Gözəl İslam / Nəfsə güvənmək

Nəfsə güvənmək

Sual: Mən nəfsimə güvənirəm, günah işləmərəm demək doğrudurmu?
CAVAB
Doğru deyildir. Hər nəfsin istədiyi öz əleyhinədir. Nəfsimiz daima günah işləmək istəyir, əsasən də pis yoldaş vasitəsilə insana pislik edir. Nəfsə əlini verən, qolunu ala bilməz. Nəfsimiz Allahü təalanın düşmənidir. Nəfsi düşmən bilib ona uyğun tədbir alınarsa, zərəri minimuma endirmək olar.
Böyük bir Peyğəmbər olan, Yusif əleyhissalamın, “Mənim nəfsim pis şeylər istəməz demirəm” buyurduğunu Qurani-kərim bildirmişdir. Yusif əleyhissalam belə söyləyərkən, artıq başqalarına nə deyə bilər?
Peyğəmbərlər nəfsə aldanıb günah işləməzlər, amma nəfsimiz yaradılış etibarilə günah işləmək istəyir. Allahü təaladan qorxan, nəfsinə aldanıb günah işləməz.

 

İbadət etdikdə nəfsin qabarması
Sual: İnsan ibadət etdikdə nəfsi qabarır, günah işlədikdə isə özünü pis hiss edir. Bunun səbəbi nədir?
Cavab: Mövzu haqqında İmam Rabbani həzrətləri bir tələbəsinə belə buyurur:
“Soruşursunuz ki, ibadət etdikdə nəfsim qabarır, mənim kimi yaxşı insan yoxdur zənn edir. İslamiyyətə zidd olan bir şey etdikdə də özümü aciz hiss edirəm. Bunun əlacı nədir deyirsiniz. Allahü təalanın ehsanına qovuşan qardaşım! İkinci bildirdiyiniz ehtiyac və aciz olmaq, peşmanlıqdan irəli gəlir, hansı ki, bu çox böyük nemətdir. Allah qorusun, əgər günah işlədikdən sonra, peşman olunmazsa, günah işləmək şirin gələrsə, günaha israr etmək sayılır. Peşmanlıq tövbənin bir hissəsidir. Kiçik günaha israr, böyük günah olur. Böyük günaha israr, insanı küfrə aparır. İkinci halınız böyük nemətdir. Buna şükür edin ki, peşmanlığınız çoxalsın və İslamiyyətə uyğun gəlməyən işlərdən sizi qorusun. İbrahim surəsi 7-ci ayəsində məalən:
“Şükür etsəniz, nemətimi artıraram!” buyuruldu.

Nəfsinizin birinci halı, təşəxxüs, yəni təkəbbür, ibadət etdiyi üçün özünü bəyənməkdir. Təkəbbür, qorxunc bir zəhər, öldürücü bir xəstəlikdir, ibadətləri və yaxşılıqları yox edir. Bunun əlacı, yaxşı işləri qüsurlu görmək, bunlardakı gizli çirkinlikləri düşünmək, beləcə, özünün və ibadətlərinin qüsurlu olduğunu anlamaqdır. Hatta, onları bəyənilməyəcək bir halda görməkdir. Bir hədisi-şərifdə:
“Qurani-kərim oxuyan çox insan vardır ki, Qurani-kərim bunlara lənət edər” buyuruldu. Başqa bir hədisi-şərifdə:
“Oruc tutan çox insan vardır ki, onların orucu yalnız aclıq və susuzluq çəkməkdir” buyuruldu.
İnsan, ibadətinin, yaxşılığının çirkin tərəfi olmadığını zənn etməməlidir. Bir az araşdırılsa, Allahü təalanın yardımı ilə hamısını çirkin görəcək. Belə insanda təşəxxüs əmələ gələ bilərmi və nəfs özünü bəyənə bilərmi? Bir şəxs əməllərini, ibadətlərini qüsurlu gördükdə, bunların dəyəri artar. İbadətlərini, yaxşılıqlarını qüsurlu, bərbad görməyə nail olan bir insan, elə bir hala gələr ki, sağ çiynindəki yaxşılıqları yazan mələyin heç bir şey yazmadığını sanar. Çünki, yazılacaq bir yaxşılıq etdiyini görmür. Sol çiynindəki, pislikləri yazan mələyin durmadan yazdığını sanar. Çünki, əməllərinin hamısının çirkin və pis olduqlarını görür.”

1-12-2022, 18:00
Geri