Gözəl İslam / Yusifi Həmədani

Yusifi Həmədani

Yusifi Həmədani həzrətləri, Silsiləyi-aliyyənin səkkizincisidir. Fiqh alimi idi, hədis elmini də öyrəndi. Təsəvvüfü Əbu Əli Farmədi həzrətlərindən öyrənib, onun söhbətində yetişərək kamala çatdı. Yüzlərlə tələbəsi vardı. Abdullahı Bərki, Əhməd Yəsəvi və Əbdülxaliq Qoncdüvani kimi böyük vəlilər yetişdirdi. Bir tərəfdən doğru din bilgilərini öyrətməyə çalışar, insanlarla məşğul olmaqdan, onları yetişdirməkdən heç sıxılmazdı. Digər tərəfdən, ağrılara və yaralara dərman hazırlayaraq hərkəsin dərdinə dəva tapmağa çalışardı.

Nəcibüddin Şirazi adlı bir şəxs anladır:
Bir zamanlar övliya sözlərindən bir neçə parça əlimə keçmişdi. Diqqətlə oxudum, çox xoşuma gəldi. Bunlar kimin sözüdür, bu şəxsi tapım da, istifadə edim dedim. Bir gecə yuxuda, heybətli, vüqarlı, ağ saqqallı, çox nurani bir şəxsin evimizə girdiyini gördüm. Dərhal dəstəmaz almağa getdi. Ağ bir xalat geyinmişdi. Xalatın üzərinə iri xətlə, qızıl suyu ilə, Ayətəl-kürsi başdan ayağa qədər yazılmışdı. Mən onun arxasından getdim. Xalatı çıxarıb mənə verdi. Bu xalatın altında ondan daha göz qamaşdırıcı bir yaşıl xalat daha vardı. Bunda da, əvvəlki kimi eyni xətlə, qızıl yazıyla Ayətəl-kürsi yazılmışdı. Onu da mənə verdi. “Mən dəstəmaz alana qədər bunları tut!” buyurdu. Dəstəmaz aldı. “Bu iki xalatdan hansını istəsən sənə verim” buyurdu. Hansını versəniz yaxşı olar dedim. Yaşıl xalatı mənə geyindirdi. Ağı da özü geyindi. “Mən, o oxuduğun parçaların sahibi olan Yusifi Həmədaniyəm” buyurdu. Oyanınca çox sevindim. Ona olan sevgim artdı.

İbni Həcəri Məkki həzrətləri anladır:
Əbu Səid Abdullah, İbnüs-Saqqa və Seyid Əbdülqadir Geylani elm öyrənmək üçün Bağdada gəldilər. Yusifi Həmədani həzrətlərinin, Nizamiyyə Mədrəsəsində vəz etdiyini eşitmişdilər. İbnüs-Saqqa; “Ondan bir sual soruşacağam ki, cavabını verə bilməyəcək” dedi. Əbu Səid Abdullah: “Mən də bir sual soruşacağam. Görək cavab verə biləcəkmi?” dedi. Kiçik yaşda olmasına baxmayaraq böyük ədəb timsalı olan Əbdülqadiri Geylani də “Allah qorusun. Mən necə sual soruşaram. Yalnız hüzurunda gözləyərəm, onu görməklə şərəflənər, bərəkətlənərəm” dedi. Nəhayət Yusifi Həmədani həzrətlərinə gəldilər.

Yusifi Həmədani həzrətləri, İbnüs-Saqqaya dönərək; “Təəssüflər olsun sənə! Demək məndən, cavabını verə bilməyəcəyim sual soruşacaqsan hə! Sənin soruşmaq istədiyin sual budur. Cavabı da belədir. Səndən kafirlik qoxusu gəlir” buyurdu. Sonra Əbu Səid Abdullaha dönərək; “Sən də məndən bir sual soruşacaqsan və baxacaqsan ki, mən o sualın cavabını necə verəcəyəm. Soruşacağın sual budur və cavabı da belədir. Fəqət sən də ədəbə riayət etmədiyin üçün, ömrün sıxıntı ilə keçəcək” buyurdu. Sonra Əbdülqadir Geylaniyə döndü. “Ey Əbdülqadir! Bu ədəbinin gözəlliyi ilə, Allahu təalanı və Rəsulunu razı etdin. Mən sənin Bağdadda bir kürsüdə oturduğunu, çox yüksək biliklər anlatdığını “Mənim ayağım, bütün övliyanın boyunları üzərindədir” dediyini sanki görür kimiyəm və mən, yenə sənin vaxtındakı bütün övliyanı, sənin onlara olan yüksəkliyin qarşısında boyunlarını əymiş halda olduqlarını görür kimiyəm” buyurdu.

Aradan illər keçdi. Əbdülqadir Geylani zamanındakı övliyanın ən üstünü, baş tacı oldu. Elə yüksək dərəcə və məqamlara qovuşdu ki, insanlardan və yüksək şəxslərdən hər kəs gələrək, mübarək söhbətlərindən istifadə edərdilər. Bir gün buyurdu ki: “Mənim ayağım, bütün övliyanın boyunları üzərindədir.” Zamanında olan bütün övliya, onun özlərindən çox yüksək olduğunu bilərlər və üstünlüyü qarşısında boyunları əyri olardı. Bunlar meydana çıxdıqca, Yusifi Həmədani həzrətlərinin illərcə əvvəl xəbər verdiyi hallar aydın olurdı.

İbnüs-Saqqa isə, çox gözəl danışardı. Şöhrəti zamanın sultanına qədər çatdı. O da bunu elçi olaraq Bizansa göndərdi. Xristianlar buna çox əlaqə göstərdilər. Nəhayət, onlara aldanaraq xristian oldu.

Əbu Səid Abdullah da deyir ki:
Həyatım sıxıntılar içində keçdi. Yusifi Həmədani həzrətlərinin, hər üçümüz haqqında da söylədiyi eynilə meydana gəldi.

22-06-2022, 12:06
Geri