Gözəl İslam / Mahmudi Əncirfağnəvi

Mahmudi Əncirfağnəvi

Mahmudi Əncirfağnəvi həzrətləri, Silsiləyi-aliyyənin on birincisidir. Mavəraünnəhrin Turi-Sina kimi müqəddəs bir yer olmasına vəsilə olan, oranı nurlandıran böyük alim və vəlilərdən olan Muhmudi Əncirfağnəvi, Buxaranın Fağnə kəndində doğuldu. 1315-ci ildə vəfat etdi. Memarlıq ilə dolanardı.

Xacə Arifi Rivəgəri həzrətlərinin dərslərində və söhbətlərində yetişib, kamala çatdı. Maddi və mənəvi elmlərdə zamanının böyük alimlərindən oldu. İnsanları irşad etmək və onlara səadət yolunu göstərmək üçün xocasından icazət aldı. Bir çox alim yetişdirdi. Minlərlə kimsənin, dalalətdən hidayətə, yəni azğınlıqdan doğru yola və səadətə qovuşmasına vəsilə oldu. Yetişdirdiyi alimlərin ən böyüyü və özündən sonra xəlifəsi Xacə Əli Ramitənidir.

Xocası Arifi Rivəgəridən icazet alıb, insanları doğru yola irşad ilə vəzifələndirincə, vaxtın gərəyi olaraq səsli zikrə başladı. Səsli zikrə ilk başlaması, xocasının vəfat xəstəliyi əsnasında, Rivəgər təpəsi üzərində olmuşdu. Xacə Arif bu zaman; “İndi vaxtıdır” buyurdu. Bu sözünü, qəbuluna işarə tutmuşdurlar. Xacə Arif Rivəgərinin vəfatından sonra, Qala Qapısı önündəki məsciddə səsli zikrə davam etdi. Vaxtının böyük alimlərindən Xacə Muhamməd Parisanın babalarından Mövlana Hafizuddin, alimlərin ustadı Şəmsüləimmə Hulvaninin işarəsi ilə, Buxarada, o zamanın ən böyük imam və alimlərinin hüzurunda, Xacə Mahmuda; “Siz hansı niyyətlə cəhri (səsli) zikr ilə məşğul olursunuz?” deyə soruşdu. Cavabında: “Yatanları oyandırmaq, qafillərə eşitdirmək və insanları dinin ana caddəsi və doğru yolu üzərində yeritmək, həqiqətə təşviq etmək, beləcə insanların, bütün yaxşılıqların açarı, hər səadətin əsası olan tövbəyə və bir böyüyə bağlanmalarına səbəb olmaq istəyirəm” buyurdu. Bunu eşidincə, Mövlana Hafizuddin ona; “Niyyətiniz belə dürüst olunca, belə zikr etməyiniz caiz olar” dedi. Mahmudi Əncirfağnəvi buyurdu ki: “Səsli zikri ancaq, dili yalandan və qeybətdən, mədəsi haram və şübhəlidən təmiz, qəlbi riyadan və şöhrətpərəstlikdən uzaq, sirri Rəbbindən başqa hər şeyə təvəccöhdən münəzzəh olan edə bilər.”

Böyük alim Əli Ramitəni anladır:
“Xacə Mahmud Əncirfağnəvi zamanında, dərvişlərdən biri Xızır əleyhissəlamı gördü və ona; “Bu zamanda özünə tabe olunacaq şeyx kimdir?” deyə soruşdu. Həzrəti Xızır, “Xacə Mahmudi Əncirfağnəvidir” dedi.

Həzrəti Xızır ilə görüşüb o sualı soruşan şəxsin, Əli Ramitəninin özü olduğunu bildirmişdirlər.
Bir gün Xacə Əli Ramitəni, Xacə Mahmudi Əncirfağnəvinin bağlıları ilə Ramitən səhrasında ikən, havada uçan böyük ağ bir quş gördülər. Onların başlarının üzərinə gəlincə, açıq bir dillə; “Ey Əli, kamil ər ol! Sözünə bağlı qal, yapışdığın ətəyə möhkəm sarıl, əhdini bozma!” dedi. Bu quşu görmək, söylədiklərini eşitməklə, yoldaşlarını bir hal bürüdü, özlərindən keçdilər. Özlərinə gəldikləri zaman quşdan və danışmasından soruşdular. Əli Ramitəni buyurdu ki: “O, Xacə Mahmudi Əncirfağnəvi idi. Allahu təala ona bu kəraməti ehsan etdi. İndi Xacə Dıhqan xəstədir, son anlarını yaşamaqdadır. Onu ziyarətə, yoxlamağa gedir. Çünki o, Allahu təaladan son nəfəsdə, özünə köməkçi olması üçün övliyasından birini göndərməsini istəmişdi. Xacə, bu səbəblə onun yanına gedir.”

 

18-08-2022, 17:31
Geri