Gözəl İslam / Salehlərlə Birlikdə Olmaq

Salehlərlə Birlikdə Olmaq

        Saleh müsəlmanlarla birlikdə olmaq və daim haqq məzhəb alimlərinin kitablarını, nəqli əsas alan doğru din kitablarını oxumaq lazımdır. Şeytan çöldə qalana və ya ayrı düşünənə, qəlbən iştirak etməyənə vəsvəsə verər. Sürüdən ayrılan qoyunu qurd qapar. Qəti şəkildə ayrılmamaq, öz başına hərəkət etməmək lazımdır. İnsanın da qurdu şeytandır. Yəni ayrı düşmək, ayrı düşünmək, ayrı hisslərlə yaşamaq şeytana yem olmaq deməkdir. Şeytan qəlbə vəsvəsə verir. Çünki işi odur. Bir şəxs ondan “Qəlbimə çox pis fikirlər dolur, çox qorxuram. Çarəsi nədir?” deyə soruşana cavab verir ki, “Şeytan vəzifəsini edir. Sən onun vəzifəsinə qarışma, öz işini gör! Şeytan səni azdırmaq istəyirsə, sən də özünü qurtarmağa çalış, salehlərlə birlikdə ol, səni yaradana sığın! Görək, dayana bilərmi?”
        Peyğəmbər əfəndimiz “Şeytan insanın qəlbinə vəsvəsə verir. Lakin Allah xatırlananda qaçar” buyurur. Sən o anda Allah de! Tövhid kəlməsini söylə, salavat gətir və ya elmihal oxu, bir şeylə məşğul ol, yəni əksini et! Onda bir şey olmaz. Şeytan vəsvəsə vermək üçün yaradıldı. ”Mən insanları azdıracağam” dedi və izn istədi. Allahu təala da izn verdi, ancaq “Sən mənim qullarımı azdıra bilməzsən, sən özün kimi olanları azdırarsan” buyurdu. “Mənim qulum” dedikləri də salehlərdir”.

 

15-03-2018, 11:47
Geri