Gözəl İslam / Abdullah ibn Əbi Bəkir Siddiq

Abdullah ibn Əbi Bəkir Siddiq

Həzrəti Əbu Bəkirin oğludur.

Zəki və qabiliyyətli bir gənc olduğu üçün  atasının əmrlərini  hərfiyən yerinə yetirərdi.  Gündüzləri Məkkədə Qureyşlilər arasında olub, onların Peyğəmbərimiz və  Həzrəti Əbu Bəkir  haqqında söylədiklərini axşam vaxtı Sevr Mağarasına gələrək xəbər verərdi. Gecəni orada keçirib dan yeri ağarmadan Məkkəyə qayıdardı. Bu xidməti onun adını İslam tarixinə keçirdi.

Mühasirədə yaralandı

            Həzrəti Abdullah ibn Əbi Bəkir Siddiq hicrəti-Nəbəvidən sonra Məkkədən Mədinəyə gəldi. Rəsulullah ilə hicrətin 8-ci ilində  Məkkənin fəthində iştirak etdi.  Atiqə binti  Zeyd ibn  Amr ilə evləndi. Məkkənin fəthindən sonra Hüneyn döyüşünə qatıldı. Hüneyndən qaçan  Sakif və Həvazinlilərin toplanmalarına mane olmaq üçün onların sığınıb gizləndikləri Taif Qalasını mühasirəyə aldı. Mühasirədə ox dəyib yaralandı. Mədinəyə yaralı vəziyyətdə qayıtdı.

Həzrəti Abdullah ibn Əbi Bəkri Siddiq, Peyğəmbər əfəndimiz üçün hazırlanan paltarı yeddi qızıla satın aldı. Sonra Rəsulullahın təkfininə uyğun görülməyincə təbərrükən özünə kəfən üçün saxlamışdı.

Ruhunu təslim edəcəyi sırada, “Bunda  xeyir və bərəkət olsa idi, Rəsulullah əfəndimiz təkfin  olunardı” deyib, özünə bunu kəfən etdirmədi.

Həzrəti Əbu Bəkirin xilafətinin əvvəlində, hicrətin on birinci ilinin Şəvval ayında Taifdə aldığı yaranın səbəbiylə vəfat etdi. Cənazə namazını Həzrəti Əbu Bəkir qıldırdı.  Qəbirinə isə Həzrəti Ömər,  Talha və qardaşı Abdurrahman ibn Əbi Bəkir endirmişdilər. Taif şəhidlərindən sayılır.

Onun  vəfatından bir müddət sonra Həzrəti Əbu Bəkirə Sakif heyəti gəldi. O sırada  Həzrəti Abdullahın vəfatına səbəb olan ox Həzrəti Əbu Bəkirin yanında idi. Oxu  heyətdəkilərə göstərərək soruşdu:

— Aranızda bu oxu tanıyanınız varmı?

Mən yondum

Aclan oğullarından Həzrəti Sad ibn Ubeyd dedi ki:

— Bu oxu mən yondum, ucunu mən sivriləşdirdim, tükünü mən taxdım, bunu atan da mənəm.

Bunun üzərinə Həzrəti Əbu Bəkir buyurdu ki:

— Bu ox Abdullah ibn Əbi Bəkiri şəhid edən oxdur. Sənin əlinlə ona şəhidlik şərbətini içirən, onun əliylə səni öldürtməyən Allaha həmd olsun. Allahın himayəsi genişdir.

Həzrəti Abdullah ibn Əbi Bəkri Siddiq Əshabı kiramdan olub,  ilk müsəlmanlardandır.  Atası Əbu Bəkri Siddiq, anası  Kətilə binti Abdiluzzadır. Əsmə ilə ana bir qardaşdır. Doğum tarixi bilinmir.

 

24-07-2018, 15:21
Geri