Gözəl İslam / Abdullah ibn Abbas

Abdullah ibn Abbas

            Təfsir alimlərinin şahı.

            Rəsulullah əfəndimiz Məkkədə ikən Abdullah ibni Abbasın anasına buyurmuşdu ki:

Uşağı gətirdikləri zaman  qulağına azan və iqamə oxuyub adını Abdullah qoydular.  “Allahım! Onu dində fəqih (fiqh alimi) et və kitabını ona öyrət” deyərək dua etdilər. Sonra anasının qucağına verib buyurdular ki:

Abbas bunu eşitdi və bu vəziyyəti Peyğəmbər əfəndimizə gəlib soruşanda, “Bəli, belə söylədim. Bu uşaq xəlifənin atasıdır”  buyurdu.

Hamısı onun nəslindən oldu

            Abbasi dövlətinin başına çox xəlifələr gəldi. Bunların hamısı Abdullah ibn Abbasın  nəslindən oldu.

            Abdullah ibn Abbas Rəsulullahın duası bərəkətiylə elmdə çox yüksək dərəcələrə çatdı.  Daha kiçik yaşda ikən Rəsuli əkrəm əfəndimizin yanına gedərdi. Xalası Meymunə binti Haris  Rəsulullahın zövcəsi idi. Bu səbəblə bir çox dəfə Peyğəmbərimizin evinə gedib gəlmiş, bəzi gecələr orada qalmışdır. 

            Abdullah ibn Abbas Rəsulullahın dəstəmaz suyunu hazırlayar, birlikdə namaz qılardılar. Dəstəmaz almağı, namaz qılmağı Rəsulullahdan görərək öyrəndi. Davamlı xidmət səbəbiylə Rəsulullahın  çox dua və iltifatına qovuşdu.

            Bir dəfə Peyğəmbər əfəndimiz mübarək əlini Abdullah ibn Abbasın başına qoyaraq belə dua etdi:

Bir başqa  gün də mübarək əlini sinəsi üzərinə qoyub:

Peyğəmbərimiz Mədinəyə hicrət etdikdən sonra Abdullah ibn Abbas ailəsi ilə birlikdə  hicrətin səkkizinci ilinə qədər Məkkədə qaldı. Məkkənin fəthindən əvvəl Mədinəyə hicrət etdi. Bu sıralarda hələ 11-12 yaşlarında idi. Ağlı, zəkası, tez qavrayışı ilə diqqəti çəkir və sevilirdi.

Ən dərin alim

            Peyğəmbərimiz vəfat etdiyi  sırada İbni Abbas on üç və ya on dörd yaşında idi.  Əshabı kiramın böyüklərinin məclisində iştirak etdi. Həzrəti Ömərin söhbətlərinə və elm məclisinə davam edib, onun  Peyğəmbərimizdən aldığı elmə, feyzə və mərifətlərə qovuşdu.

            Abdullah ibn Abbas dörd xəlifə dövründə fitvalar verdi. Həzrəti Osman dövründə edilən Şimali Afrika səfərinə qatıldı. Bu səfərdə İslam ordusu adına ona elçilik vəzifəsi verildi. Burada hökmdarlıq edən Cərcis ilə görüşdü. Cərcis və adamları onun  ağılını, zəkasını, fikir qüvvətini və elmini görərək çaşmışdılar. Hətta onların, “Bu, Ərəblərin ən dərin alimidir” dedikləri  bildirilmişdir.  Döndükləri zaman Həzrəti Osmanın əmri ilə onun yerinə həcc əmirliyi etdi. Bu vəzifədən döndüyü vaxt Həzrəti Osman şəhid edilmişdi. Həzrəti Əlinin xəlifəliyi əsnasında Bəsrə valiliyində oldu.

            Abdullah ibn Abbas Əshabı kiram arasında elminin üstünlüyü ilə tanınmışdır. Übey ibn  Kəb onun haqqında buyurdu ki:

Bəhr-ül elm

             Abdullah ibn Abbas həzrətləri Mühacir və Ənsarı-kiramdan bir çoxlarıyla görüşər,  onlara Rəsulullahın hərbləri və  nazil olan surələr haqqında sual  soruşardı. Elminin çoxluğu səbəbiylə ona ləqəb olaraq Bəhr-ül elm, yəni “elm dəryası” deyildi.

            Çalışmaları, son dərəcə müntəzəm və  bəlli bir plan daxilində idi. Hansı gün nə iş edəcəyini əvvəlcədən təsbit edər və onlara eynilə riayət edərdi.

