Gözəl İslam / Əbül Həsən Harkani

Əbül Həsən Harkani

Əbül Həsən Harkani həzrətləri, Silsiləyi-aliyyənin altıncısıdır. Böyük İslam alimi Bayəzidi Bistaminin ruhaniyyətindən istifadə edərək yüksəlmişdi. Zamanının qutbu idi.

Bir gün Dr. İbni Sina, Şeyx Əbül Həsən Harkani həzrətlərini evində ziyarətə gəldi. Xanımı, tərs biri idi, adəta onu danlayaraq, meşəyə getdiyini söylədi. İbni Sina meşəyə gedərkən, Şeyxin, odun yüklü bir aslanla gəldiyini gördü. “Bu nə haldır?” deyə soruşduqda, “Evimdəki qurdun çətinlik yükünü daşıdığım üçün, bu qurd da bizim yükümüzü daşıyır” buyurdu.

Sultan Mahmud Qəznəvi, bütün Asiyaya hakim olduğu zamanda, Harkan şəhərinə yaxın gəlmişdi. Bir neçə adamını, Harkana Şeyxə göndərmiş və onu yanına çağırmışdı. Şeyx həzrətləri, bir üzr bəyan edərək getmədi. Vəziyyət, Sultana bildirilincə, “Haydı qalxın, demək ki, o, bizim sandığımız kimsələrdən deyildir. Biz ona gedək” dedi. Sonra öz paltarını Qazı İyada geydirdi və özü də silahdar olaraq, Qazı İyadın yanında Şeyxin evinə girdi. Sultan salam verincə, Şeyx həzrətləri salamını aldı. Fəqət ayağa qalxmadı. Sultan, Şeyxə; “Nə üçün ayağa qalxmadınız?” deyə soruşduqda, Şeyx, “Madam ki, səni önə keçirmişlər, yanıma gəl görək” dedi. Suala o anda cavab vermədi.

Sultan Mahmud, Şeyxə; “Xocan Bayəzidi Bistami necə bir şəxs idi?” deyə soruşdu. Şeyx: “O, elə kamil bir vəli idi ki, onu görənlər hidayətə qovuşardı” dedi. Sultan bu cavabı bəyənmədi, “Əbu Cəhil, Əbu Ləhəb kimilər, Fəxri-kainat əfəndimizi çox dəfə gördülər. Lakin hidayətə gəlmədilər?” dedi. Şeyx; “Əbu Cəhil və Əbu Ləhəb kimilər, insanların ən üstününü Allahu təalanın sevgili Peyğəmbəri olaraq görmədilər. Əbu Talibin yetimi olaraq gördülər. O gözlə baxdılar. Əgər, Əbu Bəkri Sıddıq kimi baxaraq, Rəsulullah olaraq görsəydilər, quldurluqdan, küfrdən xilas olar, onun kimi kamala gələrdilər” buyurdu. Sultan bu cavabı çox bəyəndi. Din böyüklərinə olan sevgisi artdı.

Sultan Mahmud; “Mənə nəsihət edin” deyincə Şeyx; “Bu dörd şeyə diqqət et: Günahlardan çəkin, namazını camaatla qıl, səxavətli ol, Allahu təalanın yaratdıqlarına şəfqət göstər” dedi. Sultan, Şeyxin önünə bir kisə qızıl qoydu. Buna qarşılıq Şeyx, Sultanın önünə arpadan hazırlanmış bir yuxa qoydu. Sultan çörəkdən bir loğma aldı. Amma loğmanı uda bilmədi. Şeyx həzrətləri; “Bir loğma çörəyi uda bilmirsən. İstəyərsənmi, bu bir kisə qızıl bizim də boğazımızda qalsın? Biz pullarla olan əlaqəmizi kəsdik. Bu qızılları önümdən alın” dedi. Sultan, pulları almaq məcburiyyətində qaldı.

Sultan gedərkən, Şeyx ayağa qalxdı. Sultan, “Gəldiyim zaman heç iltifat etməmişdin, amma indi ayağa qalxırsan, niyə?” deyə soruşdu. Şeyx həzrətləri; “Bura padşahlıq qüruru ilə məni imtahan üçün gəldin. İndi isə dərviş olaraq gedirsən. Əvvəl qürur içində olduğun üçün ayağa qalxmadım. Fəqət indi dərviş olduğun üçün ayağa qalxıram” dedi.

Sultan, etdiyi bir qəzvədə məğlub olmaq üzrə idi. Birdən Şeyxin əbasını əlinə alıb; “Ya İlahi! Bu əbanın sahibinin üzü suyu hörmətinə, bu kafirlərə qarşı bizi müzəffər qıl” deyə dua etdi.  Düşmən tərəfində bir toz-duman ortaya çıxdı. Düşmənlər, bu toz-duman içində bir şey görməyərək qılınclarını bir-birlərinə vurdular və öz-özlərini öldürdülər. Sağ qalanları dağılıb getdi. O axşam Sultan Mahmud, yuxusunda Şeyxi gördü. Şeyx, Sultana; “Allahu təalanın dərgahında, böyüklərimizin üzü suyu hörmətinə zəfər qazandın” buyurdu.

Qiymətli sözlərindən bir neçəsi belədir:

“Allahu təala üçün etdiyin hər şey ixlasdır. Xalq üçün etdiyin hər şey də riyadır.”

“Bu iki adamın çıxardığı fitnəni, şeytan belə çıxara bilməz: Dünyaya düşkün alim və elmsiz sofi.”

“Əgər bir mömini ziyarət etsən, hasil olan savabı, yüz ədəd qəbul edilmiş nafilə həcc savabı ilə dəyişdirməməyin lazımdır. Çünki bir mömini ziyarət üçün verilən savab, kasıblara verilən yüz min qızıl sədəqənin savabından daha çoxdur. Bir mömin qardaşınızı ziyarət edincə, Allahu təalanın rəhmətinə qovuşarsınız.”

“Bir mömin qardaşını səhərdən axşama qədər incitməyən kimsə, o gün axşama qədər Peyğəmbər əfəndimizlə yaşamış kimi olar. Əgər incidərsə, Allahu təala onun o günkü ibadətini qəbul etməz.”

7-06-2022, 12:42
Geri