Gözəl İslam / Heyz və nifas halında

Heyz və nifas halında


1-
 Heyzin ən azı yoxdur. Bir damcı gəlsə də heyz qəbul edilir. Ən çoxu isə 15 gündür. 15 gündən çox gələrsə istihazə sayılır. [Hənəfidə heyzin ən azı 3, ən çoxu 10 gündür. Bundan azı və ya çoxu istihazədir.]


2- İkinci heyzin ola bilməsi üçün aradan ən az 15 gün keçməlidir. 15 gün keçmədən qan gələrsə, bu heyz deyildir, istihazədir [üzrdür], burundan gələn qan kimidir. Qüsl etmədən namaz qılmaq olar.

3- Ayisədən gələn qan heyz deyil, istihazə sayılır. Ayisə yaşı Malikidə 70, Hənəfidə 55 yaşdır.

4- Hamilədən və doğuşdan əvvəl gələn qan heyzdir. [Hənəfidə istihazədir.]

5- Keysəriyyə əməliyyatı ilə, yəni qarın yarılaraq uşaq götürüldükdə gələn qan nifas olmaz. [Hənəfidə nifas sayılır.]

6- Nifasın ən uzun müddəti 60 gündür. [Hənəfidə 40 gündür.]

7- Nifas görərkən, 15 gün heç qan gəlməsə, artıq təmizlənmiş sayılır. Bu 15 günlük təmizlikdən sonra təkrar qan gələrsə, bu qan nifas deyil, heyz qanıdır.

8- Nifas qanaxmaları arasındakı təmizlik günləri 15 gündən az olarsa, aradakı qanlı günlər nifas sayılır. Aradakı təmizlik günləri hesabdan çıxılaraq qanaxma günləri toplanıp 60 günə çatarsa, bu vəziyyətdə qadının nifası sona çatmış olur. Məsələn, 20 gün qan, 7 gün təmiz, sonra 17 gün qan, 10 gün təmiz, təkrar 23 gün qan görərsə, qan görülən günlərin cəmi 60-a çatdığı üçün nifası sona çatmışdır. 15 gün keçmədən yenə qan gələrsə istihazə,15 gün keçdikdən sonra gələrsə heyz sayılır.

1-12-2020, 14:32
Geri