etməyək! Çünki hədisi-şərifdə, “Uçurumun ətrafında gəzən oraya düşə bilər” buyuruldu. (Buxari)

Haram işləməyə niyyət edib, Allahdan qorxduğu üçün fikrindən dönən günaha girməz. Bir hədisi-şərif məalı:
“Qəlbə gələn pis şey söylənmədikcə və buna uyğun hərəkət edilmədikcə əfv olunur.” [Beyhəqı]

Təkəbbür, həsəd kimi şeylər belə deyildir. Çünki bunlar onsuz da qəlblə olur.

İbadətləri yerinə yetirən, amma imanıma bir zərər gələr deyə qorxanın və günahlarım çoxdur, ibadətlərim məni xilas etməz deyə düşünənin imanı güclüdür deməkdir. (Bəzzaziyyə)

İbadətləri yerinə yetirib, elmihal bilgilərini öyrənməyə çalışan kimsəyə, Allahı, axirəti inkar kimi düşüncələrin gəlməsi, onun imansız olduğunu deyil, imanlı olduğunu göstərir. Meyvəli ağac daşlandığı, oğru ləl-cəvahirat olan evə girməyə çalışdığı kimi, şeytan da imanlı olanlara hücum edir. Hədisi-şərifdə, belə vəsvəsələrin imandan olduğu bildirildi, “Vəsvəsə, imanın elə özüdür” buyuruldu. (Ramuz)

İmam Rabbani həzrətləri buyurur ki:

Pis vəsvəsələrin gəlməsinə səbəb, imanın kamil olmasıdır. Çünki hədisi-şərifdə “Belə vəsvəsələr, imanın yetişkin olmasındandır” buyuruldu. (1/182)


Belə vəsvəsələr bir çox insanda ola bilər. İmanım getdi deyib şübhəyə düşməməli, belə düşüncələrə əhəmiyyət verilməməlidir. Vəsvəsə, dua və zikir ilə də azalıb yox olur. Bunun üçün vəsvəsə gəldikdə, dərhal Allahu təalanı anmalı, istiğfar, salavat və dua oxuyaraq şeytanı uzaqlaşdırmağa çalışmalıyıq! Şeytanın vəsvəsəsindən qurtulmaq üçün, hər gün bu duanı da oxumaq lazımdır:

Ya Allah-ür-raqıb-ül-hafiz-ür-rahim. Ya Allah-ül-hayy-ül-halim-ül-azim-ür-rauf-ül-kərim. Ya Allah-ül-hayy-ül-qayyüm-ül-qaimü ala külli nəfsin bima kəsəbət, hul beyni və beynə adüvvi!

Sual: Ağlımıza gələn pis düşüncələr şeytandandır?
CAVAB
Bəli, dinə əks olan vəsvəsələr şeytandandır. Qurani-kərimdə məalən buyurulur ki:
Həqiqətən şeytan sizə düşməndir. Siz də onu özünüzə düşmən bilin. Çünki o, ona tabe olanları [günahlara salıb] Cəhənnəm əhlindən olmağa çağırır.” [Fətir 6]

“Ey iman edənlər, şeytanın yoluna [və vəsvəsələrinə] tabe olmayın.” [Bəqərə 208]

“Şeytanın izinə, yoluna tabe olmayın. Mütləq ki, o sizə açıq-aşkar bir düşməndir. Şeytan sizə ancaq pisliyi, föhşə [həyasızlığı, dünyaya düşkün olmağı, nəfsin arzularının arxasında qaçmağı] əmr edir.” [Bəqərə 168-169]

“Şeytan sizi [Allah yolunda infaq edərkən] kasıb olarsınız deyib qorxudur və [sədəqə verməməyi] əmr edir.” [Bəqərə 268]

“Şeytan onları [həddi aşmağa meyl etdirib] hidayətə uzaq bir sapqınlığa düşürmək istəyir.” [Nisə 60]

“Şeytana itaət etməyin, o sizə açıq-aşkar düşməndir, deyə sizə nəsihət vermədimmi?” [Yasin 60]

“Şeytan, şərab və qumar ilə aranıza düşmənlik və kin salmaq istəyir. Sizi, Allahı zikirdən və namazdan yayındırmaq istəyir. Siz bunlardan [ayıblarını, zərərlərini bildikdən sonra] hələ də çəkinməyirsiniz?” [Maidə 91]

“[Nəfsinə tabe olaraq] Allahü təalanın dinindən üz çevirənlərə, [dünyada] bir şeytan müsallat edərik.” [Zuhruf 36]

Hədisi-şəriflərdə də buyurulur ki:
“Allahü təalanın rəhməti camaat üzərinədir. Şeytan, Müsəlmanların camaatına qoşulmayıb müxalifət edən kimsəylə birlikdədir.” [D.Qulub]

“Sürüdən uzaq qalan qoyunu qapan qurd kimi, şeytan da insanın qurdudur. Bölünüb parçalanmaqdan çəkinin, camaat halında birləşin, məscidlərə gedin!” [Tirmizi]

23-03-2021, 07:01
Geri