Gözəl İslam / İnsanın yeri haradır?

İnsanın yeri haradır?

Sual: Məxluqlar içərisində insanların yeri haradır?
CAVAB
İnsanların dərəcələri bütün məxluqların tam ortasındadır. İslamiyyətə tabe olanlar yüksəlirlər, mələklərdən üstün olurlar. Nəfslərinə və pis yoldaşlara uyub, İslamiyyətdən uzaqlaşanlar alçalırlar.
İnsan, ruh cəhətdən mələklərə, bədən quruluşu cəhətdən heyvanlara bənzəyir. Ruh tərəfini qüvvətləndirən insan mələklərdən də üstün olur. Çünki bədən insanı mələklikdən uzaklaşdırıb, heyvanlara yaxınlaşdırarkən, bu alçalmağa qarşı çıxır və yüksəlir. Mələkdə heyvanlaşdırıcı bir bədən yoxdur. Yaxşılıqları mələklik ilə birlikdə yaradılmışdır.
Bir insan bədəni bəsləyib, nəfsi qüvvətləndirirsə, heyvanlardan aşağı olur. Allahü təala, “Hətta onlar heyvanlardan daha aşağıdır” buyuraraq, belə insanların pisliklərini bildirir. (“Əraf” 179, “Furqan” 44)
Çünki, heyvanda ağıl yoxdur. Mələklərə bənzəyən ruhları da yoxdur. Şəhvətlərinə düşkün olmaları qəbahət deyil. İnsanlara ağıl işığı verildiyinə görə, nəfslərinə tabelikləri, doğru yoldan azmaları çox çirkindir. İnsanların, heyvanların yaşamaları üçün ən çox ehtiyac duyduqları şey havadır. Havasızlığa bir neçə dəqiqədən artıq dayanmaq qeyri-mümkündür, canlılar dərhal ölürlər. Hava axtarmaqla, tapmaqla, zəhmət çəkməklə ələ keçən bir şey olsaydı, bunu axtarana qədər yaşaya bilməzdilər. Bu dərəcə təcili olan, bu çox lazımlı maddəni Allahü təala hər yerdə əlçatan və məxluqlarının ciyərlərinə qədər, öz-özünə, asanlıqla girəcək şəkildə yaratmışdır. Yaşaya bilmək üçün su bu qədər təcili deyil. İnsanlar və heyvanlar suyu axtarıb tapacaq zaman qədər yaşaya bilirlər.
Buna görə suyu tapmaq lazımdır. Heyvanlarda ağıl olmadığı və bir-birlərinə kömək edə bilmədikləri üçün qidalarına da köməkçi olmadıqları üçün qidalarını və geyimlərini hazırlaya bilməzlər. Buna görə qidalarını bişirməyə və hazırlamağa ehtiyac yoxdur. Ot, leş yeyirlər. Tüklə, yunla, dərilərilə isinirlər. Qorunma alətləri özlərində yaradılmışdır. Bir-birlərinə möhtac deyildirlər.
İnsan isə bütün bunları hazırlamağa, düşünməyə məcburdur. Əkib biçmədikcə, çörək hazırlamadıqca doya bilməzlər. İp, sap əyirib toxuculuq və dərzilik etmədikcə geyinə bilməzlər. Qorunmaları üçün də ağıllarını, zəkalarını işlətməli, fənn bilikləri öyrənməli, sənaye qurmalıdırlar.
Hər heyvanda olan bir növ üstünlük, insanda bir yerdə cəmləşmişdir. İnsanda yaradılan bu üstünlükləri meydana çıxarması üçün ağlını istifadə etməli, fikrini yormalı, çalışmalıdır. Səadət və fəlakət qapılarının açarı insanın özünə verilmişdir. Yüksəlməsi və ya alçalması, qüvvəsini sərf etməsinə və çalışmasına bağlıdır. Ağlını, fikrini işlədərək, səadət yolunu görüb, bu yolda getməyə çalışsa, içində yaradılmış yüksəkliklər, dəyərlər əlinə keçər, yüksələrək mələklərə qarışar. Allahü təalanın rizasına, sevgisinə qovuşar. Yox əgər, nəfsin zərərli arzularına tabe olaraq yaradıldığı kimi heyvanlıq dərəcəsində qalarsa, işi tərsinə dönər, alçala-alçala, əsfəl-üs-safilinə düşər. Fəlakətdən fəlakətə, Cəhənnəmə qədər sürüklənər.

26-12-2022, 15:18
Geri