Gözəl İslam / Nəfsi tanımaq və nəfsimizlə cihad

Nəfsi tanımaq və nəfsimizlə cihad

Sual: “Nəfsini bilən Rəbbini bilər və ya nəfsini tanıyan Rəbbini tanıyar” hədisinin uydurma olduğunu deyirlər. Bu hədis İslam alimlərinin kitablarında varmı?
CAVAB
Əvvəlcə bunu bildirək. Uydurma bir hədis iki səbəbdən kitaba daxil edilir:
1- Kitabın müəllifi xaindir, İslamiyyəti daxildən məhv etmək üçün uydurma hədisləri kitabına salır.
2- Kitabı yazan xain deyil, amma cahil və qafil olduğu üçün kitabına daxil edir.
Həqiqi İslam alimlərinin kitablarında uydurma hədis var deyirlərsə, bu böyük şəxsiyyətləri qafillik, cahillik və ya xainliklə təqsirləndirmiş sayılır. O mübarək şəxslərə bunları necə yaraşdıra bilirlər? Bir İslam alimi uydurma hədisi kitabına heç daxil edərmi? Cahillik desələr, haşa, İslam alimi cahil olarsa, bəs kim alim olacaq? Həmçinin qafillik də belədir. Onlar qafildirsə, biz necə mütəyaqqız [oyaq] ola bilərik?
Müctəhid, bir hədis üçün səhih deyil deyə bilər, bu da ancaq özü üçün keçərlidir. Bir mühəddis, bu hədis mənə görə uydurmadır, dedi deyə, bizim də uydurma deməyimiz caiz olmaz, bu həddini bilməməkdən, cahillikdən, hətta xainlikdən irəli gələn bir sözdür. Qurani-kərimdə, “Alimlərdən soruşun” buyurulur. Hədisi-şərifdə isə, “Alimlər Peyğəmbərlərin varisləridir”“Alim, Allahü təalanın güvəndiyi insandır” buyurulur. Allahü təalanın güvəndiyi və onlardan soruşun dediyi varisi olan alimlər kimdir? Mühəddislər, müfəssirlər və fakihlər deyildirmi? Rəsulullah əfəndimizin “Varislərim” dediyi alimlər İmam Qazali, İmam Rabbani deyildirsə bəs kimlərdir? Abduhmu? Şəvkanimi? Səhavimi, Kardavimi? Aclunimi? Məzhəb imamları və ya bir imam Qazali, bir imam Rabbani əgər Rəsulullahın varisi deyildirsə, başqa bir varis göstərilə bilməz. Allahın güvəndiyi, Rəsulunun varisi olan alimlərə güvənməyən, haşa, onların yalan söyləyəcəyini və ya Qurani-kərimə zidd hədis nəql edə biləcəyini zənn etmək necə də səhvdir.
Məzhəbsizlərin anladıqları doğru olur, amma mühəddislərin, fakihlərin, müfəssirlərin anladıqları doğru olmurmu? Onlardan öyrənilən biliklərlə, onlar sorğuyamı çəkilir? Bu necə məntiq, bu necə elm, bu necə ədəbdir belə? İslam alimlərinin kitablarında uydurma hədis var deyərək din düşmənlərinə alət olmaqdan, onların hilələrinə düşməkdən çox ehtiyat etmək lazımdır.
“Nəfsini [özünü] tanıyan Rəbbini tanıyar” hədisini imam Münavi, “Künuz-üd-dəkaık” adlı hədis kitabında yazmış və Deyləmidə olduğunu da bildirmişdir.
İmam Maverdi həzrətləri buyurdu ki:
Həzrəti Aişə, “İnsan Rəbbini nə zaman tanıyır?” deyə sual etdikdə, Peyğəmbər əfəndimiz, “Nəfsini tanıdığı zaman” buyurmuşdur. (Ədəb-üd-dünya)
İmam Rabbani həzrətlərinin oğlu Muhamməd Məsum həzrətləri buyurur ki:
Mən arəfə nəfsəhü, fəkad arəfə rabbəhü = özünü tanıyan rəbbini tanıyar, hədisi-şərifinin mənası, bir insan öz həqiqətini, pisliklərini və ziddiyyətlərini eyni bilib, hər xeyir və kəmalı, Allahü təalaya aid bildikdə çarəsiz, Allahü təalanı xeyir və kəmalı ilə bilmiş olar. (3/65)
Allahü təalanı tanımaqdan məqsəd, Ona, Onun istədiyi şəkildə doğru ibadət etməkdir.

1-12-2022, 12:28
Geri