Gözəl İslam / Ədalət, müsavat və hürriyyət

Ədalət, müsavat və hürriyyət

Sual: Hər işdə müsavat, hər zaman tərəfsizlik və sonsuz hürriyyət düşüncəsi nə dərəcə düzgündür?
CAVAB
Bəzi insanlar tərəfindən tez-tez istismar edilən kəlmələrdən biri də bərabərlikdir, müsavatdır. Hər zaman, hər işdə bərabərlik, bəzən zülüm olur. Çünki yaxşı ilə pis, alim ilə cahil, sağlam ilə qüsurlu və bunlar kimi fərqli şeylərin müsavi olmasını istəmək əşyanın təbiətinə ziddir.

Ədalət, çox vaxt bərabərlikdən fərqlidir. Məsələn, bir müdir, hündürlüyü 1.5 metr olan işçisinə, geyim tikdirmək üçün 3 metr parça alsa, eyni parçadan boyu 2 metr olan işçisinə 4 metr parça almalıdır. Hər iki işçi də eyni parçadan geyinəcəyi üçün ədalətli iş görülmüş sayılır. Lakin hər birinə yüz manat verilsə, alçaqboylu olan işçi, hündür olandan daha qiymətli parça alacaq. Müdir, eyni pulu verdiyi üçün hündür olan, daha keyfiyyətsiz parça almaq məcburiyyətində qalacaq. Müdirin, hər bir işçiyə çatacaq qədər eyni parçadan alması ədalət, ikinci misalda olduğu kimi hər birinə eyni miqdarda pul verməsi bərabərlik olacaq.
Göründüyü kimi, hər ikisinə də eyni pulu vermək bərabərlik olsa da, bu pulla hündür işçinin digərindən daha keyfiyyətsiz parça alması, bir növ haqsızlıq sayılır. Eyni parçadan birinə az, digərinə çox verilib qeyri-bərabərlik olmasına baxmayaraq, ikisi də eyni parçadan geyim sahibi olduqları üçün ədalətlə hərəkət edilmiş sayılır.

Ədalətə bir misal
Boyu, yaşı, təhsili eyni olan və eyni vaxtda işə girən işçidən birinə 750, digərinə isə, 1000 manat maaş verən müdir, bunun səbəbini belə açıqlayır:
“10 00 manat alan işçi, gündə 500 parça, 750 alan isə, 300 parça emal edir. Əgər, 1000 manat verdiyimiz işçi haqqını alırsa, 750 verdiyimiz işçinin gördüyü işə görə, 500 alması lazım idi. Əgər gördüyü işə görə, 750 verdiyimiz işçi, haqqını alırsa, 1000 alana, 1250 vermək lazımdır.”
Misalda göründüyü kimi, çox iş görənlə az iş görənə, tası dolduranla qırana eyni münasibəti göstərəcəyik deyə, bərabər maaş vermək ədalətsizlik olar.
Təkidlə tərəfsizlikdən bəhs edənlər, özləri tərəfsiz davranmağı əsla istəməzlər. Başqalarının tərəfsiz olmasını istəyirlər. Bunlara görə, yaxşıya yaxşı, pisə pis desəniz tərəfsiz ola bilməzsiniz. Yaxşını tərifləməmək, pisi tənqid etməmək tərəfsizlik deyil. Haqqın, doğrunun, yaxşının yanında olmağı tərəf tutmaqla günahlandırmaq doğru olmaz.
Qurucuya görə doğru və yaxşı olan bir şey, dağıdıcıya görə, səhv və pisdir, buna görə də doğrunun, yaxşının yanında olanı tərəfsiz olmamaqda günahlandırır. Dağıdıcının fikrində olmadığınız müddətdə bütün işləriniz tərəfsizliyə ziddir.

Hürriyyət nədir?
Hürriyyət, özbaşına olub, hər istədiyini edə bilmək deyil. Qeyri-qanuni iş görəni məhkum etmək, həbsə salmaq hürriyyətə zidd deyil. Cəmiyyətin hürriyyətinə mane olan bir neçə cinayətkarın əsir olması, hürriyyətsizlik deyil. Sadəcə başqalarına deyil, özünə belə zərərli olmaq hürriyyət deyil.
Narkotik maddə kimi, orqanizmə zərərli olan şeyləri qadağan etmək, hürriyyətsizlik olaraq vəsfləndirilməməlidir. Yol hərəkətinin düzgün olması üçün müxtəlif qaydalar qoyaraq, soldan getməyə qadağa qoymaq hürriyyətsizlik deyil.
Cinayət edənə cəza vermək, onu əfv etməyib cəzasını çəkməsini istəmək hürriyyətsizlik deyil.
Qəfəsdəki ilanı əhalinin arasına buraxmaq, ilan üçün bir azadlıq, cəmiyyət üçün bir fəlakətdir.
Bir cinayətkarın sərbəst buraxılması, onun üçün azadlıq olsa da, millət üçün hürriyyət düşmənliyidir. Nəticə olaraq, hər işdə bərabərlik, hər yerdə tərəfsizlik və sonsuz hürriyyət deyərək millətin haqqı zədələnməməlidir!

12-10-2022, 17:36
Geri