Gözəl İslam / Cəfəri Sadiq

Cəfəri Sadiq

Cəfəri Sadiq həzrətləri, Əhli-beytdən olub, on iki imamın altıncısı, Silsiləyi-aliyyənin dördüncüsüdür. Atası Muhamməd Baqir, babasının babası Həzrəti Əlidir.

 

Elm və fəzilətdə zamanının bir dənəsi oldu. Din biliklərində olduğu kimi, zamanının bütün fənn elmlərində də söz sahibi idi. Yetişdirdiyi tələbələr, cəbr və kimya elmlərində müxtəlif kəşflər etmişlər, bu elmlərin əsas sistematikasını qurmuşlardır. Fizika və kimya elmlərinin mövzusunu təşkil edən maddə və onlar üzərindəki biliyi olduqca çox idi. Kimyanın atası sayılan Cabir də, Cəfər Sadiq həzrətlərinin tələbəsidir.

 

İmam Cəfərin ən məşhur tələbəsi olan İmamı-azam Əbu Hənifə, Cəfəri-Sadiqin söhbətlərinə iki il davam edərək, o gizli və açıq mərifət qaynağından elm və övliyalıq yolunda çox faydalandı. İmamı-azam, onun hüzurunda qovuşduğu yüksək mərtəbələri anlatmaq üçün; “O iki il olmasaydı, Numan həlak olmuşdu buyurdu.

 

Həqiqi İslam alimləri, dinimizi, heç dəyişdirmədən bu günə qədər çatdırmışlardır. Bu alimlərdən iman bilgilərini izah edənlərə “Mütəkəllimin”, ibadətlərin necə olacağını bildirənlərə “Füqəha”, qəlb ilə yerinə yetiriləcək və saqınılacaq şeyləri öyrədən elmə “Təsəvvüf” və bu elmin alimlərinə də “Mütəsəvvifin” deyildi. İştə imam Cəfər həzrətləri bu üçüncü elmi anlatdı.

 

Zamanın hökmdarı bir gecə vəzirinə dedi ki: “Dərhal get, imam Cəfəri bura gətir, öldürmək istəyirəm.” Vəzir, hökmdarı bundan vaz keçirmək üçün çox çalışdı isə də razı sala bilmədi. Məcburən çağırmağa getdi. Hökmdar da cəlladlara əmr verdi. “İmam Cəfər içəri girəndə, mən başımdan papağımı çıxarınca dərhal başını vurun!” dedi. Bir müddət sonra imam Cəfəri-Sadiq həzrətləri içəri girdi. Hökmdar bunu görüncə, dərhal ayağa qalxdı. Böyük bir təvazö ilə onu qarşıladı. Taxtına oturtdu, ədəblə qarşısında diz çökdü. Cəlladlar çaşıb-qaldı. Hökmdar, Həzrəti İmama, “Əfəndim, məndən istəyiniz olarsa əmr edin, dərhal yerinə yetirim” dedi. Hökmdara “O halda lütfən məni bir də çağırıb ibadətdən saxlama” buyurub, getmək üçün ayağa qalxdı. Hökmdar, izzət və ikramla onu yola saldı. Getdikdən sonra bədənində bir titrəmə oldu, huşunu itirib yıxıldı. Özünə gəlincə, vəziri soruşdu: “Bu nə haldır?” Hökmdar; “O içəri girəndə, yanında bir aslan gördüm. Sanki mənə, “Onu incitsən səni parçalayaram” deyirdi. Nə edəcəyimi bilmədim” dedi.

 

Buyurdu ki:

 

“Bunlarla birlikdə olmaqdan çəkin:

1- Yalançıdan.

2- Xəsisdən.

3- Axmaqdan. Çünki ən çox işinə yarayacağı zaman, səni tərk edər.

4- Fasiqdən, yəni günah işləməkdən utanmayandan!”

 

“Bir xəta işlədiyiniz zaman istiğfar edin, xətada israr həlak olmağa səbəbdir. Bir kimsə kasıblıqdan əziyyət çəkirsə istiğfara davam etsin.”

 

“Möhnətə şükür etməyən, nemətə şükür etməz.”

 

“Sədəqə verərək ruzinizi çoxaldınız. Zəkat verərək mallarınızı qoruyunuz. Qənaətə riayət edən sıxıntı çəkməz. Tədbirli, nizamlı yaşamaq, keçinməyin yarısıdır. İnsanlarla yaxşı keçinmək, ağılın yarısıdır. Müsibət zamanında dizini döyən savabından məhrum olar.”

 

“Bu dörd şeyin azı da çoxdur: Atəş, düşmən, yoxsulluq, xəstəlik.”

 

“Bu üç şey Müsəlmana şərəf verər: Özünə zülm edəni bağışlamaq, bir şey verməyənə yaxşılıq etmək və özünü axtarmayanı, axtarıb əhval tutmaq.”

 

22-03-2022, 12:58
Geri