Gözəl İslam / Abbas ibn Abdülmuttalib

Abbas ibn Abdülmuttalib

            Peyğəmbərimizin əmisidir.

Həzrəti Abbas gənclik zamanında ticarətlə məşğul olurdu və çox zəngin olmuşdur. Qardaşlarının içində ən zəngini o idi. Böyük qardaşı Əbu Talibin isə maliyyə vəziyyəti yaxşı deyildi.  Rəsulullah əfəndimizin təklifi ilə Əbu Talibin oğlu Uqaylın yetişməsinə kömək etdi və böyük qardaşının yükünü yüngülləşdirdi.

Rəsulullah əfəndimiz İslamiyyəti təbliğ etməyə başladıqda, Həzrəti Abbas ona qarşı çıxmayaraq,  qohumluq şəfqətilə Peyğəmbər əfəndimizə kömək edib və dəstək olmuşdur.

Biz Onu qoruduq

            Müsəlman olmadığı halda Akabə biətində Peyğəmbər əfəndimizin yanında olub orada təsirli çıxışlar etmişdir. Biət etmək üçün gələn Mədinəli müsəlmanlara belə xitab etmişdir:

— Ey Mədinəlilər! Bu, qardaşımın oğludur. İnsanların içində ən çox sevdiyim Odur.  Əgər Onu təsdiq edib, Allahdan gətirdiklərinə inanar və özünüzlə alıb aparmaq istəyərsinizsə, məni inandıracaq möhkəm bir söz verməyiniz lazımdır.

Bildiyiniz kimi Muhamməd əleyhissəlam bizdəndir. Biz Onu Ona inanmayan kimsələrdən qoruduq. O, bizim aramızda izzət və şərəfi ilə qorunmuş olaraq yaşamaqdadır. Bütün bunlara baxmayaraq, hər kəsdən üz çevirmiş və sizinlə birlikdə getməyə qərar vermişdir.

Əgər siz bütün Ərəb qəbilələrinin birləşib üzərinizə hücum etdiyində,  onlara qarşı qoruyacaq qədər  hərb gücünə sahibsinizsə, bu işə qərar verin! Bu xüsusu aranızda yaxşıca görüşüb məslətələşin.  Sonradan ayrılığa düşməyin!  Verdiyiniz sözdə dayanıb Onu düşmənlərdən qoruya biləcəksinizmi?

Bunu layiqincə edə bilərsənizsə nə yaxşı. Yox əgər Məkkədən çıxdıqdan sonra Onu tək buraxacaqsanızsa, indidən bu işdən imtina edin ki, yurdunda şərəfiylə qorunmuş halda yaşasın!

Buna qarşılıq Mədinəli müsəlmanlar, “Biz, Rəsulullahı malımız və canımız bahasına qoruyacağıq. Biz, bu sözümüzdə sadiqik” dedilər və Rəsulullah əfəndimizə biət etdilər. Sonra Həzrəti Abbas belə dua etdi:

—  Allahım! Sən onların, qardaşım oğlu haqqında verdikləri sözü, Onu qorumaq üçün etdikləri andı eşidən və görənsən. Qardaşım oğlunu sənə əmanət edirəm, ya Rəbbi!

Peyğəmbər əfəndimizin əmisi olan Həzrəti Abbas çox zəngin olub, çox səxavətli idi. İkram və ehsanları çox məşhur idi.  Kasıbları, yoxsulları sevindirməyi çox sevərdi. Xüsusilə köləni satın alıb azad etməkdən çox məmnun olardı. Yetmişə qədər kölə azad etmişdir.

Yaxın qohumlarını ziyarət etməyi, onların haqlarını himayəyə çox diqqət edərdi. Peyğəmbər əfəndimiz, onu çox sevərdi. Bir dəfə buyurdu ki:

— Allahım,  Abbası və oğullarını  məğfirət et və bağışla! Elə ki, heç günahları qalmasın!  Ya Rəbbi, onu  və  oğullarını meydana gələcək fəlakət və bəlalardan qoru!

Qohumluq haqqı

     Peyğəmbər əfəndimiz bir gün Həzrəti Abbasdan soruşdu:

— Sənə bir yaxşılıq edimmi?  Sənə qohumluq haqqını ödəyib faydalı olummu?

