Gözəl İslam / Eşq və Namus

Eşq və Namus

Sevgi, insanın əlində olmayan bir duyğudur. İffəti, yəni namusu qorumaq şərti ilə bir nəfərə qarşı sevgi hiss etməkdə heç bir eyib yoxdur. Hətta iffətini qoruyaraq sevgisini gizlətmək çox böyük savabdır. İffətli insan həya sahibidir, yəni günah işləməyə utanar.

            Hədisi-şəriflərdə buyuruldu ki:

            “Kim aşiq olub, eşqini gizlətsə, iffətini mühafizə edib səbir etsə, Allahü təala onun günahlarını bağışlayıb Cənnətinə qoyar”

            “Aşiq olub, iffətini qoruyub ölən şəhid olar”.

            “Həya imandandır”

“Həyası olmayanın imanı da olmaz. İmansız da Cənnətə girməz”.

            “Həya ilə iman bərabər olur. Biri getsə, o birisi də gedər”.

            “Hər kəsin yanında Allahdan utanmayan, tək ikən də utanmaz”

            “İffətli olmaq istəyəni, Allahü təala iffətli qılar”

            Demək ki, dinimizdə iffəti qorumaq və sevgisi səbəbi ilə günah işləməməyə səbir etmək çox savabdır. Çünki əsas olaraq bir nəfərə sevgi hiss edən insanın özünü günah işləməkdən qoruması çətindir. Çətin olan işlərin öhdəsindən gəlmək də böyük savab olur. 

 

15-03-2018, 11:50
Geri