Gözəl İslam / Abdullah ibn Cahş

Abdullah ibn Cahş

            Uhud şəhidlərindən.

            Sad ibn Əbu Vəqqas həzrətləri Uhud hərbində Həzrəti Abdullah ibn Cahş ilə arasında keçən söhbəti belə anlatdı:

“Uhudda, döyüşün çox şiddətli davam etdiyi bir an idi. Abdullah ibn Cahş yanıma gəldi, əlimdən tutdu və  məni bir qayanın dibinə çəkdi. Mənə bunları söylədi:

Var gücü ilə vuruşam

Mən də, “Yaxşı!..” dedim və  belə dua etdim:

Abdullah ibn Cahş mənim etdiyim bu duaya, bütün qəlbiylə “amin” dedi. Sonra özü belə dua etməyə başladı:

            Könlüm belə bir duaya “amin”  demək arzu etmirdi. Fəqət, o  istədiyi və əvvəldən söz verdiyim üçün məcbur olaraq “amin” dedim.

Qılıncı qırıldı

            Daha sonra, qılınclarımızı çəkdik, savaşa davam etdik. İkimiz də önümüzə gələni öldürürdük.

            O, son dərəcə bahadıranə hərb edir, düşmən səflərini tarı-mar edirdi. Düşmənə  hücum üstünə hücum edir, şəhid olmaq üçün dərin bir həvəslə hücumların davam edirdi.

“Allah Allah!..”  deyə döyüşərkən qılıncı qırıldı.  O anda sevgili Peyğəmbərimiz ona bir xurma budağı uzadaraq döyüşə davam etməsini buyurdu.

            Bu budaq bir möcüzə olaraq qılınc oldu və önünə gələni kəsməyə başladı. Bir çox düşməni öldürdü.”

“Daha sonra bu qılınc, varisləri əlində uzun illər qaldı. Ən son bir Tükr sərkərdəsi iki yüz qızıla bunu satın almışdır.”

            Hərbin sonuna doğru Abdullah ibn Cahş, Əbul Hakəm adında bir müşrikin atdığı  oxlarla arzu etdiyi şəhadətə qovuşdu.

            Şəhid olunca kafirlər bu mübarək şəhidin cəsədinə hücum edərək burnunu, dodaqlarını və qulaqlarını kəsdilər. Hər tərəfi qana boyandı.

            Müharibə bitdikdən sonra Abdullah ibn Cahşı şəhid edilmiş tapan Həzrəti Sad,  vəziyyəti və onun etdiyi duanı Peyğəmbər əfəndimizə anlatdı.

            Rəsulullah əfəndimiz də onun duasının qəbul edildiyini və bu dünyada istədiyinə qovuşduğunu, axirətdə də istədiyinə qovuşacağının aydın olduğunu bildirdi.

            Həzrəti Abdullah ibn Cahşı və dayısı “Seyidüşşühəda” yəni, “Şəhidlərin əfəndisi” Həzrəti Həmzini eyni qəbirə dəfn etdilər.

            Abdullah ibn Cahş həzrətləri Rəsulullahın bibisi Ümeymə ilə Cahşın oğludur. Zövcatı tahiratdan Zeynəb binti Cahşın qardaşıdır. Həbəşistana iki dəfə hicrət etdi. Bir neçə dəfə ordu  sərkərdəsi təyin edildi. Həzrəti Əbu Bəkirin vasitəsiylə kəlimeyi-şəhadət gətirərək ilk  Müsəlmanlardan olmaq şərəfinə qovuşdu.

Ən çox  qatlanınızdır

             Abdullah ibn Cahş həzrətləri İslamiyyəti həyəcanla yaşayan şəxslərdəndir. İlk Müsəlman olduğu  illərdə  kafirlər ona hər cür əza və əziyyəti etmişdilər. Hamısına da imanın verdiyi güc ilə qarşılıq vermiş, əza və əziyyətlərə dözmüşdür. Peyğəmbər əfəndimiz özü üçün buyurmuşdur ki:

Rəsulullah əfəndimizin şəhidlər üçün verdiyi müjdələri eşidərək, həmişə şəhid olmağa can atır, hərblərdə həmişə ən öndə qəhrəmanca döyüşərdi.

