Gözəl İslam / Elmlər doğru yerdə istifadə olunmazsa

Elmlər doğru yerdə istifadə olunmazsa

İkinci minilliyin mücəddidi imam Rabbani həzrətləri (kuddisə sirruh) buyurur ki:
Mənim balam! Bu, çox pis olduğunu anladığın dünya nədir bilirsənmi? Dünya, səni Allahü təaladan uzaqlaşdıran şeylər deməkdir. Qadın, uşaq, mal, rütbə, vəzifə düşüncəsi Allahü təalanı unutduracaq qədər həddi aşarsa, dünya olur. Çalğılar, oyunlar, “Malayani” ilə, yəni faydasız, boş şeylərlə vaxt keçirmək, [qumarlar, pis yoldaş, pis filmlər, jurnallar və romanlar] hamısı, buna görə dünya deməkdir. Axirətə faydası olmayan elmlər, dərslər də, hamısı dünyadır. Hesablama, həndəsə [yəni riyaziyyat və cəbr], astronomiya, məntiq əgər, Allahü təalanın göstərdiyi yerlərdə tətbiq olunmazsa [yəni kafirlərlə mübarizə və onlardan üstün olmaq üçün, insanlara xidmət etmək üçün istifadə olunmazsa] bunlarla məşğul olmaq boşuna vaxt öldürmək sayılır və dünya olur. Bu bilikləri bütün dərinliyi və xırdalıqları ilə oxumaq ayrı ayrılıqda işə yarasaydı, qədim Yunan filosofları [və Avropanın, Amerikanın son zamanlardakı fənn adamları, mütəxəssisləri] səadət yolunu tapardılar, axirətdəki əbədi əzabdan xilas olardılar.

Dünyanı axirətdən üstün tutmaq
Ağıllı insan axirətin sonsuz qazancını dünyanın müvəqqəti qazancı ilə dəyişdirməz, bütün yaxşılıqların, dinin əmrlərinə riayət etmək və yerinə yetirməkdə olduğunu bilir. Hədisi-şərifdə buyuruldu ki:
“Axirət dünyadan üstün tutularsa, La ilahə illəllah sözü Allahü təalanın qəzəbindən qoruyar. Dünya qazancını axirətə dəyişən, La ilahə illəllah dediyi zaman Allahü təala, “Yalan söyləyirsən, sözündə sadiq deyilsən” buyurur.” [Bəyhəki]

Elmi mala və vəzifəyə alət etmək doğru deyil. Elm bunu qadağan etdiyi halda, bildiyi halda elmə tabe olmamaq böyük məsuliyyətdir. Hədisi-şərifdə buyuruldu ki:
“Din biliklərini dünya mənfəəti üçün öyrənənlərə, elmini pula dəyişənlərə qiyamətdə alovdan köynək geydiriləcək.” [Deyləmi]

Allahü təalanın dəyər verdiyi və hər şeyin ən şərəflisi olan elmi mal, vəzifə ələ keçirməyə və başa keçməyə vasitə edənlərə, bu elm əlbəttə ki, zərərli olur. Halbuki, dünyaya düşkün olmaq Allahü təalanın heç sevmədiyi bir şeydir. O halda, Allahü təalanın dəyər verdiyi elmi Onun sevmədiyi yolda sərf etmək, çox çirkin bir işdir. Onun dəyər verdiyini pisləmək sayılır. Hədisi-şəriflərdə buyuruldu ki:
“Alimlərin ən pisi, insanların ən pisidir.” [Bəzzar]

Dünya haramlar deməkdir
Sual: Din kitablarında dünya həmişə pislənir. Dünya olmasa axirətə necə hazırlaşa bilərik? “Əd-dünya cifətün, talibüha kilabün” yəni “Dünya leşdir, talibləri də köpəklərdir” buyurulur. Dünya niyə leşdir? Dünyaya köpəklər talib olur?
CAVAB
Leş olan haramlardır. Leşə daraşanlara də köpək deyiblər. Dinimiz dünyanı pisləmir. Dünya sevgisini, haramları pisləyir. Dünya, axirəti qazanma yeridir. Qazanc yeri heç pislənərmi? Bir hədisi-şərif məali belədir:
“Dünya axirətin tarlasıdır.” [Deyləmi]

İmam Rabbani həzrətləri buyurur ki:
Dünya, səni Allahü təaladan uzaqlaşdıran şeylər deməkdir. Qadın, uşaq, mal, rütbə, vəzifə düşüncəsi Allahü təalanı unutduracaq qədər həddi aşarsa, dünya olur. Çalğılar, oyunlar, faydasız, boş şeylərlə vaxt keçirmək [qumar, pis yoldaş, pis filmlər, jurnallar və romanlar] buna görə dünya deməkdir. Din ilə dünyanı birlikdə qazanmaq mümkün deyil. Axirəti qazanmaq istəyən, bəhs edilən dünyadan imtina etməlidir. Bu dünya axirətin tarlasıdır. Burada toxum əkməyib, təbiətdə olan, torpaq kimi yetişdirici qüvvəsini işlətməyənlərə, bundan faydalanmayanlara və əməl, ibadət toxumlarını əldən qaçıranlara təəssüflər olsun! (1/73, 1/23)

16-08-2022, 14:18
Geri