—  Bəli, ya Rəsulallah!

—  Sənə bir şey öyrədim ki, onu etdiyin zaman, köhnə-yeni, əvvəlki və sonrakı, gizli və aşkar, bilərəkdən və ya bilməyərəkdən işlədiyin bütün günahları Allahu təala bağışlasın.

—  Ya Rəsulallah öyrədəcəyin bu şey nədir?

— Dörd rükətli namaz qıl! Hər rükətdə, sübhanəkədən sonra on dəfə, “Sübhanəllahi vəlhamdülilləhi vələ iləhə illəlləhü vəllahü əkbər”  deyərsən.  Fatihədən sonra bir zəmmi surə oxuyub ayaqda ikən on beş dəfə təkrar, “Sübhanəllahi vəlhamdülilləhi vələ iləhə illəlləhü vəllahü əkbər” deyərsən!

Rükuya əyilincə bunu on dəfə söyləyərsən! Rükudan qalxdığında ayaqda olduğun halda bunu on dəfə söyləyərsən! Sonra səcdəyə gedər, orada on dəfə söyləyərsən! Səcdədən qalxıb oturanda on dəfə söyləyərsən! Təkrar səcdəyə getdiyin zaman on dəfə söyləyərsən!

      Sonra ikinci rükətə qalxarsan! Birinci rükətdəki kimi dörd rükətin hamısını bu cür qılarsan! Bu hər rükətdə 75, dörd rükətdə 300 edər. Artıq sənin günahların “Alicin” (getməklə dörd gecədə qət edilən qumluq bir yer) qumlarının sayısı qədər də olsa,  Allahu təala səni bağışlayar. Bunu hər gün  bir dəfə qılmağa gücün çatarsa  qıl!

— Ya Rəsulallah, bunu hər gün etməyə kimin gücü çatar?

Hər gün qılmağa gücün çatmazsa, hər Cümədə bir dəfə qıl! Hər Cümə qıla bilməzsənsə,  ayda bir dəfə qıl! Ayda bir dəfə qıla bilməzsənsə, ildə bir dəfə qıl!  İldə bir dəfə qıla bilməzsənsə,  ömründə bir dəfə də olsun qıl!

Qəza borcu olanlar

            Qəza borcu olan nafilə namaz yerinə qəza namazlarını qılaraq əvvəl borcunu ödəməlidir! Çünki qəza borcu olanların nafilələrinə savab verilməz.

Həzrəti Abbas Qureyşin məşhurlarından və rəislərindən idi. Məscidi-haramın təmir işləri və  gələn hacılara su paylama (siqayə)  xidmətini idarə edərdi. Müsəlman olduqdan sonra da bu vəzifəni davam etdirdi. Həzrəti Abbas və qardaşları həcc mövsümündə zəmzəm quyusu önündə dayanarlar,  istəyənlərə quyudan su çəkib verərdilər.

Həzrəti Abbas Peyğəmbər əfəndimizin ən çox sevdiyi əmilərindəndir.  Abdülmuttalibin ən kiçik oğludur. Peyğəmbər əfəndimizdən üç yaş böyükdür.

 

Qurtuluş axçası

Bədir döyüşündə hələ Müsəlman olmamışdı. Müşriklərin təzyiqi ilə döyüşə girdi.  Hərb sonunda əsir edilib Mədinəyə aparıldı. Peyğəmbər əfəndimiz ona buyurdu ki:

— Ey Abbas, özün,  qardaşının oğlu Ukayli ibn Əbu  Talib və Nevfəl ibn Haris üçün qurtuluş axçası ödə!  Çünki sən zənginsən.

— Ya Rəsulallah, mən Müsəlmanam. Qureyşlilər məni çətinlikə Bədirə gətirdilər.

— Sənin Müsəlmanlığını Allahu təala bilir. Doğru deyirsənsə Allah sənə əlbəttə onun əcrini verər. Ancaq sənin  halın görünüş etibariylə əleyhimizədir. Bunun üçün sən  qurtuluş axçası ödəməlisən!

