Gözəl İslam / Qəlbdən qəlbə axım

Qəlbdən qəlbə axım

Sual: Salehə bir xanımla qızı, bir qadın həkimə gedirlər. Az sonra həkim  xanım, “Sizdə nəsə var. Siz gəldikdən sonra çox rahat oldum” deyir. Həkim xanım görəsən niyə rahatlaşmışdı?
CAVAB

Birləşik qablardan birinə su töküldüyündə, su digər kolbaya axır, ondan sonra təkrar həmin kolbaya gəlir. Sonra yenidən digər kolbaya axır, beləliklə kolbalardakı su eyni səviyyəyə gəlir. Bunun bənzər kim olur-olsun, iki insan bir yerdə olduğu zaman, mütləq birinin qəlbindən digərinin qəlbinə, o birinin qəlbindən bu birinin qəlbinə axım başlayır. Ona görədir ki, İslamiyyətin başlanğıcında Peyğəmbər əfəndimiz (sallallahü aleyhi və səlləm) qəbir ziyarətini qadağan etmişdi. Çünki ölənlər kafir, ana-ataları isə müşrik idilər. Müsəlmanlar ziyarətə gedirdilər, o qəbirdəkinin ruhundan Müsəlmanın qəlbinə zülmət axırdı. Müsəlmanlar da vəfat etməyə başladıqdan sonra qəbir ziyarətinə icazə verdi.
Deməli, qarşılıqlı olaraq qəlbdən qəlbə bir axım var. Allah sevgisi yüksək olanın qəlbindən alçaq olanın qəlbinə feyz axır. Eyni səviyyəyə gələnə qədər davam edir. Çox günahkar olandan da zülmət axır. Salehə xanımlardan həkim xanıma axım gedərək rahatlaşdığı anlaşılır. Ona görə də, məcbur qalmadıqca pis insanlardan uzaq durmağa çalışmaq lazımdır. Onlarla zərurət miqdarı görüşmək olar.

 

Sual: Pis xasiyyətli olan insan qəlbinin təmiz olduğunu söyləsə, buna etibar etmək olarmı?
Cavab: Pis xasiyyətlər qəlbi xəstə edir. Bu xəstəliyin artması, qəlbin ölümünə, yəni küfrə, inkara səbəb olur. Pis xasiyyətlərin ən pisi olan küfür, inkar isə qəlbin ən böyük zəhəridir. İmanı olmayanın, “Qəlbim təmizdir, sən qəlbimə bax” kimi sözləri, boş sözlərdir. Ölmüş qəlb təmiz ola bilməz.

 

Qəlbi təmizləməyin yolu
Sual: Çox insan danışarkən qəlbinin təmiz olduğunu söyləyir. Qəlbin təmiz olması nə deməkdir, necə təmizlənir və nələrdən təmizlənir?
Cavab:
 Qəlb, məhəbbət, sevgi yeridir. Məhəbbət, sevgi olmayan qəlb ölmüş deməkdir. Qəlbdə ya dünya sevgisi, yaxud Allah sevgisi olur. Dünya, haram olan şeylər deməkdir. Zikir, ibadət edərək, qəlbdən dünya sevgisi çıxarıldıqda, qəlb təmiz olur. Bu təmiz qəlbə Allah sevgisi öz-özünə dolur. Günah işlədikdə qəlb qaralır, xəstə olur. Dünya məhəbbəti, sevgisi yerləşərək, Allah sevgisi gedir. Qəlbin bu halı bir stəkana oxşayır. Su doldurduqda havası çıxır. Suyu boşaltdıqda hava öz-özünə dolur. “Rəşəhat” kitabında, Muhamməd Parisa həzrətlərinin belə buyurduğu qeyd edilmişdir:

“İnsanı Allahü təaladan uzaqlaşdıran pərdələrin ən zərərlisi, qəlbin qaralması, dünya sevgisinin qəlbə yerləşməsidir. Bu sevgi pis yoldaşlardan, lazımsız şeylərə baxmaqdan əmələ gəlir. Çox çalışaraq bunları qəlbdən çıxarmaq lazımdır. Faydasız kitab, [roman, qəzet] oxumaq, mənasız şeylər danışmaq, seyr etmək bu sevgini artırır. Baxılması haram olan rəsmləri, [filmləri, verilişləri] seyr etmək, haram olan şeyləri dinləmək bu sevgini qəlbdə yerləşdirir. Bunların hamısı insanı Allahü təaladan uzaqlaşdırır. Allahü təalaya qovuşmaq istəyənlər, bunlardan çəkinməli, nəfsi azdıran hər şeydən uzaqlaşmalıdırlar. Allahü təalanın adəti belədir ki, qəlbi təmizləməyə və nəfsi əzməyə çalışmayanlara, həzlərini, şəhvətlərini tərk etməyənlərə bu neməti ehsan etməz.”

 

Qəlbi, nəfsin təzyiqindən xilas etmək
Sual: Müsəlman, qəlbinə gələn pis düşüncələrdən xilas ola bilərmi? Əgər xilas ola bilirsə, bunun yolu nədir, nə etməlidir?
Cavab:
 Qəlb həm nəfsə, həm duyğu orqanlarına bağlıdır. Duyğu orqanları nə ilə məşğul olursa, qəlb də ona bağlanır. İnsan gözəl bir şeyi gördükdə, gözəl bir səs eşitdikdə, şirin bir şey yedikdə qəlb bunlara bağlanır. Bu sevgi insanın əlində deyil. İnsan gözəl bir şey oxuduqda, qəlb bunların mənalarına, müəllifinə bağlanır. Gözəl, şirin, yəni qəlbə gözəl, şirin gələn şey deməkdir. İnsan çox vaxt nəfsə xoş gələnlə, qəlbə xoş gələni bir-biri ilə qarışdırır. Qəlb qüvvətlidirsə, həqiqi gözəlliyi anlayıb onu sevir, bağlanır. Ayəti-kərimələr, hədisi-şəriflər, dua, təsbeh kimi dəyərli şeylər gözəldir, çox şirindir. Qəlbin nəfsə bağlılığı azaldıqda və nəfsin əlindən olduqda, bunları oxuduğu, eşitdiyi zaman, bunların gözəlliyini anlayır, bağlanır, heç insanın xəbəri olmur.

Qəlbi nəfsin əlindən, təzyiqindən xilas etmək üçün nəfsi əzmək, qəlbi oyandırıb gücləndirmək lazımdır. Bu da Rəsulullah əfəndimizə tabe olmaqla mümkündür. Muhamməd əleyhissalama tabe olaraq, qəlbini nəfsinin pəncəsindən xilas edən insan, bir övliyanı araşdırıb öyrənərsə, onun Rəsulullah əfəndimizin varisi, Allahın sevgili qulu olduğunu anlayar. Allahü təalanı çox sevdiyi üçün Allahın sevdiyini də çox sevər. Lakin nəfsin sevdiklərini, qəlbin sevdiyi gözəlliklər zənn edərək aldananlar çox olmuşdur və fəlakətə sürüklənmişdirlər.

26-01-2023, 15:42
Geri