Gözəl İslam / Hübeyb ibn Adiy

Hübeyb ibn Adiy

Darağacında ilk namaz qılan səhabə.

Uhud döyüşündə bəzi yaxınları ölən müşriklər Müsəlmanlardan bunların intiqamını almaq istədilər. Alçaq bir plan hazırladılar.  Dərhal da planın tətbiqinə başladılar. Bu məqsədlə bir heyət Mədinəyə gedərək Rəsulullahın hüzuruna çıxıb dedi:

Sevgili Peyğəmbərimiz onlara 10 nəfərdən ibarət müəllim heyəti göndərdi. Başlarında Asim ibn Sabit həzrətlərinin olduğu bu heyətdə, Mərsəd ibn Əbi Mərsəd, Xalid ibn Əbi Bükeyr, Hübeyb ibn Adiy, Zeyd ibn Desinnə, Abdullah ibn Tarıq, Muattib ibn Ubeyd də var idi.

Bu müəllimlər karvanı gecələri gedərək gündüzləri gizlənərək Huzeyl Qəbiləsi torpaqlarında, Rəci bulağı yanında səhər vaxtı düşərgə saldılar ...

Bu sırada yanlarında olan Adal və Qarə qəbiləsi heyətindən biri bir bəhanə ilə yanlarından ayrıldı. Dərhal Lıhyanoğullarına gedib xəbər verdi.

Vuruşmağa qərar verdilər

Çox keçmədən karvanın ətrafı mühasirəyə alındı. 200-dən çox silahlı quldur orada idi.

Lıhyanoğulları mənsubları əsir ticarəti ilə dolanırdılar. Bu səbəblə: “Təslim olun. Canınızı qurtarın”, təklifini edirdilər. Əsl niyyətləri onları Məkkədə kölə olaraq satmaq idi. Beləcə çox pul qazanacaqdılar. Çünki Məkkəli müşriklər onlara: “Tutduğunuz hər Müsəlman üçün dəyərindən çox pul ödəyərik”, demişdilər.

Bunu Müsəlmanlar da eşitmişdilər. Onun üçün aralarında məsləhətləşərək vuruşmağa qərar verdilər. Arxalarını dağa döndərib, qılınclarını çəkib Allahın dini uğrunda vuruşmağa başladılar.

İki yüz nəfərlik düşmənə qarşı görülməmiş bir qəhrəmanlıqla döyüşdülər. Onlara hücum edən dəstədən bir neçə nəfərini öldürdülər.

Nəhayət vuruşa-vuruşa on Səhabədən yeddisi oxla vurularaq orada şəhid düşdü.

Yalnız Hübeyb ibn Adiy, Zeyd ibn Dəsinnə və Abdullah ibn Tarıq qalmış, müşriklərlə hərb edirdilər.

Çox keçmədən müşriklər onları sağ olaraq tutdular.

Yoldaşlarım mənə örnəkdir

Lıhyanoğulları üçünü də oxatanların kirişləri ilə bağladılar. Məkkəyə aparmaq üçün yola çıxdılar.

Abdullah ibn Tarıq Məkkəli müşriklərlə getməyə razı olmadı. Getməmək üçün dirəndi.

Lıhyanoğulları Onu daşa tutdular, sonunda Onu da şəhid etdilər.

Lihyanoğulları Hübeyb ibn Adiy və Zeyd ibn Dəsinnəni Məkkəyə aparıb müşriklərə yüksək bir qiymətə satdılar.

Çünki Həzrəti Hübeyb Bədir qəzasında müşriklərdən Haris ibn Amiri Cəhənnəmə göndərmişdi.

Onun oğulları indi onu almaq üçün böyük pul ödədilər.

Zeyd ibn Dəsinnəni də Safvan ibn Ümeyyə Bədir döyüşündə öldürülən atası Ümeyyə ibn Haləfin intiqamını almaq üçün satın aldı.

Məkkəli müşriklər Həzrəti Hübeyb və Zeydi satın aldıqdan sonra onlara nə cəza verəcəklərini danışırdılar:

- Xeyr! Əvvəla işgəncə etməliyik.

- Amma Haram aylar içindəyik!

- Bəli! Bu səbəblə dərhal öldürə bilmərik! Haram ayların keçməsini gözləməyimiz lazımdır.

- O halda, həbs edək.

- Əllərini, ayaqlarını zəncirə vuraq, deyirdilər. Elə də etdilər.

İntiqam eşqi

Hərb meydanındakı məğlubiyyətin intiqamını müdafiəsi olmayan bir insandan alacaqdılar. Həm də o əsiri hərbdə deyil, pulla bazardan almışdılar! ..