— Ya Rəsulallah,  yanımda 800 dirhəmdən başqa  pulum yoxdur.

— Ya Abbas, o qızılları nə üçün söyləmirsən?

— Hansı qızılları?

— Bəs sən Məkkədən çıxacağın gün xanımın Harisin qızı Ümmül Fadla verdiyin qızıllar. Onları verərkən yanınızda sizdən başqa kimsə yox idi.  Sən Ümmül Fadla, “Bu səfərdə başıma nə gələcəyini bilmirəm. Əgər bir fəlakətə düşsəm və qayıda bilməsəm, bu qədəri sənindir. Bu qədəri Abdullah üçündür. Bu qədəri Ubeydullah üçündür. Bu qədəri Qusəm üçündür” dediyin qızıllar?

Peyğəmbər əfəndimiz qızıllar haqqında bu qədər təfərrüatlı bir şəkildə məlumat verincə Həzrəti Abbas çox çaşdı:

— Allaha and edərəm ki, mən bu qızılları xanımıma verərkən yanımızda heç kimsə yox idi.  Bunları sən haradan bilirsən?

— Allahu təala xəbər verdi.

— Sənin Allahu təalanın Rəsulu olduğuna indi həqiqətən inandım. Doğru söylədiyinə şəhadət edirəm.

Dərhal kəlmeyi-şəhadət gətirərək Müsəlman oldu.

Həzrəti Abbas Müsəlman olanda Rəsulullah onu Məkkədə vəzifələndirdi. Müsəlman olduğunu heç kimə söyləmədi. Məkkədə baş verənləri gizlicə Peyğəmbər əfəndimizə  bildirərdi. Bir zaman sonra Peyğəmbər əfəndimizin həsrətinə dözə bilməyib Mədinəyə gəlmək istədiyini məktubla bildirəndə, Peyğəmbər əfəndimiz buyurdu ki:

— Sənin olduğun yerdəki cihadın daha yaxşı və faydalıdır.

Mühacirlərin axırıncısı

Həzrəti Abbas Məkkənin fəthinə dair edilən hazırlıqların son mərhələdə olduğunu xəbər alınca artıq Məkkədə qalmağı ehtiyac bilməyib fəthdən az bir zaman əvvəl Mədinəyə hicrət üçün yola çıxdı. Zül-huleyfədə Rəsulullaha qovuşdu.

Ailəsini Mədinəyə göndərib özü Məkkənin fəthində Peyğəmbər əfəndimizin yanında idi. Peyğəmbər əfəndimiz ona buyurdular ki:

— Ey Abbas! Mən, Peyğəmbərlərin axırıncısı olduğum kimi sən də mühacirlərin axırıncısan.

Həzrəti Əbu Süfyan Məkkənin fəthi əsnasında Müsəlman oldu. Onunla Həzrəti Abbas məşğul olurdu.  Əbu Süfyan Müsəlmanların bir sübh vaxtı namaz üçün coşqun hazırlıqlarını görəndə dedi ki:

— Ey Abbas! Müsəlmanlara yeni bir şey əmr edildi?

— Xeyr, onlar namaza hazırlanırlar.

Daha sonra Əbu Süfyana dəstəmaz aldırıb Rəsulullaha apardı. Rəsul əleyhissəlam namaz üçün camaatın önünə keçib təkbir aldı. Camaat da böyük bir vəcd içində ona uydu.  Onların rükü və səcdədəki  hallarını görən Əbu Süfyan  dedi ki:

— Ey Abbas! Belə itaəti nə İran saraylarında, nə Yunan diyarlarında gördüm.  Həqiqətən, qardaşın oğlu böyük bir hökmdar olmuşdur.

Bunun üzərinə Hazrəti Abbas dedi ki:

— Ey Əbu Süfyan!  Bu iş səltənət deyil, nübuvətdir (peyğəmbərlikdir).

Həzrəti Abbas Rəsulullahın yaxını olması səbəbiylə Əshabı kiram arasında ayrı bir yeri vardı. Sözünü dinləyirdilər.

