Gözəl İslam / Nəzər haqdır

Nəzər haqdır

Sual: “Gözlə görülməyən şeylərə, məsələn, nəzərə inanmaq yanlışdır. Sadəcə, sevgisiz baxan bir göz, insanı yorar” deyənlər çıxır. Nəzər haqq deyildirmi?
CAVAB
Nəzər haqdır. Bəyənərək, qibtə edərək və ya qısqanaraq baxılan şeylərə nəzər dəyər. İnsana, heyvana və hətta cansıza da nəzər dəyir. Nəzər xəstəlik törədir, hətta öldürür. Qadınlara və uşaqlara daha çox təsir edir.


Peyğəmbər əfəndimizin dövründə Əsəd oğullarından nəzəri dəyən bir adam var idi. Üç gün bir şey yeməyib, sonra çadırın bir tərəfini qaldırıb oradan keçən bir dəvəyə baxıb, “Bunun kimi bir dəvə heç vaxt görmədim” deyər-deməz, dəvə yerə yıxılıb xəstələnərdi. Müşriklər, bu adamı tapıb Peyğəmbər əfəndimizi nəzərlə öldürməsini istədilər. Cənab Haqq da Rəsulullahı onun nəzərindən qorumuşdur. Bu haqda Qələm surəsinin “Az qalmışdı, kafirlər səni gözləri ilə yıxacaqdılar” məalındakı 51-ci ayə enmişdir. Bir neçə hədisi-şərif məalı belədir:
“Nəzər haqdır.” [Müslim]

“Nəzər insanı məzara, dəvəni qazana soxar.” [İbn Adiy]

“İnsanların yarısı nəzərdən ölür.” [Tabərani]

“Xoşa gələn bir şeyi gördükdə, “Maşaallah la quvvətə illa billah” deyilsə o şeyə nəzər dəyə bilməz.” [Beyhəqı, İbn Sünni]

“Nəzər az qala, təqdiri ötüb keçəcəkdi. Nəzərdən Allahü təalaya sığının.” [Deyləmi]

“Qədərin qarşısına keçəcək bir şey olsaydı, nəzər keçərdi.” [Müslim]

Gözlə görülməyən şeylərə yox demək, müasir elmə də ziddir. Dövrümüzdə bilirik ki, alətlərdən çıxan şüaların iş görmək qabiliyyəti var. Məsələn, televizoru açan, kanallarını dəyişdirən və ya avtomobilləri açan pultlar vardır. Onlardan çıxan şüalar iş yerinə yetirir. Lazer adlanan şüalarla əməliyyatlar aparılır. Bunlar kimi gözdən çıxan və mahiyyəti tam açıqlanmayan şüalardan da nəzər dəyərək, baxılan şey zərər görə bilər. Görə bilmədiyimiz şeylərə yox demək isə, çox cahil bir sözdür.

İnsanın özünə nəzər dəyməsi
Sual: 
İnsanın özü-özünə nəzəri dəyə bilərmi?

CAVAB
Bəli, dəyə bilər.


Sual: Nəzərdən qorunmaq üçün nə etmək lazımdır?
CAVAB
Özünə nəzər dəyən kimsə, aşağıda bildirilən duaların birini və ya hamısını oxumalıdır.

1- Fatihə, Ayətəl-kürsi və dörd qul [Kafirun, İxlas, Fələq, Nas surələri] hər biri 7 dəfə oxunub xəstəyə üfülənərsə, cadu, nəzər və hər dərdə yaxşı təsir edər. Duza oxunub, suda əridilərək içmək də olar. Bir hədisi-şərifdə də, “Fatihə ilə Ayətəl-kürsini oxuyana o gün nəzər dəyməz” buyuruldu. (Deyləmi)

2-
 Bir hədisi-şərifdə, “Səhəh-axşam, [Bəsmələ ilə] 3 dəfə “Bismillahilləzi la yədurru məasmihi şəyün fil ardı və la fissəmai və hüvəssəmiul alim” oxuyan, cadu və nəzərdən qorunar” buyuruldu. (İbn Macə)


3-
 Ayətəl-kürsi, Fatihə, iki Qul əuzü və Qaləm surəsinin sonunu oxumaq çox yaxşı təsir edir. (Mədaric)


4- 
Peyğəmbər əfəndimiz, iki Qul əuzünü oxuyub buyurdu ki:

“Bu iki surə ilə [bəlalardan, nəzərdən] qorunun! Heç kim, bu iki surə ilə qorunduğu kimi, başqa şeylə qoruna bilməz.” [Ebu Davud]

5-
 “Əuzü bi-kəlimətilləhittamməti min şərri külli şeytanin və hammətin və min şərri külli aynin lammətin duası, səhər- axşam 3 dəfə oxunub özünə və ya xəstəyə üfülənsə, nəzərdən, cin, şeytan və heyvanların zərərindən qoruyar. (Məvahib)


6- 
Peyğəmbər əfəndimiz nəzər üçün “Allahümmə bərik fihi və la tədarruhü” oxuyardı. (İbn Sünni)


7-
 Nəzəri dəyən adam və ya hər kəs, bəyəndiyi bir şeyi gördükdə Maşaallah deməli, ondan sonra o şeyi söyləməlidir. Əvvəlcə Maşaallah dedikdə, nəzər dəyməz. Hədisi-şərifdə, “Xoşa gələn bir şeyi gördükdə, “Maşaallah la qüvvətə illa billah” deyilsə o şeyə nəzər dəyə bilməz” buyurdu. (Beyhəqı, İbn Sünni)