Harisoğulları iftixarla Hübeyb ibn Adiyi öz ailə üzvlərinə göstərirlər:

Həzrəti Hübeyb ibn Adiy həbs edildiyi evdə tam bir təvəkkül ilə Allahu təalanın onun haqqındakı təqdirini gözləyirdi.

Üzüm salxımı

Həbs edildiyi evdə olan və azad bir nökər olan Maviyə belə anlatmışdır:

“Hübeyb mənim olduğum evdə bir hücrəyə həbs edilmişdi. Mən ondan daha xeyirli bir əsir görmədim. Bir gün baxdım əlində insan başı kimi böyük bir üzüm salxımı vardı. Ondan yeyirdi. Hər gün belə üzüm salxımı əlində görülürdü.

O mövsümdə həm də Məkkədə üzüm tapmaq əsla mümkün deyildi. Allahu təala ona ruzi verirdi.

Həzrəti Hübeyb həbs edildiyi hücrədə namaz qılar, Qurani-Kərim oxuyardı. Onun oxuduğu Qurani-Kərimi dinləyən qadınlar ağlaşırdılar. Ona yazığı gələrdi.

- Ona bir istəyin varmı, dediyim zaman,

- Mənə dadlı su gətir, bütlər üçün kəsilən heyvanların ətindən gətirmə, bir də məni öldürəcəkləri vaxt  əvvəldən xəbər ver, başqa bir şey istəmirəm, dedi.

Öldürüləcəyi gün qərarlaşdırılanda gedib ona söylədim. Heyrət etdim, öldürüləcəyi zamanı öyrənincə onda ən kiçik bir dəyişiklik və zərrə qədər kədər əsəri görülmürdü. Mənə:

Haqsız yerə cana qıymarıq

Mən də uşağımın əlinə bir ülgüc verib göndərdim. Uşaq yanına gedincə birdən qorxdum.

Hübeyb göndərdiyim ülgüçü uşağın əlindən alıb uşağı sevgilə dizində oturtmuşdu. Mən bu vəziyyəti görüncə çox qorxub fəryad etməyə başladım. Vəziyyəti anlayınca,

Həzrəti Hübeyb belə bir şeyi düşünmək belə istəmədi. Kiçik bir uşağı alət etməyi ağılına belə gətirmədi.

Hübeyb ibn Adiy və Zeyd ibn Dəsinnəni öldürmək üçün müşriklərin qərarlaşdırdığı gün gəlmişdi. Fəqət müşriklərin nifrət və intiqam hissləri keçmək bilmədi.

Hər kəsə xəbər verildi. Bu səbəblə şəhərin zəngin-kasıb, gənc-qoca, qadın-kişi və bütün uşaqlar orada idi. Bu iki uca Səhabənin başına gələcəkləri maraq edirdilər.

Bir istəyin varmı?

Bir səhər erkəndən O böyük imanlı Səhabənin zəncirlərini açıb zindandan çıxartdılar. Məkkənin kənarında Tənim deyilən yerə apardılar. Çünki bütün çirkin işlərini orada etməyi adət etmişdilər.

Bu iki Allah və Rəsulullah dostu isə həyəcanlı deyildilər. Yolda qarşılaşıb görüşən bu iki Səhabə qucaqlaşaraq bir-birlərinə məruz qaldıqları bəlaya səbir etmələrini tövsiyə etdilər.

Az sonra bir müşrik qışqırdı:

Hübeyb ibn Adiy çox sakit şəkildə bunları söylədi:

Dar ağacında namaz

Müşriklər heyrətlə təkrar soruşdular:

- Ölmədən əvvəl son bir arzun yoxdurmu?

- Məni buraxın iki rükət namaz qılım ...

- Qıl orada.

Əlləri və ayaqları açılan Həzrəti Hübeyb dərhal namaza dayanıb böyük bir sükunət içində huşu ilə iki rükət namaz qıldı. Cənabı Haqqa son dualarını etdi.

Yığılan müşriklər, qadınlar, uşaqlar həyəcanla onu seyr edirdilər. Namazını bitirdikdən sonra,

Beləcə edam edilərkən iki rükət namazı ilk qılan adət və sünnət olmasına səbəb olan Hübeyb ibn Adiydir. Peyğəmbər əfəndimiz onun edam edilərkən iki rükət namaz qıldığını eşidincə bu hərəkətini yerində və uyğun görmüşdür.

Allah və Rəsulullah sevgisi üçün

Harisoğulları həvəslə yaxınlaşdılar:

Əslində Onun qışqırıb çağırmasını istəyirdilər. Çünki o zaman daha keflə, işgəncə edəcəkdilər.