Peyğəmbər əfəndimiz vəfat edincə Əshabı-kiramın ağılı başından çıxdı. Məsciddə ağlaşmağa başladılar. Heç kimsənin inanmağı gəlmirdi.

Hələ Həzrəti Ömər tamamilə özündən keçmiş bir halda idi. Peyğəmbər əfəndimizin mübarək üzünə baxıb “Rəsulullah huşunu itirib, ancaq huşsuzluğu çox ağırdır” deyirdi. Ölüm sözünü ağzına almadığı kimi,  kimsənin də söyləməsini istəmirdi. Evdən çıxıb dedi ki:

— Kim, “Rəsulullah öldü” desə, qılıncımla boynunu vuraram!

Eşidən var mı?

Həzrəti Əbu Bəkir ilə Həzrəti Abbasın Əshabı-kiram arasında bir ağırlığı vardı.  Əshabı kiramı ancaq bunlar təskin edə bilərdi. Bunun üçün birlikdə məscidə getdilər. Həzrəti Abbas buyurdu ki:

— Ey insanlar! Rəsulullahın, “Mən vəfat etməyəcəyəm” dediyini  içinizdə eşidən varmı?

— Xeyr belə bir söz eşitmədik.

Sonra Həzrəti Ömərə dönüb soruşdu:

— Ya Ömər, bu barədə sən bir şey eşitdinmi?

— Xeyr eşitmədim.

Sonra Əshabı kirama dönüb buyurdu ki:

— Heç kimsə Rəsulullahın vəfat  etməyəcəyini söyləyə bilməz. Cənabı Haqqa and içirəm ki, Rəsulullah ölümü dadmışdır. Allahu təala Qurani-kərimdə, “Şübhəsiz, sən də  öləcəksən, onlar da  öləcəkdir” buyurmaqdadır. Rəsulullah əfəndimiz İslamiyyətin bütün hökmlərini tamamladıqdan sonra aramızdan ayrıldı. Artıq özümüzə gəlib dəfn işlərini tamamlayaq.

Sonra Həzrəti Əbu Bəkir də buna bənzər çıxış etdi. Beləcə Əshabı-kiramın ağılı başlarına gəldi.

Xeybər döyüşündən sonra Həccac ibn İlat həzrətləri Peyğəmbər əfəndimizin hüzuruna gəlib dedi ki:

— Ya Rəsulallah, mənim Məkkədə uşaqlarım, mallarım var. Bunları buraya gətirmək istəyirəm. Lakin, mənim Müsəlman olduğumu öyrənərsələr, onları verməzlər. Məkkəyə gedincə, sizin haqqınızda uyğun olmayan şeylər söyləsəm  uyğun olarmı?

Bunun üzərinə Peyğəmbər əfəndimiz icazə verdi.

Zəfər qazandı

Bu icazə ilə Məkkəyə gəlib Peyğəmbər əfəndimizin əsir alındığını, öldürülməsi üçün Məkkəyə gətiriləcəyini söylədi.

Bu xəbərə müşriklər çox sevindi. Həzrəti Abbas isə xəbəri alan kimi kədərindən huşunu itirdi. Özündən keçmiş bir halda evinə apardılar. Bir müddət sonra özünə gələndə,  işin əslini öyrənmək üçün kimsənin olmadığı bir zamanda Həccacı evinə çağırdı. Həzrəti Abbasın pərişan halını görən Həccac dedi ki:

— Ya Abbas sənə müjdə! Rəsulullah Xeybərdə zəfər qazandı. Mən mallarımı qurtarmaq üçün Rəsulullahdan icazə alaraq belə söylədim. Buradan ayrıldıqdan üç gün sonra etdiyim hiyləni onlara söyləyə bilərsən.

Həzrəti Abbas Məkkənin fəthindən sonra edilən Huneyn əzasında da Peyğəmbər əfəndimizin yanından ayrılmadı. İslam ordusu səhər gün işıqlanmadan çuxur və geniş bir vadidən aşağı enirdi. Düşmən ordusu əvvəldən oraya gəldiyi üçün vadinin hər iki yanında gizlənib tələ qurmuşdu.

