Gözəl İslam / Göz muncuğu taxmaq günahdir?

Göz muncuğu taxmaq günahdir?

    Göz muncuğu taxan hər kəsə müşrik (Allaha şərik qoşan) demək çox yanlışdır. Muncuğun yaradıcı bir qüvvəyə sahib olduğuna inanmaq şirkdir. Lakin hansı müsəlman bir muncuğun yaradıcı gücü olduğuna inanar?

    Nəzər dəyməməsi üçün tarlaya sümük, qorxuluq, heyvan kəlləsi qoymaq caizdir (icazə vardır). Bir qadın tarladakı məhsuluna nəzər dəyməməsi üçün nə etmək lazımdır, deyə soruşanda, Rəsulullah əfəndimiz “Tarlaya heyvan kəlləsi qoy” buyurmuşdu. Baxan əvvəl bunu görər, sonra tarladakı məhsulu görər. (Rədd-ül Muxtar)

    Göz muncuğunun özü və ya heyvan kəlləsi nəzərin qarşısını ala bilməz. Nəzərin qarşısını alan Allahü təaladır. Baxan, əvvəl bunları görəndə, gözlərindən çıxan zərərli şüalar bunlara isabət edər. Nəzərin gerçək olduğu ayəti–kərimələrlə sabitdir. Hədisi-şəriflərdə də “Nəzər haqdır” buyuruldu. (Müslim)

 

15-03-2018, 11:49
Geri