Gözəl İslam / Abdullah ibn Ümmi Məktum

Abdullah ibn Ümmi Məktum

Peyğəmbərimizin müəzzinlərindəndir.

Abdullah ibn Ümmi Məktum  Peyğəmbərimizin İslamiyyəti təbliğ etməyə başladığı ilk zamanlarda iman ilə şərəflənərək Müsəlman oldu. Məkkədə kafirlərin zülm və əziyyətlərinin dözülməz hala gəlməsi üzərinə və Mədinəli Müsəlmanlara dinin əsaslarını öyrətmək üçün  Mədinəyi-Münəvvərəyə hicrət etdi

Səsi çox gur idi

    Kor olub, səsi çox gur idi. Sübh namazında əvvəl Həzrəti Bilal, sonra Ümmi Məktum azan oxuyardı. Kafirlərlə silahlı mübarizə başlayınca hərblərə qatılıb, gur səsiylə düşmənin əhvalını pozardı.

    Bəzi döyüşlərdə Peyğəmbər əfəndimiz onu Mədinəyi- Münəvvərədə vali olaraq buraxardı. Peyğəmbərimizin zamanında on üç dəfə Mədinədə qalıb valilik və imamlıq etdi. Rəsulullah  əfəndimiz ona çox iltifat edib, daim könlünü alardı.

    Mədinədə valilik və imamətlə vəzifələndirilməsi, kor halıyla səfər və müharibələrə qatılmasının çətin olmasındandır.

    Bir dəfə Rəsulullah əfəndimiz, insanlara dinimizin əsaslarını izah edərkən, ibn Ümmi Məktum yanına gəldi. Peyğəmbərimiz məşğuliyyətlərindən gec fikir verdilər. Daha cavab verə bilmədən Qurani-kərimin səksəninci ayəsi olan Əbəsə surəsinin ilk on ayəti kəriməsi endi.

İlahi əmr üzərinə Peyğəmbərimiz  daha çox maraqlanıb, iltifatını çoxaltdı. Hətta ona, “Salam! Ey Rəbbimin mənə xitab və xəbərdarlıq olmasına səbəb olan adam!” deyə iltifat edib  yanında oturtdu,  halını, xətrini soruşdu.

Evinə aparıb,  onunla söhbət edərdi. Bir dəfə, yenə Peyğəmbər əfəndimizi ziyarət üçün evinə gəlmişdi. Rəsulullahın hüzuruna girmək üçün icazə istədi. O sırada, Peyğəmbərimizin mübarək xanımları da hüzurundaydı.

Rəsulullah əfəndimiz onun evə girməsinə icazə verdikdən sonra, xanımlarına çəkilmələrini əmr buyurdular. Bunun üzərinə xanımları gələn kimsənin gözlərinin görmədiyini bildirərək, çəkilmələrinin səbəbini sual etdilər. Bunun üzərinə buyurdu ki:

— O görmürsə,  siz dəmi görmürsünüz?

Abdullah ibn Ümmi Məktum Vida Həccinə qatıldı. Peyğəmbərimiz Vida Xütbəsini oxuyarkən gur səsiylə xütbəni təkrarladı. Həzrəti Əbu Bəkirin  xilafətində müəzzinlik, Həzrəti Ömərin dövründə də İslam ordusunda vəzifə aldı.

Camaata gələrdi

Abdullah ibn Ümmi Məktum həzrətləri, Quranı-kərimi əzbərə bilənlərdəndi. Qurani-kərimin qiraətini öyrədərdi. Rəsulullahın buyurduqlarını unutmamaq üçün, söhbətlərində  davamlı hədisi-şərif rəvayət edərdi.

Evi Məscidi Nəbəviyə uzaqda olmasına baxmayaraq, daim camaata gələrdi. Məscidə gələrkən Həzrəti Ömər kömək edərdi. Mücahid olub, cihadlara daim qoşulmaq istəyərdi. Ancaq gözləri görmədiyindən, döyüşlərdə iştirak edə bilmədiyi üçün çox kədərlənərdi.

Qatıldıqlarında da gur səsi ilə düşmənin əhvalının pozulmasına səbəb olardı. 636-cı ildə edilən Kadisiyə döyüşündə, əlində sancaq olduğu halda, bir təpəyə çıxıb, gur səsi ilə düşmənin əhvalını pozdu.

İbni Ümmi Məktumun bu müharibədə şəhid olduğu və ya dönüşündə vəfat etdiyi  rəvayət edilir.

 

24-07-2018, 15:17
Geri