Gözəl İslam / Vəsvəsə pis bir xəstəlikdir

Vəsvəsə pis bir xəstəlikdir

Sual: Dəstəmazda, namazda, təmizlikdə və niyyətdə vəsvəsə edən, bunlardan necə qurtula bilər?
CAVAB
Vəsvəsə, şeytanın verdiyi zərərli olan şübhədir. Vəsvəsə etmək günahdır. Günah işləməmək üçün vəsvəsəyə etibar etmək olmaz. İki hədisi-şərif məalı:

Vəsvəsə şeytandandır. Dəstəmaz və qüsul alarkən, nəcasət təmizləyərkən şeytanın vəsvəsəsindən çəkinin.” [Tirmizi]

“Bir zaman gələcək, insanlar təmizlikdə həssas olacaq, 
[vəsvəsə edərək] dində həddi aşacaqlar.” [Əbu Davud]


Vəsvəsə, suyu israf etməyə, namazı gecikdirməyə, camaatı, hətta namaz vaxtını ötürməyə, vaxtı, ömrü zay etməyə səbəb olur. Başqalarının paltarının, yeməyinin nəcis olmasından şübhə etmək Müsəlmanlara sui-zəndir, haramdır. Üstəlik özünü ehtiyatlı zənn edib, təkəbbürlü olur. O işin mütəxəssisi olan bir insan ona nəsihət etsə belə, əsla qəbul etməz. Öz etdiyinin daha doğru olduğunu qəbul edir, başqalarını aşağı görür.

Vəsvəsə, ibadətləri məkruh etməklə qoymaz, həmçinin gərginliklərə də yol aça bilər.

Qüslün, dəstəmazın, təharətin və namazın şərtlərini, sünnətlərini, məkruhlarını bilməyən, vəsvəsə xəstəliyinə tutulur. Əvvəlcə vəsvəsə edilən yerlərin doğrusu öyrənilməlidir. Bunları bilib, yerinə yetirdikdə şübhə qalmaz. Doğru etdim deyə inanmaq ehtiyat, şübhəyə düşmək vəsvəsə olur. Vəsvəsə sahibi əzimətlə deyil, rüxsətlə əməl etməlidir!

Haramlardan, şübhəli şeylərdən, hətta mübahların artığından çəkinmək əzimətdir. Günah olmayan, caiz olan işləri etmək rüxsətdir.

İmam Rəbbani həzrətləri, “Lazım olduqda ən asan fətvaya tabe olmaq olar. Allahü təala çətin gələn şeyləri deyil, asan olanların əməl edilməsini istəyir. Çünki insan zəif, dözümsüz yaradılmışdır” buyurur.

İmam Şarani həzrətləri də, “Ehtiyac halında rüxsətlə əməl etməliyik” buyurur. Üç hədisi-şərif məalı:
“Allahü təalanın verdiyi asanlıqlardan, rüxsətlərdən faydalanın!” [Buxari]

“Rüxsətlərdən faydalanmayan, Ərəfat dağı qədər günah işləmiş olar.” [Təbərani]

“Allahü təala əziməti sevdiyi kimi, rüxsətlə əməl edilməsini də sevər.” [Beyhəqı]

Dinimiz, asanlıq dinidir. Məsələn, bir adam dəstəmaz aldığını bilib, sonra pozulduğundan şübhə etsə də, dəstəmazı var deməkdir. Dəstəmaz aldıqdan sonra, quru yer qalmışdır zənnilə yenidən dəstəmaz almaz, alarsa məkruh olar. Dəstəmaz aldıqdan sonra, alt paltarında yaşlıq görüb, sidik, yoxsa su deyə şübhə edən, dəstəmazdan əvvəl paltarına su səpməlidir! Sonra orada bir yaşlıq görsə, “Bu mənim səpdiyim sudur” deməlidir. Hətta o yaşlıq sidik belə olsa, onun sidik olduğu dəqiq bilinmədiyi üçün yumaq lazım olmaz.

