Gözəl İslam / Həccac ibn İlat

Həccac ibn İlat

Məkkəli səhabələrdən.

Həccac ibn İladin İslamı qəbul etməsi belə olmuşdur:

Həccac ibn Ilat, Süləym oğulları qəbiləsindən bir camaatla birlikdə Məkkəyə doğru yola çıxdı. Tənha, qorxunc bir vadidə idilər. Bu səbəblə yollarına davam edə bilmədilər. Yoldaşları ona dedilər ki:

Haydı, keçib gedin!

Bunun üzərinə qalxdı, gəzməyə başladı. Həm də, öz-özünə, “Mən və yoldaşlarım sağ-salamat qayıdana  qədər Allaha sığınırıq” deyirdi. Bu sırada bir səs eşitdilər:

Həccac Məkkəyə çatanda bu vəziyyəti Qureyşlilərin toplandıqları bir məclisdə anlatdı. Bunun üzərinə Qureyşlilər dedilər ki:

- Ey Həccac! Sən də yolunu azmısan. Muhamməd də (əleyhissalam) bu sözlərin özünə Allahu təala tərəfindən vəhy edildiyini söyləyir. Həccac  ibn İlat da onlara bu cavabı verdi:

- Vallah, həm mən, həm də yanımdakı yoldaşlarım bu sözləri birlikdə eşitdik.

Həccac ibn İlat Peyğəmbərimizin harada olduğunu soruşdu. Mədinədə olduğunu öyrənəndə Mədinəyə gedib İslamiyyəti qəbul etdi. Həccacın Müsəlman olması Rəsulullahın Xeybəri fəth etdiyi zamanlar idi.

Həccac Müsəlman olduqdan sonra Rəsulullahın hüzurlarına çıxaraq vəziyyətini belə ərz etdi:

Rəsuli-əkrəm əfəndimiz ona icazə verdi. Həccac bu vaxt bunu da soruşdu:

Rəsulullah əfəndimiz buna da icazə verdilər.

Bir xəbər varmı?

Qureyş müşrikləri Rəsulullahın Xeybər üzərinə getdiyi xəbərini daha əvvəl eşitmişdilər. Həccac ibn İlat Məkkəyə gəlincə dəvəsinin ətrafını aldılar. Xeybər haqqında məlumat ala bilmək üçün heç gözləməyə səbirləri yox idi. Dərhal soruşdular:

Həzrəti Həccac cavab verdi:

Bunun üzərinə müşriklər söz verdilər və, “Haydı nə oldu, bizə dərhal anlat” dedilər.

Həccac da müşriklərə Xeybərlilərin döyüş barəsində çox qabiliyyətli olduqlarını, Müsəlmanların daha beləsiylə rast gəlmədiyini, Xeybərlilərin Ərəb qəbilələrinin də köməyi ilə on min nəfərlik bir ordu yığdığını, Müsəlmanların müdhiş bir məğlubiyyətə məruz qaldığını, Muhammədin də əsir edildiyini, Xeybərlilərin Muhammədi Məkkəlilərə təslim edəcəyini söylədi.

Qureyş müşrikləri bu xəbərə çox sevindilər. Fəqət, Həccacın Müsəlman olduğundan onların xəbərləri yox idi.

Həzrəti Həccac ibn İlat Məkkə müşriklərinə əsli olmayan bu parlaq müjdə xəbərini verdikdən sonra onların sevincli və məmnun vəziyyətlərini fürsət bildi. Onlara, “Məkkədəki alacaqlarını yığmaq üçün ona köməkçi olmalarını, məğlub olan Müsəlmanların mallarını, başqa tacirlər gedib satın almadan əvvəl dərhal oraya gəlib özünün alacağını” söyləyərək, onların vasitəsilə alacaqlarını və orada olan mallarını yığdı. Məkkədəki zövcəsinə də eyni şəkildə söyləyib ondan da mallarını aldı.

Sanki qəlbindən vurulmuşdu

Müsəlmanların Xeybərdə məğlub olduğu şəklindəki xəbər hər tərəfə yayılmışdı. Bu xəbər müşriklərin sevinc qışqırıqlarına səbəb olarkən bu vəziyyətdən xəbəri olmayan Məkkədəki Müsəlmanlar da dərin bir kədər içində idilər.

Bu sırada daha Mədinəyə hicrət etməmiş olan Peyğəmbərimizin əmisi Həzrəti Abbas sanki qəlbindən vurulmuşdu. Ancaq bu kədərini büruzə verməməyə çalışırdı. Həzrəti Abbas köləsi Əbu Zübeydəni çağırıb dedi ki:

Həzrəti Həccac Əbu Zübeydəyə gizlicə Həzrəti Abbasla kimsənin olmadığı bir yerdə görüşüb, ona sevincli bir xəbər verəcəyini bildirdi.

Həzrəti Abbas bu xəbəri alanda çox sevindi. Sanki dünyalar onun olmuşdu. Əlbəttə, Allahu təalanın xeyir vədləri bir-bir zühur edəcəkdi. Həzrəti Abbas Əbu Zübeydəni alnından öpdü və onu azad etdi. Ayrıca on kölə azad etməyi də əhd etdi.

Nəhayət, Həzrəti Abbas ilə Həccac tənha bir yerdə görüşdülər. Həccac Həzrəti Abbasa deyəcəklərini üç gün keçmədən heç kimə söyləməməsini xəbərdarlıq etdi. Sonra belə dedi:

Aradan üç gün keçdikdən sonra Həzrəti Abbas Kəbəyə getdi və təvafını etdi. Müşriklər bu sırada Həccacın işini danışırdılar. Həzrəti Abbasın belə sakit-sakit təvaf etməsi diqqətlərini çəkmişdi. Bu soyuqqanlılıq və vüqarlılığının səbəbini soruşdular. Həzrəti Abbas dedi ki:

Məkkəlilər dedilər ki:

- Bu xəbəri sənə kim gətirdi?

- Sizə o xəbəri gətirmiş olan Həccac gətirdi.

Kabus kimi örtmüşdü

Bunun üzərinə şok olan Məkkəlilər məsələnin həqiqətini anlamış, aldandıqlarını gec fərq etmişdilər. Müsəlmanların kədərləri üzərlərindən qalxmış, eyni kədər bu dəfə müşrikləri bir kabus kimi örtmüşdü.

Həzrəti Həccac çox zəngin idi. Sərvətini Mədinəyə gətirdikdən sonra orada bir ev və bir məscid inşa etmişdi. Həzrəti Ömərin xilafətinin ilk illərində vəfat etmişdi.

1-06-2018, 14:57
Geri