            Dörd böyük xəlifə və digər Əshabı-kiramdan çox iltifat gördü. Bu iltifatlar qarşısında əsla halını dəyişdirmədi. Təvazödən heç ayrılmadı. Çox mədh edildiyi vaxt; “Mənə bu neməti ehsan edən Allahu təaladır. Çünki,  Rəsulullah əfəndimiz mənim üçün dua etdi” deyərdi.

            Abdullah ibn Abbas həzrətləri xüsusilə Qurani-kərimin təfsiri və ayəti-kərimələrin  izahında yüksək bir elmə sahib idi. Bu vəsfindən dolayı ona Tərcümən-ül Quran deyilmişdir. Həzrəti Ömər, onu elm məclisində tutar və daim elmə təşviq edərdi. Yaşının kiçikliyinə baxmayaraq İbni Abbasa hörmət edər, onunla məsləhətləşər, elm və irfanını təqdir və təbrik edərdi.

             Abdullah ibn Abbas həzrətləri Həzrəti Ömərin onu üstün tutub məclisində tutması haqqında  belə deməkdədir:

            “Həzrəti Ömər məni, Əshabı Bədirin məclisində tutardı. Onlardan bəziləri Həzrəti Ömərə, “Nə üçün bu gənci yanında saxlayırsan” deyə sual etdikləri zaman buyurardı ki:

Alimlər məclisinə gələrdi

            Tələbəsi Ata ibn Əbi Rəbah deyər ki:

Abdullah ibn Amr ibn As da İbni Abbası mədh edərək deyər ki:

Abdullah ibn Abbas həzrətləri dövrünün elm, irfan, fəzilət baxımından öndə gələnlərindəndir.

            Elmdə canlı bir kitabxana olub, bütün elmləri özündə toplamış, təfsir, hədis, fiqh, ədəbiyyat və səhabənin iltifat etdiyi məsələlərdə və digər elm sahələrində mütəxəssis olmuşdu.

            Quranı-kərimlə əlaqədar elmini, istəyən və soruşanlara öyrədərdi. Quranı-kərim ayətlərinin toplanmasında və nəşrində böyük  xidməti olmuşdur.

            Məşhur vəlilərdən Şəqiq bir həcc mövsümündə İbni Abbasın  bir xütbəsini dinləmişdi.  İbni Abbas, Nur surəsinin təfsirini etmişdi.  Şəqiq buna heyran olub dedi ki:

Təfsir yazmadı

            Abdullah ibn Abbas həzrətlərinin müstəqil bir təfsir kitabı yoxdur. Fəqət təfsirə dair  müxtəlif rəvayətləri vardır. İslam alimləri təfsir kitablarını onun rəvayətləriylə bəzədilər.

             Abdullah ibn Abbas həzrətlərinin nəql etdiyi rəvayətlərindən bir qismini Firuzabadi,  Tənvir-ül-Mikbas min Təfsiri İbni Abbas adlı bir kitabda toplamışdır. Onun təfsirə dair rəvayətləri müxtəlif yollarla nəql edilmişdir.

            İbni Abbas həzrətlərinin verdiyi fitvalar, fiqh elminin ən qüvvətli əsərlərindəndir.  Xəlifə Məmun zamanında topladılan fitvalar  iyirmi cild idi. Özünə həvalə edilən  məsələlərə çox açıq və uyğun cavablar verməsi ilə məşhur oldu. Bu səbəblə müşküllərini soruşmaq  üzrə özünə çox sayda gələn olurdu. Sual soruşmaq üçün gələnlərin çox olması səbəbiylə,  gələnləri əlli adamlıq qruplar halında yanına alıb, suallarına cavab verərdi.

            Tələbələrindən Əbu Saleh deyir:

            “İnsanlar məsələlərini soruşmaq üçün Abdullah ibn Abbasın evinin önündə toplanmışdılar. Yol insanlarla dolub daşmışdı. Kimsənin gəlib keçməsi mümkün deyildi.  Hüzuruna girib qapı önündəki vəziyyəti xəbər verdim. Mənə su gətirməyimi dedi.  Gətirdiyim su ilə dəstəmaz aldı və buyurdu ki:

Çölə çıxıb söylədim. O barədə sualı olanlar içəri girdilər. Ev doldu. Müşküllərini soruşdular və  cavablarını artıqlamasıyla alıb çölə çıxdılar. Sonra təkrar buyurdu ki:

Söylədim. İçəri girdilər. Onlar da evin otaqlarını doldurdular. Onların da suallarını cavablandırdı.  Doymuş olaraq çıxdılar. Arxasından təkrar buyurdu:

Cavablarını aldılar

Xəbər verdim, onlar da içəri girdilər.  Evdə yenə boş yer qalmadı.

            Gələnlər də haram, halal və fiqh mövzularında  müxtəlif suallar soruşdular.  Onlara da çox gözəl cavablar verdi.

