Gözəl İslam / Dinə tabe olmaq

Dinə tabe olmaq

Muhamməd Məsum həzrətləri buyurdu ki:
“Allahü təala insanları öz başına buraxmayıb. Hər istədiklərini etməyə izn verməyib. Nəfslərinin arzularına tabe olmalarını, beləcə də fəlakətlərə sürüklənmələrini diləməyib. Rahatlıq və hüzur içində yaşamaları və sonsuz səadətə qovuşmaları üçün lazım olan faydalı şeyləri etmələrini əmr etmişdir. Zərərli şeyləri etməyi qadağan etmişdir.
Səadətə qovuşmaq istəyən insan dinə tabe olmağa məcburdur. Nəfsinin və təbiətinin dinə uyğun gəlməyən arzularını tərk etməlidir. Dinə tabe olmasa, sahibinin, yaradanının qəzəbinə, əzabına düçar olar.
Dinə tabe olan qul, xoşbəxt olur, rahat olur. Sahibi onu sevər. Dünya əkin yeridir. Tarlanı əkib-becərməyib, toxumları yeyərək səfa sürən, məhsul toplamaqdan məhrum qalacağı kimi, həm də dünya həyatını müvəqqəti həzlərlə, nəfsin arzularına boyun əyməklə keçirən də, əbədi nemətlərdən, sonsuz həzlərdən məhrum olar. Bu hal, ağlı başında olan adamın qəbul edəcəyi bir şey deyil. Ağıllı insan sonsuz ləzzətləri əldən qaçırmağa səbəb olan müvəqqəti və zərərli ləzzətləri seçməz.
Dinə tabe olmaq üçün əvvəlcə Əhli-sünnət alimlərinin Qurani-kərimdən və hədisi-şəriflərdən anlayıb bildirdikləri “Əqaid”ə uyğun iman etmək, sonra haram, qadağan olunanları öyrənib bunlardan uzaq durmaq, həmçinin, əmr olunan fərzləri öyrənib əməl etmək lazımdır. Bunlara əməl etməyə “İbadət” etmək deyilir. Haramlardan çəkinmək “Təqva” adlanır. [c.2, m.11]

16-09-2022, 17:05
Geri