Gözəl İslam / Dünya nəqliyyat vasitəsidir

Dünya nəqliyyat vasitəsidir

İmam Maverdi həzrətləri buyurur ki:
Dünya çalışma yeridir. Hədisi-şərifdə, “Dünya nə gözəl nəqliyyat vasitəsidir. Ona minin ki, sizi axirətə aparsın!” buyuruldu. Dünya tam mənada pis deyildir. Axirət azığını hazırlayanlar üçün sərvət yurdudur. İbrahim əleyhissalam, “Ya Rəbb, nə vaxta qədər daha dünyanı izləyəcəyəm?” dedikdə Allahü təala buyurdu ki:
“Ey İbrahim, belə danışma! Ailənin nəfəqəsi üçün çalışmaq dünya deyil ki, ondan şikayət edilsin!” [Ədəb-üd-dünya]

Dünya bir alət, bir vasitədir. Bu vasitənı yaxşı yolda istifadə edən qələbə çalar, pis yolda istifadə edən məğlub olar. Məsələn, sizə yeni, gözəl bir avtomobil verirlər. “Bu avtomobil ilə bu qədər vaxt ərzində bu qarşıdakı körpünü keçsəniz xilas olacaqsınız” deyirlər. Siz də avtomobilə baxıb “Necə də gözəldir” deyərək onu sevməklə məşğul olub, verilən vaxtda qarşı tərəfə keçməzsəniz, düşmən gələcək, sizi yaxalayacaq və siz körpünü keçə bilməyəcəksiniz. Bu vasitə səyahətçiləri sahilə çıxaran bir gəmi də ola bilər. Bu vasitəyə vaxtında minib getməyən insan qurtula bilməz. Dinimiz bu nəqliyyat vasitəsini pisləməmişdir. Hədisi-şəriflərdə buyuruldu ki:

“Dünya, axirətin tarlasıdır.” [Deyləmi]
“Dünya, axirətin körpüsüdür.” [Deyləmi]
“Allah rızasını qazanmaq, axirət azığını təmin etmək üçün dünya necə də gözəl yerdir. Allah rızasını qazanmayan, axirət azığını təmin etməyən üçün də, dünya necə pis yerdir. Bir şəxs, “Allah dünyanı rəzil etsin!” desə, dünya da ona, “Hansımız Rəbbimizə asi olursa, Allah onu rəzil etsin!” deyər.” [Hakim, İbni Lal]
“Dünyanı söyməyin, çünki mömin üçün nə gözəl bir nəqliyyatdır. Xeyirlərə onunla çatmaq mümkün olur, şərdən onunla xilas olmaq mümkün olur.” [Deyləmi, İbni Nəccar]

25-08-2022, 11:51
Geri