            Gələnlər çölə çıxdılar.  Sonra təkrar buyurdu ki:

Onlar gəlib evi doldurdular.  Cavablarını alıb çıxdılar.

Onlar çıxdıqdan sonra yenə buyurdu :

Onlar da gəlib suallarını soruşub cavablarını aldılar. Beləcə, sualı olanların hamısı cavablarını təfərrüatlı bir şəkildə aldılar.

      Bu vəziyyətə yaxından şahid olduqdan sonra anladım ki, Qureyş,  Abdullah ibn Abbas həzrətləri ilə  nə qədər iftixar etsə azdır.  Həyatımda, qapısında belə çox insanların toplandığı bir başqa kimsə görmədim.”

            İbni Abbas həzrətləri hədis elmində bir dərya idi. 2660-a qədər hədisi-şərif rəvayət etdi.  Hədisi-şərifləri tədqiq və araşdırma ilə öyrənərdi. Rəvayətləri Kitabı-sittə deyilən  məşhur altı hədis  kitabında yer almışdır.

            Abdullah ibn Abbas həzrətləri ömrünün son günlərində 7-8 gün xəstə yatdıqdan sonra 687-ci ildə Taifdə vəfat etdi. Cənazə namazını Həzrəti Əlinin oğlu Muhamməd ibn əl-Hənəfiyyə  qıldırdı və  buyurdu ki:

Gözləri görməz olmuşdu

            Abdullah ibn Abbas həzrətləri uzun boylu, gözəl ağ üzlü, iri bədənli bir şəxs idi.  Saqqalını xına ilə boyayardı. Çox ağlaması səbəbiylə, yanaqlarında, göz yaşlarının buraxdığı izlər görünərdi. Ömrünün sonuna doğru gözləri görməz olmuşdu. Bunun üçün bu beyti söyləmişdi:

Allah, gözlərimdən görmə nurunu aldısa, 

Dilimdə və ürəyimdə o nur davam edir.

            Abdullah ibn Abbas həzrətləri buyurdu ki:

“Dağlar belə bir-birinə qarşı azsa, azğınlıqlarının cəzasını alacaqdır.”

“İçində haram olanın, yəni haram yeyənin, namazını Allahu təala qəbul etməz.”

“Mənim üçün gecənin az bir vaxtını elmə ayırmaq, bütün gecəni ibadətlə keçirməkdən  daha sevimlidir.”

“İnsanlara xeyri öyrədənlər üçün dənizdəki balıqlara qədər hər şey Allahu təaladan məğfirət  diləyər.”

“Rəsulullah əfəndimiz misvaqdan istifadə etmək xüsusunda bizə elə əmrlər verərdi ki, bu barədə bir ayə gələcəyini zənn edərdik.”

“Hər binanın bir təməli vardır.  İslam binasının təməli də gözəl əxlaqdır.”

“Zənginə ikram edib, kasıba xəyanət edən lənətlənmişdir.”

“Qiyamət günü Cənnətə ilk dəvət ediləcək olanlar, hər vəziyyətdə Allahu təalaya həmd edənlərdir.”

“Ey çox günah işləyən! Etdiyin işin şərli nəticəsi səni gözləyir,  onun üçün özündən əmin olma!  Gülməkdəsən, amma başına nələr gələcəyini anlamırsan. Bu halın, günahların ən böyüyüdür. Bir səhv işdə müvəffəqiyyət qazanar, sevinərsən. Bu sevinmən, etdiyin səhvdən daha böyükdür.”

Səbir  üç növdür

“İşləyəcəyin səhv bir işin fürsətini qaçıranda kədərlənərsən. Halbuki bu, o səhvdən daha  təhlükəlidir.  Sən səhvdəsən.  Allahu təala,  səni daim görməkdədir.  Bu görüş, qəlbini titrətməz. Bu halın, etdiyin səhvdən daha pisdir.”

“Səbir üç növdür. Birincisi, fərzlərin edilməsində çətinliklərə səbr etməkdir.  Bunun savabı üç yüz dərəcədir. İkincisi haramlardan və qadağan edilən şeylərdən  çəkinmə xüsusunda səbir. Bunun altı yüz dərəcə savabı vardır.  Üçüncüsü,  müsibətin ilk gəldiyi anda göstərilən səbirdir.  Bunun da fəziləti doqquz yüz dərəcədir.”

Tələbəsi Mücahid ibn Cəbr, Abdullah ibn Abbasın  belə buyurduğunu nəql edər:

“Sənə lazım olmayan və faydasız şeylərdən danışma! Çünki bu lazımsız bir işdir, zərərindən də əmin deyilsən.

