Gözəl İslam / Nəfsi tərbiyə etmək üçün

Nəfsi tərbiyə etmək üçün

Sual: Nəfsimizi necə tərbiyə edə bilərik?
CAVAB
İmam Qazali həzrətləri buyurur ki:
Allahü təala, “Şəhvətlərinizi, [yəni nəfsin arzularını] haramlardan almamağa çalışın və bu cihadda səbat edin, dözün” buyurur. Buna görədir ki, ağlı olanlar, din böyükləri bu dünyanın bir bazar kimi olduğunu və burada nəfs ilə alış-verişdə olduqlarını anlamışlar. Bu ticarətdəki qazanc Cənnət, zərər isə Cəhənnəmdir. Yəni qazancı əbədi səadət, ziyanı da sonsuz fəlakətdir.
Ağıllı insan nəfsini ticarətdəki ortağının yerinə qoyub, ona lazım olan nəsihəti edər. Bunlardan altısı belədir:
1- Ticarət ortağı, insanın pul qazananda olduğu ortağı kimidir, bəzən də, xəyanət etdikdə, düşməni olur. Halbuki dünyada qazanılan şeylər müvəqqətidir. Ağlı olan, buna dəyər verməz.
Hər nəfəs qiymətli bir cəvahir kimidir ki, bunlardan bir xəzinə olur.
Ağıllı insan hər gün nəfsinə deməlidir ki:
“Mənim sərmayəm yalnız ömrümdür. Bu sərmayə o qədər dəyərlidir ki, hər çıxan nəfəs, heç bir şeylə təkrar ələ keçməz və nəfəslər sayladır, azalır. Ömür bitdikdə, ticarət sona çatacaq. Ticarətlə məşğul olaq, çünki vaxtımız azdır. Günlərimiz, o qədər dəyərlidir ki, əcəl gəldikdə, bir gün izn istənsə də ələ keçməsi mümkün deyil. Bu gün, bu nemət əlimizdədir. Amandır nəfsim, çox diqqət et ki, bu böyük sərmayəni əldən buraxma! Sonra ağlamaq fayda verməyəcək. Bu gün, indi əcəlin gəldiyini, həmin o günün çatdığını fərz et! Bu halda, bu günü əldən buraxmaqdan, bununla səadətə qovuşmamaqdan daha böyük ziyan ola bilərmi? Sabah öləcəksənmiş kimi haramdan uzaq dur!”
Asi nəfsimiz əmrləri yerinə yetirmək istəməsə də, riyazət etmək, istədiklərini verməmək ona təsir edər. Əsl nəfs mühasibəsi belə olur. Rəsulullah əfəndimiz, Ağıllı insan, ölmədən əvvəl haqq-hesabını edən, ölümdən sonra özünə yarayacaq şeyləri edən insandır və Hər görəcəyin işi əvvəlcə düşün, Allahü təalanın razı olduğu, izn verdiyi bir işdirsə, onu et! Belə deyilsə, o işdən uzaq dur!” buyurdu.
2- Nəfsi yoxlamaq lazımdır, ondan qafil olmaq olmaz! Ondan qafil olsan, əvvəlki şəhvətinə və tənbəlliyinə geri qayıdar. Hər etdiyimiz işi, hər düşündüyümüz şeyi Allahü təalanın bildiyini unutmamalıyıq. Bunu bilənin işləri və düşüncələri ədəbli olur. Buna inanmayan isə kafirdir. İnanıb əməl etməmək isə, böyük fəlakətdir.
3- Hər gün yatarkən, o gün etdiyimiz işlər üçün nəfsi hesaba çəkməli, sərmayəni, qazancı zərərdən ayırmalıyıq. Sərmayə fərzlərdir, qazanc da nafilələrdir. Ziyan isə günahlardır.
4- Nəfsin qüsurları görülüb ona cəza verilməsə, cəsarətli və şıltaq olacaq. Onunla başa çıxmaq mümkünsüz olacaq. Şübhəli şey yeyibsə, nəfsə cəza olaraq ac saxlamalı, yad qadınlara baxıbsa, gözəl mübahlara baxdırmamalıdır. Həmişə belə cəza verilməlidir!
5- Böyüklər nəfsləri qəbahat etdikdə, cəza olaraq çox ibadət edərdilər. Məsələn, bəzisi bir camaat namazına çata bilməsəydi, bir gecə yatmazdı. İbadətləri sevə-sevə etməyən insana ən yaxşı əlac, saleh bir şəxsin yanında olmaqdır.
6- Nəfsi danlamaq lazımdır. Nəfs yaradılışda yaxşı işlərdən qaçan, pisliklərə meyl edən, tənbəl və şəhvətlərinə qovuşmaq istəyəndir. Dinimiz nəfsimizi bu xasiyyətindən əl çəkdirməyi əmr edir. Bu vəzifəni bacarmaq üçün onu bəzən oxşamaq, bəzən məcbur etmək və bəzən sözlə, iş ilə idarə etmək lazımdır. Çünki nəfs elə yaradılmışdır ki, özünə xoş gələn şeylərə qaçarkən, rastlayacağı çətinliklərə səbir edir. Nəfsin səadətə qovuşmağa mane olan ən böyük maneəsi qəfləti və cəhalətidir. Qəflətdən oyandırılıb, səadətinin nələrdə olduğu göstərilsə, qəbul edər. Çünki Allahü təala “Onlara nəsihət et! Nəsihət möminlərə əlbəttə fayda verər” buyurdu. (Zariyət 55)
Qəlb, ruhla nəfs arasındakı bir körpü kimidir. Mərifətlər, feyzlər qəlbə ruh vasitəsilə gəlir. Qəlb duyğu orqanlarına da bağlıdır. Duyğu orqanları nə ilə məşğul olursa, qəlb ona bağlanır. İnsan gözəl bir şey gördükdə, gözəl bir səs duyduqda, qəlb bunlara bağlanır. Ruha və ya nəfsə şirin gələnləri sevər. Bu sevgi insanın əlində deyil. Gözəl, şirin, yəni qəlbə gözəl, şirin gələn şey deməkdir. İnsan çox vaxt həqiqi gözəlliyi anlaya bilmir. Nəfsə gözəl gələnlə, ruha gözəl gələni qarışdırır. Ruh qüvvətlidirsə, həqiqi gözəlliyi anlayıb, onu sevir, bağlanır. Ayəti- kərimələr, hədisi-şəriflər, övliyanın sözləri kimi qiymətli şeylər, əslində gözəldir, çox şirindir. Qəlbin nəfsə bağlılığı azalıb nəfsin əlindən qurtulduqda, bunları oxuduğu, eşitdiyi zaman, bunların gözəlliyini anlayır, bağlanır və insanın bundan xəbəri olmaz. İbadətləri yerinə yetidikdə Allahü təalanı sevir.
Qəlbi nəfsin əlindən xilas etmək üçün nəfsi əzmək, qəlbi qüvvətləndirmək lazımdır. Bu da Rəsulullah əfəndimizə tabe olmaqla olur. Qəlbini nəfsinin pəncəsindən xilas edən insan bir övliyanın, Rəsulullahın varisi, Allahın sevgili qulu olduğunu anlayar. Allahü təalanı çox sevdiyi üçün Allahü təalanın sevdiyini də çox sevər.

6-12-2022, 13:14
Geri