Gözəl İslam / Arifi Rivəgəri

Arifi Rivəgəri

Arifi Rivəgəri həzrətləri, Silsiləyi-aliyyənin onuncusudur. Buxaraya 30 km uzaqlıqda olan Rivəgər kəndində dünyaya gəldi.

Kiçik yaşda təhsilə başladı. Zəka və qavrayışının parlaqlığı səbəbi ilə sürətlə irəlilədi. Bu əsnada elm və hikmət sahibi, ibadət şərtlərini hərf-hərf yerinə yetirən, insanlara doğru yolu göstərməkdə zamanın qütbü Əbdülxaliq Qoncdüvani həzrətləri ilə tanış oldu və bütün dünyası dəyişdi. Daha ilk gündə əbədi səadət tacının başına qoyulduğunu hiss etdi. Dərhal ona bağlandı, vəfatına qədər heç ayrılmadı.

Xocası ilk söhbətində ona belə dedi:
“Haqq yolçusu tələbə, zamanının dəyərini çox yaxşı bilməlidir. Üzərindən vaxtlar keçib gedərkən özünün nə halda olduğunu sezməyə diqqət yetirməlidir. Əgər keçən bir an içində, hüzurlu oldusa, bunu yaxşı bir hal bilməlidir. “Allahıma şükürlər olsun” deməlidir. Əgər qəflətlə keçib getmiş isə, dərhal onu düzəltmə yoluna getməli, uca Yaradana nəfsani üzrünü bildirib Ondan bağışlanmasını diləməli, əstağfirullah deməlidir...”

Arifi Rivəgəri, xocası Əbdülxaliq Qoncdüvani həzrətlərinin həyatlarında ona xidmət etməklə məşhur olub, olduqca çox feyz və bərəkətlərə qovuşdu. Yüksək ustadının vəfatından sonra onun yerinə Peyğəmbər əfəndimizin və Əshabının yolunu insanlara öyrətmək işinə məmur oldu. Himmət, inayət və səylərini Allahu təalanı axtaranlara sərf etdi.

Bir çoxunun hidayətə və övliyalıq məqamlarında yüksək dərəcələrə qovuşmalarına vəsilə oldu. Zamanının bir dənəsi idi. Hərkəsə çox yaxşı və yumşaq davranar, kimsənin qəlbini qırmazdı. Nəfsinin istədiklərini heç bir zaman etməz, istəmədiklərini etmək, ruhunu yüksəltmək üçün çox çalışardı. Haramlardan şiddətlə qaçar, hətta harama düşmək qorxusu ilə mübahların lazımından artığını tərk edərdi. Gecələri vaxtını həmişə ibadətlə keçirər, gündüzləri tələbə oxudar, sünnə olduğu üçün; gündüz günortadan əvvəl bir miqdar yatardı. Buna qaylulə deyilir. Peyğəmbər əfəndimizin sünnəsini çox yaxşı bilər, onun unudulmaması üçün çox səy göstərərdi.

Söhbətlərinə belə başlayardı:
“Allahu təala hamımızı dünya və axirətin əfəndisi və bütün insanların hər baxımdan ən yüksəyi və ən yaxşısı olan Rəsulullaha tabe olmaq səadətilə şərəfləndirsin! Çünki Cənabı-Haqq Ona tabe olmağı, Ona uymağı çox sevər. Ona tabe olmağın kiçik bir zərrəsi bütün dünya ləzzətlərindən və bütün axirət nemətlərindən daha üstündür. Həqiqi üstünlük, Onun sünnəti-səniyyəsinə tabe olmaqdır.”

Arifi Rivəgəri həzrətləri uzun bir ömür yaşadı. Qəbrini ziyarət edənlər, onun feyz və bərəkətlərinə qovuşmaqdadır. Onu vəsilə edərək Allahu təalaya edilən dualar qəbul olmaqdadır.

Bir gün Əbdülxaliq Qoncdüvanini gördü,
Bazardan ərzaq almış, evinə qayıdırdı.

Bir xidmətim toxunsa deyə düşündü bir an,
Yükü daşımaq üçün, izin istədi ondan.        

Həzrəti Əbdülxaliq, onun bu təklifini,
Yaxşı övlad deyərək, verdi əlindəkini.

Sonra üzünü dönüb, bir nəzər etdi ona.
Adəta o yenidən gəlmiş oldu dünyaya

Dəyişdi dərhal, bir başqa oldu halı,
Çünki bürümüş idi, onu eşqi-ilahi.

Bir gün köhnə xocası, rast gəldi yenə ona,
Təhqirlər edərək, dedi. “Qayıt məktəbinə!”

Bu xoca, hər necəsə, şeytana uymuş idi,
Hərçənd bu günahına peşmanlıq duymuş idi.

Arifi Rivəgəri, üstün firasetilə,
Anlayıb, belə dedi, ona qırıq qəlbilə:

“Əfəndim, bu qəriblə, məşğul olacağınıza,
Nə üçün baxmırsınız, dünənki günahınıza.”

Görüncə tələbənin belə kəramətini,
Anlamışdı bu halın, haradan gəldiyini.

O da Əbdülxaliq Qoncdüvaniyə getdi,
Tələbə oldu ona, illərcə xidmət etdi.

9-08-2022, 12:10
Geri