Gözəl İslam / Fatimə binti Əsəd

Fatimə binti Əsəd

Həzrəti Əlinin anası.

Fatimə binti Əsəd İslamın əvvəlində Müsəlman olmuşdur. Rəsulullah əfəndimiz İslamiyyəti əvvəllər açıq-aşkar bildirmədi. Üç il bir məxfilik dövrü keçdi. Tədricən, yəni yavaş-yavaş bir yol təqib edilirdi.

Axirət ilə qorxut!

Nəhayət üç il sonra İslamiyyəti açıqdan bildirmə vaxtı gəlmişdi. Haradan və kimdən başlanacağı Rəsuli-əkrəmə vəhy ilə bildirildi. Allahu təala Şuəra surəsinin 214-cü ayəti-kəriməsində məalən belə buyurur:

Ey Rəsulum, sən əvvəl ən yaxın qohum və qəbiləni Allahın dininə dəvət edərək, axirət əzabı ilə qorxut!

Rəsulullah əfəndimiz qohumlarını bir yerə yığdıqdan sonra onlara bunları dedi:

Mən, Onun bütün insanlara göndərdiyi son Peyğəmbəriyəm. Vallahi siz yuxuya getdiyiniz kimi öləcəksiniz. Yuxudan oyandığınız kimi də dirildiləcək və bütün etdiklərinizdən hesaba çəkiləcəksiniz.

Yaxşılıqlarınızın  qarşılığında yaxşılıq, günahlarınızın qarşılığında cəza görəcəksiniz. Bu da ya davamlı Cənnətdə və ya davamlı Cəhənnəmdə qalmaqdır. İnsanları axirət əzabıyla qorxutduğum ilk kəslər sizlərsiniz.

Ey Abdülmuttaliboğulları! Mən sizə çox üstün və qiymətli dünya və axirətiniz üçün faydalı şeylər gətirdim. Ərəblər içərisində qövmünə bundan daha xeyirlisini gətirən bir kimsə bilmirəm.

Mən sizi dilə asan, yüngül və mizanda (tərəzidə) ağır gələn iki sözə dəvət edirəm. O da, Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədən abduhu və Rəsuluh [Allahu təaladan başqa heç bir ilah olmadığına və Muhammədin Onun qulu və Rəsulu olduğuna şəhadət edirəm] deməyinizdir.

Kim köməkçim olar?

Rəsulullah əfəndimiz qohumlarına bu söhbəti edəndə bir çoxu Müsəlman oldu. Həzrəti Fatimə binti Əsəd də bunlar arasında idi. Özündən əvvəl və ya daha sonra olmaq üzrə zövcü Əbu Talibdən başqa bütün uşaqları da İslamı qəbul etdilər. Hətta Rəsuli-əkrəm əfəndimiz yaxın qohumları ilə söhbətlər edib, "O halda, hansınız bu yolda mənə tabe olub, vəzirim və köməkçim olar? buyuranda, hələ, 12-13 yaşlarında olan Həzrəti Əli dərhal ayağa qalxmış, Rəsuli-Əkrəm də ona, Sən otur buyurmuşdu.

Rəsulullah əfəndimiz bu suallarını üç dəfə təkrar etmişlər, üçündə də dərhal cavab Həzrəti Əlidən gəlmişdi. Həzrəti Əli bu suallara belə cavab vermişdi:

Həzrəti Əlinin daha 12-13 yaşlarında ikən Rəsulullah əfəndimizə heç kimsədən qorxmadan çəkinmədən bu yolun yolçusuyam, könül vermişlərdənəm mənasındakı bu sözləri, Rəsuli-Əkrəm əfəndimizi son dərəcə sevindirdi. Onun üçün Allahu təala Həzrəti Fatimə binti Əsədə belə saleh övladlar vermişdi.

Gül yağıyla yağlayardı

Fatimə binti Əsəd üstün bir əxlaqa sahib idi. Gözəl əxlaqı vardı. Yaşayışı mükəmməl, Rəsuli-Əkrəm əfəndimizin yanında etibarlı bir xanım idi. Peyğəmbərimizin sevgisinə qovuşma şərəfinə nail olmuşdu.

Rəsulullah əfəndimiz onu mədh etmişdilər. Fatimə binti Əsəd uşaqlığından bəri Peyğəmbərimizə çox yaxınlıq göstərmiş, Ona heç bir köməyi əsirgəməmişdi. Rəsulullah əfəndimiz Əbu Talibdən sonra özlərinə ən çox yaxınlıq göstərənin Fatimə binti Əsəd olduğunu buyurmuşdu. Həzrəti Fatimə binti Əsəd Rəsuli-Əkrəmə xidmətdə çox iltifat göstərmişdi. Öz uşaqları olduğu halda əvvəl Rəsulullahı doyurardı. Öz uşaqlarının təmizliyindən əvvəl Onun mübarək başını darayar, mübarək saçlarını gül yağıyla yağlayardı. Bu səbəblə Rəsuli-Əkrəm Əfəndimiz onun üçün, O mənim anam idi buyurmuşdular. Bu bildirilən sözün iki dünyanın Əfəndisinin mübarək ağzından çıxması, Fatimə binti Əsəd üçün böyük bir səadət idi.

Zaman axıb getmiş, Fatimə binti Əsədin ömrü də sona çatmışdı. Peyğəmbərimiz köynəyini kürəyindən çıxararaq Fatimə binti Əsədə kəfən etdirmişdi. Sonradan Peyğəmbər əfəndimiz Fatimə binti Əsədə Cənnət paltarlarının geydirilməsi üçün belə etdiklərini söyləmişdirlər.

Cənazə namazını da qıldırdıqdan sonra buyurdular ki:

Cənazə namazı qılınmış, artıq dəfn ediləcəkdi. Rəsulullah əfəndimiz şəxsən özləri qəbirə endilər. Qəbir həyatının rahat və xoş olması üçün qəbrin künclərini genişlədər kimi işarə buyurdular. Qəbirdən çıxanda gözləri yaşarmış, gözlərindən axan yaşlar qəbirə damlamışdı.

Peyğəmbərlərin haqqı üçün

Orada olan Həzrəti Ömər və başqaları Rəsulullahın Fatimə binti Əsəddən başqa heç bir kimsəyə belə etmədiyini söyləmişdilər. Bundan sonra Rəsuli-Əkrəm Əfəndimiz Fatimə binti Əsəd üçün belə dua buyurmuşdur:

Allahım! Anam Fatimə binti Əsədin əfv eylə, bağışla. Ona hüccətini bildir. Qəbrini genişlət. Ey mərhəmətlilərin ən mərhəmətlisi olan Allahım! Mən Peyğəmbərin və keçmiş Peyğəmbərlərin haqqı üçün bu duamı qəbul buyur.

 

1-06-2018, 14:58
Geri