Gözəl İslam / Qəlbin qaralması necə bilinir

Qəlbin qaralması necə bilinir

Sual: Qəlbin qaralması necə bilinir, necə təmizləmək olar?
CAVAB

Haram yemək qəlbi qaraldır, xəstə edir. Zünnuni Misri həzrətləri buyurdu ki: Qəlbin qaralmasının dörd əlaməti var:
1- İbadətin dadını hiss etməz.
2- Allah qorxusu yadına düşməz.
3- Gördüklərindən ibrət almaz.
4- Oxuduqlarını, öyrəndiklərini anlayıb qavraya bilməz.
Muhamməd ibn Fadl Bəlhi həzrətləri də buyurdu ki: Qəlbin qaralmasına 4 şey səbəb olur:
1- Öyrəndiyi ilə əməl etməmək.
2- Bilməyərək etmək.
3- Bilmədiklərini öyrənməmək.
4- Başqasının öyrənməsinə mane olmaq.
Nəfs, pis istəklərdən [dinin qadağan etdiyi şeylərdən] xilas olduqda, qəlb təmizlənir.
Qəlbi təmizləmək üçün riyazət və mücahidə lazımdır. Riyazət, nəfsin arzularını etməməkdir. Nəfsimiz haramları, məkruhları arzu edir. Bunlardan uzaq durmaq lazımdır. Mücahidə, nəfsin istəmədiyi şeyləri etməkdir. Nəfsimiz yaxşılıq və ibadət etmək istəmir. Yaxşılıq və ibadət edərək qəlb təmizlənməlidir!
Nəfsin istədiyi hər şey sonsuz axirət nemətləri yanında dəyərsizdir. Axirət nemətləri qızıldırsa, dünya mənfəətləri dəmir belə deyil. Bu müvəqqəti, bəsit mənfəətlər sonsuz nemətlərlə heç müqayisə belə edilməz.
Qəlbi təmizləyərkən dörd əngəl çıxır:
1- Mal sevgisi: Malın özü deyil, sevgisidir. Qəlbi təmizləmək, axirəti qazanmaq üçün malın böyük əhəmiyyəti var. Ancaq mal sevgisi əngəldir. Mal sevgisini qəlbdən çıxarmaq lazımdır!
2- Vəzifə sevgisi: Axirət nemətlərini əldə etmək üçün yüksək vəzifə və rütbə, əlbəttə, yaxşıdır. Mal kimi vəzifənin də özü deyil, sevgisi əngəldir. Xidmət üçün bir vəzifə istəmək başqa şeydir, nəfsin arzularını tətmin etmək üçün vəzifə sahibi olmaq ayrı şeydir.
3- Müxtəlif sevgilər: Allah sevgisindən başqa hər sevgini qəlbdən çıxarmaq lazımdır!
4- Günah: Hər günaha tövbə etməliyik! Hədisi-şərifdə buyuruldu ki:
“Kim günah işləyirsə, qəlbində qara bir nöqtə əmələ gəlir. Tövbə etdikdə silinir. Günahlara davam etdikdə, o ləkə büyüyüb qəlbin tamamını örtür.” [Nəsai]
Bu dörd əngəli aşmaq üçün dörd şey lazımdır.
1- Çox yeməmək, halal yemək.
Hədisi-şərifdə buyuruldu ki:
“Çox yeyib-içməklə qəlbinizi öldürməyin!” [İ.Qazali]
“Haram qarışdırmadan, qırx gün halal yeyənin qəlbi nurla dolar. Qəlbinə çay kimi hikmət axar. Dünya sevgisi qəlbindən çıxar.” [Əbu Nuaym]
2- Çox yatmamaq.
Çox yeyən adam çox su içir, çox yatır. Çox yatan da qiyamətdə peşman olacaq. Hədisi-şərifdə buyuruldu ki:
“Allahü təala çox yeyib-içəni və çox yatanı sevməz.” [İ.Qazali]
3- Çox danışmamaq.
Hədisi-şərifdə, “Çox danışan çox xəta edər, çox günah işləyər. Çox günah işləyən də Cəhənnəmə gedər” buyuruldu. (Əbu Nuaym)
4- Pislərdən uzaq durmaq.
Hədisi-şərifdə buyuruldu ki:
“İnsanın dini, yoldaşının dini kimidir. Kiminlə yoldaşlıq etdiyinizə diqqət edin.” [Hakim]

 

3-01-2023, 12:22
Geri