Yerində olmayan lüzumlu sözü də danışma! Çox vaxt faydalı söz yerini tapmaz,  itər gedər.

Sən də elə et!

Səfeh və axmaq kimsələrlə mübarizə aparma! Çünki səfeh, qəlbində sənə nifrət edər. Axmaq, adi kimsələr, dili ilə sənə əziyyət edərlər.

            Tanıdığın bir nəfər yanından ayrıldığı zaman, onun ayrı bir yerdə səni necə xatırlamasını istəyərsən,  sən də onu elə xatırla!

            Sən, əfv edilməyin istədiyin xüsuslarda, onu da əfv et! Qardaşının sənə nə şəkildə  rəftar etməsini istəyərsən, sən də ona o şəkildə rəftar et!

            Günahkar olaraq tutulub da, ehsan və mükafat görənin əməli kimi əməl et!”

Abdullah ibn Abbas bir dərsində belə buyurdu:

Abdullah ibn Abbas həzrətləri fərzlərə çox əhəmiyyət verərdi. Nəsihət istəyənlərə buyurardı ki:

Allahu təala mömin, facir, günahkar hər kəsin ruzisini halaldan təqdir etmişdir. Halal ruzisi üçün  səbr etsə, Allahu təala onu mütləq göndərər. Səbirsizlik göstərib haramdan bir şey yeyərsə, halal ruzisindən azaldar. 

O da səni güdər

Abdullah ibn Abbas həzrətləri deyir:

“Rəsulullah əfəndimiz mənə belə buyurdu:

Sən Allahu təalanın haqqını güdərsən, O da səni güdər. Genişlik vaxtında Onu unutmazsan,  çətin zamanında imdadına çatar.

            İnsanlar sənə bir şey vermək üçün bir araya  gəlsələr,  o şeyi Allahu təala təqdir etmədisə, verməyə gücləri çatmaz.  Bir şeydən səni məhrum etdikləri zaman, əgər  Allahu təala o şeyi təqdir etdisə, mane ola bilməzlər.”

            Etdiyini Allah üçün et! Nəfsinin xoşuna gəlməyən şeylərə səbr edərsən, sənin üçün çox xeyir və gözəllilər vardır. Allahu təalanın köməyi səbirlə birlikdə gəlir.  Sıxıntıdan sonra rahatlıq vardır.

            Abdullah ibn Abbas dünyanın yaradılışıyla əlaqədar olaraq bir  dərsində buyurdu ki:

Rəsulullah əfəndimiz buyurdu ki:

İblis Adəm əleyhissəlam yer üzünə endirilincə Allahu təalaya soruşdu:

Ümmətinə əmr et!

Abdullah ibn Abbas buyurdu ki:

“Allahu təala İsa əleyhissəlama buyurdu ki:

Muhamməd əleyhissəlam olmasaydı,  Cənnəti,  Cəhənnəmi yaratmazdım.  Ərşi su üzərinə yaratdım. Hərəkət etdi. Üzərinə, Lə iləhə illəllah Muhammədun Rəsulullah  yazanda dayandı.”

Bir gün Abdullah ibn Abbas həzrətlərinə soruşdular:

Cavabında  buyurdu ki:

“Axşam və səhər vaxtlarında, Allahı təsbeh edin! Göylərdə və yer üzündə olanların  etdikləri və  əsr və zöhr vaxtlarında edilən  həmdlər,  Allahu təala üçündür.”

            Axşam edilən təsbeh, axşam və şam namazlarıdır. Səhər edilən təsbeh, sübh namazıdır.  Əsr və  zöhr vaxtlarında edilən  həmdlər,  əsr və zöhr  namazlarıdır.

            Bu ayəti-kərimələr beş vaxt namazı əmr etməkdədir.

Qəbir əzabından qurtarar

             Abdullah ibn Abbas deyir:

“Bir neçə Səhabə səfərdə bir çadır qurduq. Burada qəbir olduğunu bilmirdik. Birinin Mülk surəsinin başından sonuna qədər oxuduğunu eşitdik. Mədinəyə gəlincə bunu  Rəsulullaha ərz etdik.  Buyurdular ki:

Abdullah ibn Abbas buyurdu ki:

Bunun üçün bir sərhəd və üzr tanımamışdır.  Heç bir üzr ilə zikr  tərk edilə bilməz.  Çünki O, “Dayanarkən,  oturarkən və yatarkən də zikr edin! Hər yerdə, hər halda, dil  ilə və  qəlb ilə  zikr edin! Məni  heç unutmayın” buyurdu.

Bəqərə surəsinin yüz elli ikinci ayəsində  məalən, “ Məni zikr edin!  Mən də sizi zikr edərəm!”  buyuruldu.

16-08-2018, 12:54
Geri