Gözəl İslam / Qəlbi təmizləmək üçün nə etmək lazımdır?

Qəlbi təmizləmək üçün nə etmək lazımdır?

Sual: Qəlbi təmizləmək üçün nə etmək lazımdır?
CAVAB

Günahlar qəlbi qaraldır. Hədisi-şərifdə buyuruldu ki:
“Bir insan, günah iş gördüyü vaxt qəlbində qara bir nöqtə əmələ gəlir. Əgər tövbə etsə, o ləkə silinir. Tövbə etməyib təkrar günah işləsə, o ləkə böyüyür və qəlbin hər tərəfini örtür, qəlb qapqara olur.” [Haraiti]
Günahlar qəlbi qaraltdığına görə günaha səbəb olacaq şeylərdən də qaçmaq lazımdır. Məsələn, yuxu mübahdır. Ancaq çox yatmaq qəlbə qəm-qüssə verir, günah işləməyə zəmin hazırlayır. Hədisi-şərifdə buyuruldu ki:
“Üç şey qəlbə sıxıntı verir: Yeməyi, yuxunu və rahat olmağı sevmək.” [Deyləmi]
Günah işlədikdə dərhal tövbə və istiğfar etmək lazımdır. Hədisi-şərifdə buyuruldu ki:
“Paslanan hər şeyin bir cilası vardır. Qəlbin cilası “Əstağfirullah” deməkdir.” [Deyləmi]
Ölümü çox yada salmaq, oruc tutmaq da qəlblərin pasını silir. Hədisi-şəriflərdə buyuruldu ki:
“Hər ay 3 gün oruc tutanın qəlbinin pası təmizlənər.” [Nəsai]
“Su dəyən [rütubətli yerdə] zaman dəmirin paslandığı kimi, qəlblər də [günah üzündən] paslanır.” Orada olanlar, “Qəlblərin cilası nədir ya Rəsulallah” dediler. Peyğəmbər əfəndimiz buyurdu ki: “Ölümü çox xatırlamaq və Qurani-kərim oxumaqdır.” [Beyhəqı]
Möminin qəlbi təmizdir. Fasiqlərin qəlbi çirklidir, qaradır. Kafirlərin qəlbi isə qapqaradır. Hədisi-şərifdə buyuruldu ki:
“Möminin qəlbi təmizdir, orada parlayan bir işıq vardır. Kafirin qəlbi qapqaradır və tərsdir.” [Tabərani]

 

 

 

 

 

 

 

 

 

 

 

30-12-2022, 17:04
Geri