Fəqət əksinə Hübeyb hələ sakit idi:

Həzrəti Hübeyb son namazını qıldıqdan sonra Məkkəli müşriklər onu tutub dar ağacına bağladılar. Üzünü qiblədən Mədinəyə doğru çevirdilər. Sonra:

Əssəlamu əleykə Ya Rəsulallah

- İndi sənin yerinə Peyğəmbərinin olmasını, onun öldürülməsini, sən də evində rahat oturmasını istəyərsən?

- Mən Muhamməd əleyhissalamın mənim yerimdə olmasını yox, heç Mədinədə gedərkən ayağına bir tikan belə batmasına əsla razı olmaram!

- Ey Hübeyb, İslam dinindən qayıt əgər qayıtmasan səni mütləq öldürəcəyik.

- Allah yolunda olduqdan sonra mənim üçün öldürülmənin heç əhəmiyyəti yoxdur.

Həzrəti Zeyd ibn Dəsinnəyə də bu şəkildə söylədilər. O da eyni cavabı verərək şəhid oldu.

Bundan sonra Hübeyb:

Hübeyb bu duanı etdiyi sırada sevgili Peyğəmbərimiz Əshabi-kiramla otururdu.

Zeyd ibn Harisə belə anlatmışdır:

Bir gün Rəsulullah əfəndimiz Əshabıyla oturarkən ona vəhy gəldiyi sırada halı dəyişdiyi kimi bir hal gəldi. Sonra,

- Və əleyhissalam, dedi.

- Ya Rəsulallah, bu salamı kimin salamına cavab verdiniz?

-Qardaşımız Hübeybin salamına qarşılıq verdim. Cəbrayıl əleyhissalam Hübeybin salamını mənə çatdırdı.

Və Hübeyb ilə Zeydin şəhid edildiyini Əshabına eşitdirdi. Hübeybin ətrafında yığılan Qureyş müşrikləri:

Üzümü Kəbəyə çevir

Bu sırada Hübeybin üzü Kəbəyə doğru döndü. Müşriklər Mədinəyə doğru çevirdilər. Həzrəti Hübeyb:

Üzü yenə qibləyə döndü. Müşriklərdən heç biri onun üzünü Kəbədən başqa bir tərəfə çevirə bilmədi.

Bu əsnada Həzrəti Hübeyb dar ağacı üzərində düşmən arasında qəribə bir halda şəhid edilməkdə olduğunu dilə gətirən bir şeir söylədi.

Məkkəli müşriklər dar ağacına çıxardıqları Həzrəti Hübeybi əllərindəki nizələrlə  işgəncə etməyə başlayınca:

Hübeyb bundan sonra yüksək səslə belə bəddua etdi.

Xainlər qorxaq olur

Xain qorxaq olur. Bu xainlər də qarğışı eşidincə qorxmağa başladılar. Həzrəti Hübeyb bir az daha danışarsa vəziyyət dəyişə bilərdi. Oradakılar müşrik də olsalar təsir altında qala bilərdilər! Hətta o məzlumu qurtarmaq istəyən belə çıxa bilərdi. Harisoğulları:

Sonra da nizələrini arxa arxaya saplamağa başladılar, içlərindən biri sinəsinə nizəni batırdı, nizə kürəyindən çıxdı.

Hübeyb bədənindən qanlar fışqırarkən və dar ağacında yellənərək son nəfəsini verərkən,

Hübeyb ibn Adiyin cənazəsi qırx gün dar ağacında asılı qaldı. Bədəni çürüyüb qoxmadı. Hər zaman təzə qan axdı.

Peyğəmbər əfəndimiz onun cənazəsini gətirmək üçün Əshabi-kiramdan Zübəyr ibn Əvvam və Miqdad ibn Əsvədi göndərdi.

Gecə gizlicə Məkkəyə girib Hübeybi asılı olduğu dar ağacından endirib dəvəyə yükləyərək Mədinəyə doğru yola çıxdılar.

Cənnətdəki qonşu

Vəziyyəti öyrənən müşriklər böyük bir çoxluq halında onlara hücum etdilər.

Həzrəti Zübeyr və Miqdad özlərini müdafiə etmək üçün cənazəni yerə qoydular. Bir az sonra baxdılar ki, Hübeybin cənazəsini buraxdıqları yer yarılıb cəsədi içinə alındı ​​və bağlandı. Onlar da oradan uzaqlaşıb Mədinəyə qayıtdılar.

Peyğəmbər əfəndimiz Hübeyb ibn Adiy üçün:

Bu şəkildə şəhid edilən Hübeyb Ənsardan yəni Mədinəli Müsəlmanlardan olub Evs qəbiləsindəndir.

Hicrətdən əvvəl Müsəlman oldu. Bədir və Uhud hərbinə qatıldı. Bu hərblərdə böyük qəhrəmanlıqlar göstərdi.

28-05-2018, 15:12
Geri