Rəsulullahın yanından ayrılmadı

Müsəlmanlar tam oraya gəldikləri zaman düşmən ətrafdan hücum etməyə başladı.  Müsəlmanlar nə baş verdiyini anlaya bilmədilər. Bir an qarışıqlıq oldu. Həzrəti Abbas Həzrəti Əbu Bəkir və bir neçə qəhrəman ölümü gözə alıb Rəsulullah ilə birlikdə bir addım geri çəkilmədilər.

Bunun üzərinə Peyğəmbər əfəndimiz buyurdu ki:

— Ya Abbas! Sən onlara; “Ey Mədinəlilər! Ey Səmurə ağacının altında biyət edən səhabələr!”  deyə səslən!

Həzrəti Abbas iri cüssəli və heybətli idi. Qışqırdığı vaxt səsi çox uzaqlardan eşidildiyi üçün bütün gücüylə qışqırdı:

— Ey Mədinəlilər! Ey Səmurə ağacının altında  Peyğəmbərimizə söz verən Əshab!  Bura yığılın! Dağılmayın!

Bunu eşidən Əshabı-kiram qayıtmaq istədilər. Ancaq minik heyvanları elə qorxmuşdular ki,  bəziləri heyvanlarını geri çevirə bilmədilər. Minik heyvanlarından özlərini atmaq məcburiyyətində qaldılar. Müsəlmanlar yığışdılar və şiddətli bir müharibədən sonra düşmən  məğlub oldu. Əsgərlərinin çoxu öldürüldü. Bir qismi də əsir alındı.

Həzrəti Abbas ibn Abdulmuttalib çox igid idi. Həzrəti Cabir deyir:

“Rəsulullah əfəndimiz Taifə getdiyi zaman oradakı xalqa elçi olaraq Hənzələ ibn Rəbini  göndərmişdi. Hənzələ Taiflilərlə görüşərkən onu tutub qalaya həbs etmək istədilər.  Bunu görən Rəsul əleyhissəlam buyurdu ki:

— Kim bunların əlindən Hənzələni qurtarar? Bu işi bacarana bütün qazilərin savabı veriləcəkdir.

Həzrəti Abbas ibn Abdulmuttalib yerindən atılıb ildırım kimi qaçdı. Hənzələni qalaya həbs etmək üzrə olan Taiflilərə çataraq onu xilas etdi. Qaladan Həzrəti Abbasa daş atırdılar. Bu sırada Rəsulullah əfəndimiz də Həzrəti Abbasa dua edirdi. Həzrəti Abbas yaralanmadan  Hənzələni Rəsulullaha gətirdi.”

Faizini qaldırdı

632-ci ildə Rəsulullah əfəndimiz Əshabı ilə vida həccinə getdilər. Peyğəmbər əfəndimiz vida xütbələrində sevgili əmisindən də bəhs etdilər… Faizin qadağan olduğunu,  ilk qaldırılan faizin əmisi Həzrəti Abbasın faizi olduğunu bildirdilər.

Peyğəmbər əfəndimizin vəfatından sonra mübarək cənazələrini yumaq üçün;  Həzrəti Əli, Həzrəti Abbas və oğulları  Fadl və Qusəm, Üsamə ibn Zeyd və Saleh otağa girib qapını bağladılar.  Peyğəmbər əfəndimizi köynəyi  üzərində olduğu halda yumağa başladılar.

Həzrəti Abbas və oğulları su töküb Peyğəmbər əfəndimizi sağa, sola çevirdilər.  Həzrəti Əli də yudu. Yuduqca, evin içinə bənzəri heç görülməyən rast gəlinməmiş çox gözəl bir qoxu yayıldı. Üç parça kəfən ilə kəfənlədikdən sonra vəfat etdiyi yerə qəbiri-şərifi qazılıb, lahd (qəbir) şəklinə gətirildi və  Rəsulullah əfəndimizi qəbri-şərifinə qoydular.

Həzrəti Ömər fəthlərdən əldə edilən qənimətlərdən Həzrəti Abbasa hissə ayırardı.  Həzrəti Ömər Məscidi-Nəbəvinin genişləndirilməsini istədi. Məscidin lap yanında Həzrəti Abbasın evi vardı. Xəlifə bu evi satın almaq istədi. Həzrəti Abbas isə evini hədiyyə olaraq verdi.