Ukbə-tübni Amir radıyallahü anh rəvayət edir:
Rəsulullah əfəndimiz, “Bir insan, Allahın nemət verdiyi kimsə, bu nemətin davamını istəyirsə, çoxlu “La havlə vəla qüvvətə illa billah” desin” buyurdu. Sonra “Bağına-bağçana girdiyin vaxt maşaallah la qüvvətə illa billah deməliydin elə deyilmi?” [məalindəki] Kəhf surəsinin 39-cu ayəsini oxudu. (Tabərani)

Bir hədisi-şərifdə də buyuruldu ki:
“Allahü təalanın ruzi verdiyi insan, çoxlu ”Əlhamdülillah” desin. Ruzisi azalan da çoxlu “İstiğfar” etsin. Bir şey də insana üzüntü, sıxıntı verirsə “la havlə vəla qüvvətə illa billah” desin.” [Beyhəqı, Hatib]

8-
 Nəzərdan qorunmaq üçün ayəti-hırz adlanan ayələr oxunmalı və üzərində gəzdirilməlidir.


Dəstəmaz alıb, 7 istiğfar və 11 salavat oxuyub, xəstənin səhhətinə niyyət edərək, günəş çıxdıqdan və əsr namazından sonra, gündə iki dəfə xəstə üzərinə oxunmalı, işarəli yerlərdə, xəstə üzərinə üfürməli, şəfa tapana qədər [qırx günə qədər] davam etmək lazımdır. Hər dəfə oxuduqdan sonra, bir Fatihə oxuyaraq savabı, Peyğəmbər əfəndimizin və Bəhaəddin Buxari, Əhməd Rıfai və imam Rəbbani həzrətlərinin ruhuna hədiyyə edilməlidir. Silsiləyi-aliyyəni oxuyub ruhlarına hədiyyə etmək daha da təsirli olar. Ayəti-hırzı yanında gəzdirən kimsə, nəzər dəyməsindən qorunduğu kimi, sehirdən, cadudan, cin ilə əlaqəli xəstəliklərdən də qorunar. Hər nə muradı varsa hasil olar.

9-
 İbn Abidin həzrətləri “Tarlaya sümük, müqəvva, heyvan kəlləsi qoyulmalıdır. Bir qadın, məhsuluna nəzər dəyməməsi üçün nə edəcəyini soruşduqda, Rəsulullah, “Tarlaya heyvan kəlləsi as” buyurur. Baxan adam, birinci bunu görüb tarladakı məhsulu sonra görəcək” buyurub. (Rəddül-muxtar)

10-
 Şirinlik duası, təmimə və ovsun caiz deyildir. Mənasız və ya küfrə səbəb olan duanı oxumağa Ovsun deyilir. Nəzərin birbaşa qarşısını aldığına inanılan nəzərliklərə Təmimə deyilir. Şirinlik duası adlanan dualara Tivələ deyilir. Rukyə, oxuyub üfləmək və ya üzərində daşımaq deməkdir. Rukyə, ayə və hədis ilə bildirilən dualarla olunsa təviz deyilir. Təviz isə caizdir. Hədisi-şərifdə, “Əlacların ən yaxşısı Qurani-kərimdir” buyuruldu (İbn Macə)


11- 
İmam Rəbbani həzrətləri tələbələri ilə uzaq bir yerə gedərkən gecə bir karvansarayda qaldılar. “Bu gecə bir bəla zühur edəcək. [Bəsmələ ilə] “Bismilləhilləzi lə yədurru məasmihi şəy-ün fil ardı və la fissəmai və hüvəs-səmi-ul alim” duasını 3 dəfə oxuyun” buyurdu. Gecə böyük yanğın oldu. Hər otaqda əşyalar yandı. Duanı oxuyanlara bir şey olmadı. Dərd, bəla, fitnə, xəstəlik, nəzər, sehir və zalımların şərindən qorunmaq üçün səhər-axşam imam Rəbbani həzrətlərinin bildirdiyini xatırlayaraq, 3 dəfə oxunmalıdır. Hədisi-şərifdə buyuruldu ki:

Bismillahilləzi la yədurru mə-asmihi şəy-ün fil ardı və la fissəmai və hüvəs-səmi-ul alim” duasını səhər 3 dəfə oxuyana axşama qədər, axşam oxuyana da səhərə qədər heç bəla gəlməz.” [İbn Macə]

Xəstələndikdə
Sual: Gözlərdən çıxan şüalar nəzər dəydirərək zərərlərə səbəb olduğu kimi, xəstəliklərə də şəfa olduğu deyirlər. Bu doğrudurmu?
CAVAB
Bəli, doğrudur. Nəzərin haqq olduğu, doğru olduğu Qurani-kərim və hədisi-şəriflərlə sabitdir.

Mömin ağrısa, xəstə olsa, saleh bir yoldaşın evinə getsə, onunla bir az söhbət etsə, mötəbər bir kitab oxusa, mütləq yaxşılaşması təcrübə ilə görülmüşdür. Möminin üzünə baxmaq şəfadır. Möminin gözündən çıxan şüalar qarşısındakı insanın sağalmasına, yaxşı olmasına səbəb olur. Əgər o kimsə səxavətlidirsə bir stəkan suyu içilsə, bu da şəfaya qovuşdurar. Bir hədisi-şərifdə, “Səxavətli olanın yeməyi şəfadır” buyurulur. O suyun bir hissəsi içilibsə, artıq olduğu üçün o, şəfaya səbəbdir. Yenə bir hədisi-şərifdə, “Möminin artığı şəfadır” buyurulmuşdur.

Nəzər haqdır
Sual: Nəzər, yəni göz dəyməsini inkar edən küfrə girərmi?
CAVAB
Bəli. Nəzərin haqq olduğu ayəti-kərimə və hədisi-şəriflərlə sabitdir

5-02-2021, 17:56
Geri