Gözəl İslam / Nəfsə zülüm etmək nədir?

Nəfsə zülüm etmək nədir?

Sual: “Nəfsinizə zülüm etməyin” nə deməkdir? Nəfsimiz Allahın düşməni olduğuna görə nəfsə zülüm etmək lazım olmazmı?
CAVAB
Nəfs kəliməsinin, ruh, can, qan, mənlik, daxil, qəlb, böyüklük, ucalıq, iradə kimi bir çox mənası vardır. Lakin daha çox iki mənada işlənir:

Birincisi, dinə uyğun olmayan istəklərin qaynağı kimi nəzərdə tutulur. Buna nəfsi-əmmarə də deyilir. Bu nəfs Allahü təalanın və bizim düşmənimizdir. Bir hədisi-şərif məalı:
“Sənin ən böyük düşmənin, səni tam bir mühasirəyə alan nəfsindir.” [Deyləmi]

Allah düşməni olan nəfsə zülüm etmək üçün, yəni onun zərərlərinin qarşısını almaq üçün, dinimizin əmrinə tam tabe olmaq və bu nəfsi pis hesab edib, həmişə alçaltmaq lazımdır. Bir hədisi-şərif məalı:
“Nəfsini zəlil edən dinini əziz etmiş, nəfsini əziz edən də dinini alçaltmış olar.” [Əbu Nuaym]

İkincisi, bir şeyin özüdür, insandır. Məsələn, Qurani-kərimdə, “Hər nəfs ölümü dadandır” buyurulur. Yəni hər canlı ölümü dadacaq deməkdir. “Nəfsinizə zülüm etməyin”, yəni “Özünüzə zülüm etməyin” deməkdir. Çox yeyib kökəlməyin və ya çox az yeyib zəifləməyin deməkdir. Nə çox yatmalı, nə də həmişə oyaq qalmalıyıq, yəni bədənimizin ehtiyaclarını da ödəməliyik. Bir hədisi-şərif məalı:
“Din asanlıqdır. Dində həddi aşanı din məğlub edər.” [Nəsai]

Seyid Abdülhakim Arvasi həzrətləri, “Halal olan geyimləri, yeməkləri və şərbətləri lazımı qədər istifadə edin! Müxtəlif ləzzətli yeməklərlə, şirin, sərin şərbətlərlə bədəninizi, nəfslərinizi rahat və xoş tutun!” buyurur. Peyğəmbər əfəndimizin və İslam alimlərinin bu bildirdiyi xüsuslara tabe olmaq niyyətilə əməl olunarsa, bunlar da ibadət sayılar, savab olar. Beləcə, özümüzə də zülüm etmərik.

 

1-05-2021, 04:54
Geri