Vəsvəsədən qurtuluşun çarəsi
- hansı məsələdə vəsvəsə edilirsə, dinimizin o mövzudakı hökmünü öyrənmək və yaxşı bilmək lazımdır. Yaxşı bilən heç vaxt vəsvəsə etməz. Məsələn, məsh etmək, yaş əl ilə yavaşça saçların üstünə sürməkdir. Amma vəsvəsəli adam bunu bilmədiyi üçün, başını əzəcək kimi məsh edir və ya ovucuna su doldurub, saçlarını yaxşıca isladır. Dəstəmaz alarkən buraya əl dəymədi, burası yuyulmadı deyib təkrar-təkrar yuyur. Halbuki, bir yer yuyulmasa belə, yuyulmadığı bilinmədikcə, yəni qəsdən yumağı tərk etmədiyi üçün dəstəmazı səhih olur. Bu qədərini bilmək belə vəsvəsənin qarşısını alır.


Vəsvəsədən qurtulmaq üçün öz-özünə,
 “Buranın quru qaldığına və ya buranı dəlk etmədiyinə and içə bilərsən?” deyə soruşmaq lazımdır. And içə bilmirsə, orası yuyulmuşdur və ya dəlk edilmişdir, təkrar yumaq və ya dəlk etmək lazım deyil. Hər vəsvəsə üçün də, öz-özünə eyni sualı soruşa bilər. “Mən, and içəçək qədər əmin olsaydım vəsvəsə etməzdim ki” demək də vəsvəsədir. And içə bilmirsə, bunun vəsvəsə olduğunu anlamalıdır. Bir daha yusam daha yaxşı olmazmı, deməməlidir.


Dəstəmazdan sonra, “Görəsənə, başımı məsh etdimmi” və ya “Dəstəmazım varmı” deyə şübhə etmək, namaz qıldıqdan sonra “Paltarım təmiz idimi” və ya “İftitah təkbirini almışdım?” kimi şübhələr əmələ gəlsə də, yenidən dəstəmaz alınmaz, paltar yuyulmaz, namaz da təkrardan qılınmaz.

İbadətlərimizi əksik etməklə, haşa Allahü təalanın bir itkisi, artıq etməklə də bir qazancı olmaz. Buna görə dinin əmrinə riayət edərək nöqsan və ya artıq edilsə zərəri olmaz. Məsələn, sübhün fərzini qılarkən “iki yoxsa bir qıldım?” deyə şübhə edən, bir rükət qıldığını zənn edərək bir rükət daha qılsa və qıldığı üç rükət olsa, namazı səhih olar. Ancaq qəsdən üç qılsa namazı səhih olmaz. Bir kimsə də dörd qıldım zənnilə üç rükət qılsa, qıldığı namaz səhih olar. Bir kimsə də, araşdırıb qiblədən başqa istiqamətə namaz qılsa, namazı səhihdir, amma araşdırmadan qibləylə tərəf qılsa belə səhih olmaz. Deməli, dinin əmrinə tabe olduqda qiblədən başqa istiqamətdə də qılınsa, 4 rükət yerinə 5 rükət də qılınsa səhih olar. O halda, quru yer qalsa da əhəmiyyəti yoxdur. Quru yer qalmadığını zənn etmək kifayətdir. Hər halda heç kim qəsdən quru yer qoymaz.

Vəsvəsə, dua və zikir ilə də azalıb yox olur. Bunun üçün vəsvəsə gəldikdə, dərhal Allahü təalayı anmaq, istiğfar, salavat və dua oxuyaraq şeytanı uzaqlaşdırmaq lazımdır! Şeytanın vəsvəsəsindən qurtulmaq üçün, hər gün bu duanı da oxumaq yaxşıdır:


“Ya Allah-ür-raqıb-ül-hafiz-ür-rahim. Ya Allah-ül-hayy-ül-halim-ülazim-ür-rauf-ül-kərim. Ya Allah-ül-hayy-ül-kayyüm-ül-kaimü ala külli nəfsin bima kəsəbət, hul beyni və beynə adüvvi!”

2-03-2021, 15:40
Geri