Gözəl İslam / Büreydə ibn Hasib

Büreydə ibn Hasib

Rəsulullahın bayraqdarı olmuşdur.

Əshabı-kiramın böyüklərindən olub,  Xorasan tərəflərində vəfat edən ən son səhabədir.  Adı Büreydə ibn Əsləmdir.

Rəsulullah əfəndimiz yanında Əbu Bəkri Siddiq və onun azadlı köləsi Amir ibn  Fuheyrə ilə  Mədinəyi-münəvvərəyə doğru gedirdilər. Bu sırada Məkkə müşrikləri onları tutmaq üçün hərəkətə keçdilər. Hər tərəfi axtarmağa başladılar. Tutub gətirənə böyük mükafatlar vəd edirdilər.

İçimiz sərinlədi

Hicrət yolu üzərində olan qəbilələr bu iş üçün səfərbər olmuşdular. Büreydə ibn Əslam də öz qəbiləsindən yetmiş adamla birlikdə bu işin arxasına düşmüşdü. Qarşılaşdıqları zaman Rəsulullah ondan soruşdular:

— Sən kimsən?

— Büreydə.

Bu cavab üzərinə Rəsulullah Həzrəti Əbu Bəkirə dönüb  buyurdu ki:

— Ya Əba Bəkir, içimiz sərinlədi və yaxşı oldu.

Sonra təkrar Büreydə ibn Əsləmə dönərək soruşdu:

— Kimlərdənsən?

— Əsləm qəbiləsindənəm.

— Səlamətdəyik. Yaxşı Əsləmin hansı qolundan?

— Səhm qolundan.

— Ya Əba Bəkir, sənin nəsibin çıxdı.

— Bəs sən kimsən?

— Allahu təalanın Rəsulu Muhammədəm.  Səni Allahu  təalanın bir  olduğuna və mənim  də Onun Rəsulu olduğuma  inanmağa dəvət edirəm.

Bunun üzərinə Büreydə və yanındakılar, Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və Rəsuluh “Mən şəhadət edirəm ki, Allahu təaladan başqa ilah yoxdur.  Muhamməd Onun qulu və  Rəsuludur” deyərək iman etdilər.  Büreydə sonra dedi ki:

— Allahu təalaya həmd və sənalar olsun ki, bizlər zorla deyil, istəyərək Müsəlman olduq.

Büreydə və yanındakıların əlində az miqdarda süd vardı. Bunu Rəsulullaha təqdim etdilər.  Rəsulullah əfəndimiz və yanındakılar bu süddən içdilər və onlara xeyir dua etdilər. Rəsulullah əfəndimiz o gecə  Büreydəyə  Məryəm surəsinin baş tərəfini öyrətdi.

Büreydə ertəsi gün Peyğəmbər əfəndimizə dedi ki:

— Ya Rəsulallah yanınızda bayraq olmadan Mədinəyə təşrif etməmiz uyğun deyil.

Daha sonra başındakı sarığı bayraq kimi nizənin ucuna bağladı.

Büreydə həzrətləri Mədinəyi-münəvvərəyə qədər Rəsulullahın önlərində Livai Muhammədini, yəni bayrağı daşımışdır.

Həyatım at belində

Həzrəti Büreydə Rəsulullah əfəndimiz ilə birlikdə bir çox döyüşlərə qatılmış,  Məkkənin fəthində iştirak etmişdi. Həmçinin Rəsulullahın Həzrəti Xalid əmrində Yəmən tərəflərinə göndərdiyi orduda da yerini almışdır.

Həzrəti Büreydə Rəsulullahın son zamanlarında Üsamə əmrində Şam tərəfinə  göndərdiyi orduda da bayraq daşımışdı.  Beləliklə, Rəsulullahın sağlığında ilk və son bayrağını daşıyan səhabə olmuşdur.

Büreydə həzrətləri demişdir ki:

— Mənim damarlarımda cihad qanı axır. Həyatım at belində keçir.

683 tarixində, Yezid zamanında vəfat etdi.

20-06-2018, 14:30
Geri