Gözəl İslam / Səid ibn Zeyd

Səid ibn Zeyd

Cənnətlə müjdələnənlərdəndir.

Səid ibn Zeyd həzrətlərinin atası Zəyb ibn Amr İslamiyyətdən əvvəl Peyğəmbərimizlə görüşərdi. Allahu təalanın ona verdiyi ilham ilə bütlərə tapınan insanların halına təəccüb edər,  bütpərəstliyin şirk olduğunu, onlara  kəsilən qurbanların  ətinin yeyiləməyəcəyini  düşünərdi.

Bir Allaha inan!

            Bu səbəblə özünə yeni bir din tapmaq üçün Suriya tərəflərinə gedib  Həzrəti İbrahimin dininə girərək Həniflərdən oldu. Məkkəyə qayıtdığı zaman cahiliyyə adətlərindən biri olaraq qız uşaqlarını diri-diri torpağa basdıranlarla mübarizə apardı. Qız uşaqlarının çoxunun ölümdən xilas olmalarına səbəb oldu.

Oğlu Səidə tez-tez, “Bir Allahamı, yoxsa  min ilaha, bütlərəmi inanım” deyər,  onu Allaha inanmağa təşviq edərdi. Bu səbəblədir ki, Peyğəmbər əfəndimiz Səidə müsəlman olmasını söyləyincə, Həzrəti Ömərin bacısı olan xanımı Fatimə ilə birlikdə dərhal müsəlman oldular.

Muhamməd əleyhissəlam İslam dinini təbliğə başladığında, ilk qatılanlardan olub, ilk iman gətirənlərin arasına girdi. Habbab ibn Ərət evlərinə gəlib onlara Quranı-kərim oxuyardı.

Həzrəti Ömər ibn Xəttab da  Səid ibn Zeydin evində oxunan Quranı-kərimdən qəlbi yumşalıb təsiri altında qaldı. Quranı-kərimi oxuyub fəsahatı, bəlağatı, mənaları və üstünlüklərinə heyran qalıb düşmənliyi yox oldu. Ondan sonra Rəsulullahın yanına gedib iman etməklə şərəfləndi.

Səid ibn Zeyd Müsəlman olanda Məkkədəki digər Əshabı kiram kimi müşriklərdən  çox əziyyət çəkib, işgəncə gördü. Məkkədə sui-qəsd, işgəncə, zülm və təzyiqlər artınca,  Peyğəmbər əfəndimizin icazəsi ilə Həbəşistana hicrət etdi. Sonra Mədinəyə gəldi.

Hicrəti-Nəbəvidən sonra Rəsulullahın əmriylə Həzrəti Talha ibn Ubeydullah ilə birlikdə Suriya tərəfinə, oradakıların hallarını araşdırmaq vəzifəsiylə göndərildi. Bu vəzifədə ikən Əbu  Süfyanın  başçılığındakı  karvanın vəziyyətini araşdırdı.

 On nəfər Cənnətdədir

Bədir qəzasında olmadısa da Peyğəmbər əfəndimiz onun oxlarını atdı. Qənimətdən pay ayrıldı. Peyğəmbər əfəndimizin digər bütün döyüşlərinə qatıldı.

Bir gün Peyğəmbər əfəndimiz buyurdular ki:

—          On nəfər Cənnətdədir. Əbu Bəkir Cənnətdədir.  Ömər Cənnətdədir. Osman Cənnətdədir və Əli, Zübeyr, Talha, Abdurrahman ibn Avf, Əbu Ubeydə ibn Cərrah, Sad ibn Əbi Vaqqas Cənnətdədirlər.

Peyğəmbərimiz bu doqquz adamı zikr edib susdular. Əshabı kiram sual etdilər:

—          Ya Rəsulallah onuncusu kimdir?

—          Səid ibn Zeyd Cənnətdədir.

Səid ibn Cübeyr deyər ki:

Həzrəti Əbu Bəkir, Ömər, Osman, Əli, Sad, Səid, Talha, Zübeyr və Abdurrahman ibn Avfın Rəsulullahın qatındakı yerləri bir idi. Döyüşdə onun önündə, namazda arxasında idilər.  Hədis kitablarının ən qiymətlisi olan Buxari və Müslim bunu beləcə bildirməkdədir.