            Peyğəmbər əfəndimiz hicrətin ikinci ilində, Nahlədə Qureyş müşriklərini nəzarət üçün ilk əvvəl Əbu Ubeydə ibn Cərrahı göndərmək istəmişdi. Həzrəti Əbu Ubeydə Peyğəmbər əfəndimizdən  ayrılmağa dözə bilməyərək ağlamağa başladı. Bunun üzərinə Peyğəmbərimiz  onu göndərməkdən imtina etdi. Həzrəti Abdullah ibn Cahş dedi ki:

“O gün Rəsulullah əleyhissəlam şam namazını qılınca mənə buyurdu ki:

Səhər olanda məscidə getdim. Qılıncım, yayım, ox və çantam üzərimdə, qalxanım da yanımda idi. Rəsulullah əfəndimiz sübh namazını qıldırdıqdan sonra mühacirlərdən mənimlə birlikdə gedəcək bir neçə adam tapdı. Bir məktub verərək buyurdu ki:

Abdullah ibn Cahş həzrətləri, Nahlə səfərinə vəzifələndirildiyi vaxt ilk dəfə “Əmir-ül-möminin” adı verildi. Beləcə,  İslamda ilk təyin olunan “əmr” oldu. Mücahidlərin iki adamı üçün bir dəvələri vardı.

Heç kimi məcbur etmə!

            Səkkiz və ya on iki nəfərlik bir birlik ilə iki gün sonra Mələl  bölgəsinə çatdıqları zaman məktubu açdı. Məktubda bunlar yazılı idi:

            Bismilləhirrahmənirrahim. Bu məktubu nəzərdən keçirdiyin vaxt Məkkə ilə Taif  arasındakı  Nahlə vadisinə enənə qədər Allahu təalanın adı və bərəkətiylə gedərsən.

            Yoldaşlarından heç birini, səninlə birlikdə getməyə məcbur etmə! Nahlə vadisindəki qureyşliləri, qureyşlilərin karvanını güdüb yoxlayarsan! Onların xəbərlərini bizə bildirərsən!

            Əmr-ül-möminin Həzrəti Abdullah ibn Cahş Peyğəmbərimizin məktubunu oxuduqdan sonra, “Bizlər Allahu təalanın qullarıyıq və  həmişə ona dönəcəyik. Eşitdim və itaət etdim.   Allahu təalanın və sevgili Rəsulunun əmrini  yerinə yetirəcəyəm” deyərək məktubu öpüb, başına qoydu. Sonra yoldaşlarına dönərək dedi ki:

Biz də eşitdik

            Yoldaşları hamısı birdən cavab verdilər:

Sad ibn Əbi Vəqqas həzrətlərinin də olduğu kiçik bir ordu ilə Hicaza doğru yol aldılar və Nahləyə gəldilər. Bir yerdə gizləndilər. Oradan gəlib keçən Qureyşliləri güdməyə başladılar.

            Bu sırada bir Qureyş karvanı keçdi. Dəvələr yüklü idi. Mücahidlər Qureyş karvanına yaxınlaşaraq, onları İslama dəvət etdilər. Qəbul etməyincə, vuruşma başladı. Döyüş sonunda, birini öldürdülər, ikisini əsir aldılar. Biri də atlı olduğu üçün ona yetişə bilmədilər. Kafirlərin bütün malı mücahidlərə qaldı. 

            Həzrəti Abdullah ibn Cahş, bu qənimət mallarının beşdə birini Rəsulullah əfəndimizə ayırdı. Bu qənimət Müsəlmanların aldıqları ilk qənimət idi.  Bu beşdə bir hissə də ilk ayrılan beşdə bir idi. İlk öldürülən müşrik və alınan əsirlər də bu Nahlə səfərindəydi. Daha hələ  qənimətlə əlaqədar ayəti-kərimələr gəlməmişdi.

            Bundan sonra Bədir qəzası oldu. Alınan əsirlər üçün Rəsulullah əfəndimiz Həzrəti Əbu Bəkir, Həzrəti Ömər və Həzrəti Abdullah ibn Cahşla məsləhətləşdi. Hicrətin üçüncü ilində edilən Uhud hərbində böyük qəhrəmanlıqlar göstərdi.  Həzrəti Abdullah ibn Cahş  igidliyin simvolu idi.

Ən çox darıxdığı

            Abdullah ibn Cahş Peyğəmbərimizə çox bağlı idi. Rəsulullah əfəndimiz onu əmir təyin etdiyi  vaxt ondan  soruşmuşdu:

Bunun üzərinə, “Allah və Rəsulunə məhəbbətdir” deyə ərz etmişdi.

            Həzrəti Abdullah orta boylu, çox yaraşıqlı bir şəxs idi. Peyğəmbər əfəndimizi çox  sevərdi. Bu məhəbbət uğruna canını fəda etməkdən çəkinməmiş, Uhud hərbində ən böyük qəhrəmanlığı göstərərək, Allahu təalanın  rizası uğrunda şəhadət  şərbətini içmişdir.

            Əshabı kiram arasında ləqəbi, “Əl Mücahidü fillah”, yəni “Allah yolunun fədaisi” idi. Şəhid olduğunu zaman 40 yaşında idi. Allah yolunda Həbəşistana edilən ikinci hicrətdən sonra ailəcə Mədinəyə hicrət etmişdi. Mədinəyə hicrət edəndə Asim ibn Sabit ilə qardaş oldu.

16-08-2018, 12:53
Geri