Gözəl İslam / Dünya nədir?

Dünya nədir?

Sual: Dünya nədir?
CAVAB
Ölümdən əvvəl olan hər şeyə dünya deyilir. Bunlardan ölümdən sonra faydası olanlar dünyadan sayılmaz, axirətdən sayılır. Çünki dünya axirət üçün tarladır. Axirətə yaramayan dünyalıqlar zərərlidir. Dünya, dinə uyğun sərf edilsə, axirətdə faydalı olar. Həm dünya ləzzətinə, həm də axirət nemətlərinə qovuşmaq olar. Yaxşılıq, pislik malda deyil, malı istifadə edəndədir. Bu halda, pis olan dünya, Allahü təalanın razı olmadığı, axirəti yıxan yerlərdə sərf edilən şeylər deməkdir.

Rəbbini unudub nəfsinə düşkün olan, yolda heyvanın palanı ilə, yemi ilə məşğul olan, yoldaşlarından geri qalan yolçuya bənzəyir. Çöldə yalnız qalıb, həlak olar. İnsan da nə üçün yaradıldığını unudub, dünya zinətlərinə aldanar, axirətə hazırlaşmasa, əbədi fəlakətə sürüklənər. Dünyaya düşkünlük axirətə hazırlanmağa mane olur.

Dünya ilə axirət, şərq ilə qərb kimidir. Hansı ki, birinə yaxınlaşan, digərindən uzaqlaşır. Bir insan ibadətini etməsə və həyat tərzində Allahü təalanın əmrinə riayət etməsə, dünyaya düşkün olmuş sayılır. Allahü təala hər kəsin qəlbini bu insandan soyudur.

Dünya axirətin tarlasıdır. Burada toxum əkməyən, beləliklə bir toxumdan qat-qat meyvə əldə etməkdən məhrum qalan bir zavallıdır. Qardaşın qardaşdan, ananın övladından qaçacağı o gün üçün hazırlaşmayan, dünyada da, axirətdə də aldanmış, zərər etmiş olacaqdır. Ağıllı insan bu dünyanı fürsət bilər. Bu qısa zamanda toxum əkərək, yəni Allahü təalanın bəyəndiyi işi görərək, qat-qat artıq meyvələri toplayar. Cənab Haqq bu qısa zamanda olan xeyirli işlərə və ibadətlərə sonsuz nemətlər ehsan edəcək.

Mərifətnamə”dəki hədisi-şəriflərdə buyuruldu ki:
Dünya iki gündür: Biri sevinc, biri kədər günüdür. Bunlar müvəqqətidir. Elə isə müvəqqəti olanı atın, daimi olan nemətlərinə qovuşmaq üçün çalışın.”

“Dünya üçün dünyada qalacağın qədər, axirət için orada sonsuz qalacağın qədər çalış! Allahü təalaya möhtac olduğun qədər itaət et! Cəhənnəm oduna dözə biləcəyin qədər günah işlə!”

“Dünya bir körpüdür, dərhal keçin, amma təmiri ilə məşğul olmayın, yolunuza davam edin!”

“Arzusu axirət olub, axirət üçün çalışana, Allahü təala dünyanı xidmətçi edər.”

“Yalnız dünya üçün çalışana, yalnız nəsibi gələr, işləri qarışıq, kədəri çox olar.”

“Axirətin sonsuz olduğuna inananın, yalnız bu dünyaya sarılması, çox təəccüb ediləcək şeydir.”

“Dünya sizin üçün yaradıldı. Siz də axirət üçün yaradıldınız! Axirətdə isə Cənnət və Cəhənnəmdən başqa yer yoxdur.”

“Dünyaya düşkün olmaq, insanın axirətinə zərər verir. Axirətini sevən dünyada haramlardan çəkinər. Bu belə olduqda, siz fani olanı deyil, bakini (daimi, qalıcı) seçin!”


Dünyanın şirinliyi və müvəqqəti nemətləri, ancaq dinimizə tabe olmağa köməkçi olduqları zaman faydalı və halal olurlar. Dünya qazancı, axirət qazancı ilə birlikdə olduğu zaman işə yarayar. Axirəti qazanmağa kömək olmayan dünya həzləri şəkərlə örtülü zəhər kimidirlər. Dünya həzləri bədənə, nəfsə şirin gələn şeylərdir. Halbuki insan yalnız bunun üçün yaradılmadı.

9-08-2022, 13:48
Geri