Ayağa qalxardılar

            Həzrəti Ömər Mədinədə quraqlıq olanda Həzrəti Abbasın dua etməsini istədi.  Həzrəti Abbas dua edib duası bərəkətiylə yağış yağdı və torpaq yaşıllaşdı. Bundan sonra Həzrəti Ömər  buyurdu ki:

— Abbas, Allahu təala ilə bizim aramızda vəsilədir.

Həzrəti Abbas Peyğəmbər əfəndimizə yaxınlığı və fəzilətlərinin çoxluğundan hər kəs tərəfindən sevilən, sayılan, hörmət görən bir şəxs idi.  Hər kəs ona qibtə edərdi. Dörd böyük xəlifə kimi böyük şəxslər,  o gəlincə,  hörmətlərindən və təvazölərindən ayağa qalxardılar.

Çox zəngin idi. Mədinəyə yerləşdikdən sonra edilən bütün müharibələrdə və xüsusilə, Bizansa qarşı edilən səfərdə İslam ordusunun təchizi üçün çox kömək göstərmişdir.

Çox səxavətli olub ikram və ehsanları çox idi. Kölələri satın alıb azad edər və belə etməyi çox sevərdi. Yetmiş kölə azad etdiyi məşhurdur. Yaxın qohumu ziyarət etməyə, onların haqlarını yerinə yetirməyə diqqət edər, möhtac olanlara kömək edərdi.

Həzrəti Abbas ibn Abdulmuttalib ömrünün sonlarında gözləri görməz oldu. Həzrəti Osmanın şəhid edilməsindən iki il əvvəl 652-ci ildə 88 yaşında Mədinə münəvvərdə vəfat etdi. Cənazə namazını Həzrəti Osman qıldırdı. Baqi qəbiristanlığında dəfn edildi.

Qızlarından başqa on kişi övladı vardı. Bunların içində Abdullah ibn Abbas həzrətləri  elmdə çox yüksək idi. Qızları içində Ümmü Gülsüm bəzi  hədisi-şəriflər  rəvayət etdi.

Həzrəti Aişə belə buyurur:

“Rəsulullah əfəndimiz Əshabı kiramı ilə otururdu. Yanında Həzrəti Əbu Bəkir ilə Həzrəti Ömər vardı. O əsnada Həzrəti Abbas içəri girdi. Həzrəti Əbu Bəkir ona yer verdi.  Həzrəti Abbas Rəsulullah ilə Əbu Bəkir arasına oturdu. Rəsul əleyhissəlam bu hərəkətinə görə Həzrəti Əbu Bəkirə buyurdu ki:

— Böyüklərin qiymətini böyüklər bilər.”

Mən Abbasdanam

Peyğəmbər əfəndimiz Həzrəti Abbas haqqında yenə buyurdular ki:

“Bu Abdülmuttalib oğlu Abbasdır. Qureyşdə ən səxavətli və qohumluq əlaqələrinə ən hörmətli olandır.”

“Abbas, məndəndir.  Mən Abbasdanım”.

“Abbas, əmimdir. Məni qorumuşdur.  Ona əza edən, mənə əza etmiş olar.”

“Abbasoğullarından məliklər olacaq, ümmətimin başına keçəcəklər. Allahu təala dini  onlara əziz və  hakim qılacaq.”

Həzrəti Abbas ibn Abdulmuttalib  bəzən belə deyərdi:

— Yaxşılıq etdiyim heç kimin pisliyini görmədim. Pislik etdiyim heç kəsin də yaxşılığını görmədim. Onun görə də hər kəsə yaxşılıq və ehsan edin! Çünki bunlar sizi pisliyin zərərlərindən qoruyar.

İbni Şihabdan bildirildiyinə görə; Həzrəti Əbu Bəkir və Həzrəti Ömərin xilafətləri zamanında özləri bir minik üzərində ikən Həzrəti Abbasa rast gəlsələr, miniklərindən enərlər, onunla birlikdə gedəcəyi yerə qədər gedərlər, sonra dönərdilər.

25-08-2018, 15:38
Geri