Səid ibn Zeyd, Həzrəti Əbu Bəkir xəlifə olunca ona biyət etdi. Həzrəti Ömərin xilafəti zamanında Əcnadəyn döyüşündə süvari qüvvətlərinə, Fihl döyüşündə  piyada birliklərinə sərkərdəlik etdi. Şamın mühasirə edilməsinə qatılıb şəhərin fəthində iştirak etdi.

Axirətdə rəhmət bəxş edər!

Yərmuq döyüşünə də qatıldı. Döyüşün ən qızğın anında düşmən birlikləri İslam ordusunun sol tərəfinə hücum etdilər. Düşmən qalib gələcək kimi görünürdü.

Həzrəti Səid dərhal atına minərək əsgərlərə belə xitab etdi:

—          Cəsarət və qəhrəmanlıq  dünyada insana şərəf, axirətdə rəhmət bəxş edər.  Bu ikisini də qazanmağa  çalışaq!

Bu sözlərlə coşan İslam əsgərləri daha böyük bir səylə düşmənlə döyüşməyə başladılar. Sonunda  Həzrəti  Səidin düşmən sərkərdəsini öldürməsiylə düşmən təlaşa düşdü. Sonunda düşmən hər tərəfdə təxribata uğrayaraq, müsəlmanlar böyük bir zəfər qazandı.

Şam şəhəri fəth edilincə Əbu Ubeydə bu şəhərin valiliyini Həzrəti Səidə təklif etdi. O bunu qəbul etməyərək dedi ki:

—          Ey Əbu Ubeydə! Mən Allah yolunda cihad etmək istəyirəm. Sən valiliyi uyğun gördüyün birinə ver.

Həzrəti Ömərin vəfatından sonra onu məzara qoyarkən Səid ibn Zeyd ağlamağa başlamışdı. Bunu görənlərdən biri soruşdu:

—          Ya Səid! Nə üçün ağlayırsan?

Cavabında buyurdu ki:

—          İslam dini və Müsəlmanlar üçün ağlayıram. Çünki Həzrəti Ömərin şəhid edilməsi, İslamda açılan bir  dəlikdir. Bu dəlik də  qiyamətə qədər  bağlanmayacaqdır.

Səid ibn Zeyd həzrətləri zamanını davamlı ibadətlə keçirərdi. Dünya və dünya nemətlərindən daha çox axirəti düşünərdi. Vəzifə və mövqeyini heç düşünməz,  ancaq ona bir vəzifə verilərsə, bunu ən yaxşı şəkildə yerinə yetirərdi. Cihadı çox sevər, göstərişi heç sevməzdi.

Duası qəbul olanlardan idi. Bunun üçün onu incitməkdən hər kəs çəkinərdi. Çox kimsə ondan elm öyrənmişdir. Əsmər, uzun boylu və saçları gur idi. Peyğəmbər əfəndimizdən qırx səkkiz hədisi-şərif rəvayət etmişdir.

 Duası qəbul oldu

Bir gün bir qadın Səid ibn Zeyd həzrətlərinin evinin bir qisminin öz malı olduğu iddiası ilə  məhkəməyə müraciət etdi. Cavab olaraq Həzrəti Səid dedi ki:

—          Evi ona verin! Mən  Rəsulullah əfəndimizin belə  buyurduğunu eşitdim:

“Hər kim, haqqı  olmadan bir qarış yer alarsa, qiyamət günündə, yeddi qat yerin dibindən başlayaraq onun boynuna  dolanacaqdır.”

Allahım! Əgər bu qadın  yalançı isə  gözünü görməz et! Qəbrini də evində  et!

Həzrəti Zeydin duası qəbul olmuş və çox keçmədən qadının gözləri görməz olmuş və qəbiri evində olmuşdur.

Səid ibn Zeyd, 671-ci ildə Mədinədə vəfat etdi. Cənazəsini Sad ibn Əbi Vaqqas həzrətləri yuyub, dəfn işlərini də özü təşkil etmişdir.

 

 

19-09-2018, 17:23
Geri